Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2644/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Əsgərov Xaliq Fərman oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin notariat ofisində bağlanmış Razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındaki evin yaşamağa təqdim edilmiş otağından əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi olunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış nikah Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, tərəflərin birgə nikahdan anadan olan 26 iyun 2006-cı il təvəllüdlü X5, 02 sentyabr 2008-ci il təvəllüdlü X4 və 24 dekabr 2014-cü il təvəllüdlü X1 üçün hər ay 150 manat məbləğində alimentin tutulması qət edilmişdir. xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin notariat ofisində bağlanmış Razılaşma Müqaviləsinin 1.2-ci bəndinə əsasən, Cavabdeh ilə aliment məbləğinin hər uşaq üçün ayda 80 manat, ümumilikdə 240 manat ödənilməsi və ona İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındakı mənzilin bir otağında yaşamasına razılıq verilmişdir. Lakin daha sonra cavabdeh müqavilə şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixdə aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment, cəmi 705 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixli Razılaşma Müqaviləsinin 1.2-ci maddəsinin şərtlərini pozaraq, aliment məbləğinin artırılmasını tələb etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi vəkil Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək, xx.xx.2021-ci il tarixdə bağlanmış “müqavilənin ləğv edilməsi və Cavabdeh ünvan 2 ünvanındakı evin yaşamağa təqdim edilmiş otağından əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsini müdafiə ederək, Cavabdeh, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındaki evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındakı evə 2004-cü ildə gəlin köçdüyünü, ailədaxili münaqişələr yaşadığını, iddiaçı tərəfindən hədə-qorxuya məruz qaldığını, qalacaq evi olmadığından müqavilə şərti ilə razılaşdığını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********29-05101-093017 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan İddiaçı ilə, Cavabdeh arasında 23 avqust 2021-ci il tarixində bağlanmış Razılşma Müqaviləsinin 1.2-ci bəndinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanındaki mənzilinin bir otağını xx.xx.2021-ci il tarixdən gec olmayaraq Cavabdeh yaşamasına təqdim etməklə, birgə nikahdan olan uşaqları xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması ilə bağlı hər ay hər uşaq üçün 80 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində aliment ödənilməsi barədə razılaşmıllar. Müqavilənin 2.7-ci bəndinə əsasən tərəflər öhdəliklərini yetirmədiyi təqdirdə müqavilə ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 23 avqust 2021-ci il tarixində bağlanmış Razılşma Müqaviləsinin 2.7-ci maddəsinin şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixdə aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 2 saylı “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış razılaşma müqaviləsi ləğv edilməlidir. Eləcə də, iş materiallarında olan sənədlərdən göründüyü kimi Cavabdeh mübahisəli mənzilə 2004-cü il tarixdə İddiaçı ilə nikaha girərək köçmüş və tərəflər arasında olan nikah Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında münasibətlər 1 oktyabr 2009-cu ilə dək yarandığından, hazırki mübahisənin mənzildən çıxarma hissəsinə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi və digər ailə üzvləri ilə ailə münasibətlərinə xitam verildikdən sonra mülkiyyətçinin keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2000-ci il sentyabrın 1-dən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qanunun tələbindən və iş materiallarından göründüyü kimi Cavabdeh mübahisəli mənzilə 2004-cü il tarixdə İddiaçı ilə nikaha girərək mübahisəli mənzilə köçdüyündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələblərinə əsasən onun yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yarandığından, tərəflər arasında olan nikah Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə pozulandan sonra da, yaşamağa davam etməsi, yəni onun yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh “mənzildən çıxarılmasına” dair hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında 23 avqust 2021-ci il tarixdə 2 saylı “Asan Xidmət” mərkəzində mənzildən istifadəyə dair müqavilə bağlanana kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən gəlin gəldiyi mübahisəli mənzildə 2004-cü ildən Cavabdeh istifadə hüququ yaranmışdır. Cavabdeh qanunvericiliyin tələblərini bilmədiyindən 23 avqust 2021-ci ildə istifadə hüququ olan mənzilə dair təkrar istifadə hüququna dair müqavilə bağlamışdır. Hazırda 23 avqust 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehin Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əldə etdiyi mənzildən istifadə hüququndan məhrum etmir. Cavabdeh xx.xx.2021-ci ildə müqavilə bağlanana kimi mənzildən istifadə hüququ mövcud olduğundan və bu hüquqa xitam verilmədiyindən, onun mənzildən əşyaları ilə birlikdə çıxarılmasına dairiddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəfin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onun aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında xx.xx.2021-ci il tarixində 2 saylı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış razılaşma müqaviləsi ləğv edilsin. İddia tələbi Cavabdeh “mənzildən çıxarılma” hissəsində təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-2644/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2644/2025
19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver