Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-266/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək olaraq subroqasiya qaydasında iddiaçının xeyrinə 3 197,09 manat məbləğində ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh2 məxsus ** MG *** dövlət qeydiyyat nişanlı «Samand Soren» markalı avtonəqliyyat vasitəsi 15.05.2018-ci il tarixdə «xxxx» ASC tərəfindən 01.04.2018-ci ildə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 28.12.2018-ci il tarixdə Cavabdeh1 idarə etdiyi ** MG *** dövlət qeydiyyat nişanlı «Samand Soren» markalı avtonəqliyyat vasitəsi ilə ** NM *** dövlət qeydiyyat nişanlı «Kia Optima» markalı avtonəqliyyat vasitəsinə yol nəqliyyatı hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh avtonəqliyyat vasitəsinə etibarnamə olmadan idarə etmişdir.”xxxx” MMC tərəfindən tərtib 18.03.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** NM *** dövlət qeydiyyat nişanlı «Kia Optima» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3197,09 manat məbləğində müəyyən olunmuşdur. «xxxx» ASC-nin 10.04.2019-cu il tarixli sığorta aktına əsasən 3197,09 manat məbləğdə sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməslərnin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adaları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). «Samand Soren» markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). Cavabdeh2 məxsus ** MG *** dövlət qeydiyyat nişanlı «Samand Soren» markalı avtonəqliyyat vasitəsi 15.05.2018-ci il tarixdə «xxxx» ASC tərəfindən 01.04.2018-ci ildə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 28.12.2018-ci il tarixdə Cavabdeh1 idarə etdiyi ** MG *** dövlət qeydiyyat nişanlı «Samand Soren» markalı avtonəqliyyat vasitəsi ilə ** NM *** dövlət qeydiyyat nişanlı «Kia Optima» markalı avtonəqliyyat vasitəsinə yol nəqliyyatı hadisəsi nəticəsində zərər vurmuş, bununla da Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin İXP №-li ******* saylı inzibati xəta haqqında protokolun surəti). Cavabdeh2 25.06.2018-ci il tarixdə 6 ay müddətinə Cavabdeh1 həmin avtomobilə dair etibarnamə vermişdir, yəni 25.12.2018-ci il tarixədək. ** NM *** dövlət qeydiyyat nişanlı «Kia Optima» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümimi məbləği 3197,09 manat müəyyən edilmişdir (”xxxx” MMC tərəfindən verilmiş 18.03.2019-cu il tarixli qüsur aktı və 209 №-li hesab-faktura). «xxxx» ASC 28.12.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən ** NM *** dövlət qeydiyyat nişanlı «Kia Optima» markalı avtonəqliyyat vasitəsinin sahibi X3 3197,09 manat məbləğində pul vəsaiti ödəmişdir (10.04.2019-cu il tarixli sığorta aktın və 19.03.2019-cu il tarixli elektron qaimənin surəti). 28.12.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində ** MG *** dövlət qeydiyyat nişanlı «Samand Soren» markalı avtomobili idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir (Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərarının surəti). Məhkəmə qərardadına əsasən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/307 nömrəli, 29.03.2021-ci il tarixli rəyindən görünür ki, «xxxx» MMC tərəfindən təqdim olunmuş 18.03.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı «Kia Optima» markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2709 manat müəyyən edilir. Aparılan tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşdə olan sənədlərdən görünür ki, «Samand Soren» markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsus olmuş və yol nəqliyyat hadisəsi törədilən zaman digər Cavabdeh1 həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 «Samand Soren» markalı ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən X3 oğluna məxsus ** NM *** dövlət qeydiyyat nişanlı «Kia Optima» markalı nəqliyyat vasitəsinə ziyan vurulmasına səbəb olan hərəkətlərə yol vermiş, nəticədə sonuncuya ziyan dəymiş və həmin ziyanın məbləği olan 3197,09 manat «xxxx» ASC tərəfindən ödənilmişdir. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və digər Cavabdeh2 oğlu bu hadisəyə zəmin yaratmışdır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmayan Cavabdeh1 tərəfindən idarə edildiyindən və Cavabdeh2 tərəfindən həmin nəqliyyat vasitəsini etibarnaməsi olmayan şəxsə idarə etmək üçün verildiyindən, habelə, Cavabdeh1 Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və qərara əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə hər iki cavabdeh məsuliyyət daşımalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında iddiaçı «xxxx» ASC-nin xeyrinə 3 197,09 manat məbləğində ziyan (2709 manat dəyişmiş hissələr və təmir bərpa işlərinin dəyəri + 487,69 manat 18 % ƏDV) və ödənilmiş 30,40 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlərdən tutulub MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında iddiaçı «xxxx» ASC-nin xeyrinə 3 197,09 manat məbləğində ziyan və ödənilmiş 30,40 manat dövlət rüsumu tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlərdən tutulub MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-266/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-266/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver