Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-268/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Vagif oğlu və Cavabdeh2 qarşı subroqasiya qaydasında maddi zərərin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 Vagif oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə 4212,82 manat və ödənilmiş dövlət rüsumuna görə 62,12 manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev X5 Samirə Yaqubovnaya məxsus “Toyota Prius” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixində idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi ərazisində "xxxx" ASC tərəfindən MV-P 00170-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Mazda 6” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mazda 6” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 9112,82 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Binəqədi Rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbiylə bağlı 4900 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 4212,82 manat məbləğ isə Cavabdeh1 Vagif oğlu tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0530/23 nömrəli məktubla Cavabdeh1 Vagif oğluna qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə etiraz vermişdir. Etriaz onunla əsaslandırılmışdır ki, Binəqədi rayon DYPŞ-nin İnzibati tənbehvermə haqqında Qərarına əsasən hadisədə sürücü Cavabdeh1 təqsirli bilindiyindən iddiaçı hesab edir ki ziyanı hər iki cavabdeh ödəməlidir. Hesab edir ki, iddia onun müvəkkilinə nisbətdə tam əsassızdır, qəbul edilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, 1096.1 və 1096.2 maddələrinə əsasən mülki huquq pozuntusu (delikt) huquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, huquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki huquq məsuliyyəti daşıyır ki, burada delikti törətmiş şəxs Cavabdeh1dur. Həmin məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi səxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Zərərvuran Cavabdeh1dir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin Cavabdeh1 Vagif oğlu məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə Cavabdeh1 Vagif oğlunuun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil verdiyi etirazın məzmununa uyğun izahat verərək iddianın ona qarşı rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). "xxxx" ASC ilə X11 arasında xx.xx.2022-ci il tarixli MV-P 00170-22 nömrəli sığorta müqaviləsi bağlanmışdır (sığorta şəhadətnaməsi). Həmin müqaviləyə əsasən buraxılış ili 2015 olan «Mazda 6» markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta dəyəri 27000 manat olmaqla bir il müddətinə kasko sığorta növü üzrə sığortalanmışdır. Mülkiyytəçisi Cavabdeh2 olan “Toyota Prius” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında digər Cavabdeh1 Vagif oğlu idarə edir. Cavabdeh1 Vagif oğlu xx.xx.2022-ci il tarixində (sığorta müqaviləsi qüvvədə olan müddətdə) idarə edərkən «Mazda 6» markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Bu əmələ görə Əliyev X6 Rayon DYPŞ-nin 507 İnzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Əliyev X7 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsindən 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü seçilmişdir. "xxxx" MMC tərəfindən «Mazda 6» markalı avtomobilə dəymiş zərər 9212,82 manat məbləğində müəyyən edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mazda 6” markalı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 9112,82 manat sığorta ödənişi həyata keçirilmişdir (xx.xx.2022-ci il tarixli 2532 №-li ödəniş tapşırığı). Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən iddiaçıya 4900 manat sığorta ödənişi ödənilmişdir (xx.xx.2022-ci il tarixli 7638 №-li ödəniş tapşırığı). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmaş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən «Mazda 6» markalı avtomobilə dəymiş zərər dəyişilməli hissələrin qiyməti təzə həssələrin qiymətinə müvafiq hesablanmaqla 9212,82 manat (dəyişilməli hissələrin qiyməti – 7815,75 manat, təmir-bərpa işlərinin qiyməti 1397 manat), dəyişilməli hissələrin qiymətinə aşınma tədbiq edəlməklə 7270 manat (dəyişilməli hissələrin qiyməti – 5873 manat, təmir-bərpa işlərinin qiyməti 1397 manat) məbləğində müəyyən edilmişdir. Ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra iddiaçı tərəfindən məhkəməyə aşağıdakı məzmunda vəsatət daxil olmuşdur. "xxxx" ASC tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mazda 6” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 2022-ci ilin real bazar qiymətləri nəzərə alınaraq 9112,82 manat məbləğində müəyyən olunmuş və həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yəni, "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərər məbləği hesablanarkən avtomobilin istehsal ilinin (2015) deyil, 2022-ci ilin bazar qiymətləri əsas götürülmüş, həmin tarixdə mövcud qiymətlərə uyğun sığorta ödənişi həyata keçirilmiş və köhnəlmə tətbiq edilməmişdir. AR Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi ekspert tərəfindən hesablanmış məbləğin köhnəlmə əmsalı tətbiq edilməklə azalması, İddiaçının maliyyə itkisinə məruz qalmasına səbəb olur. Odur ki, cavabdehlərdən 4212,82 tutulmasını istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, qanunun mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yəni, məhkəmə hesab edir ki, nə qədər ki delikt törətmiş şəxs Cavabdeh1 Vagif oğlu qanuni əsasla avtomobili idarə etmişdir zərərin əvəzi də məhz ondan tutulmalıdır. Lakin, məhkəmə «Mazda 6» markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ilinin 2015-ci il olduğuna və həmi avtomobilə zərər 2022-ci ildə dəydiyinə görə hesab edir ki, dəyişilməli hissələrin qiymətinə aşınma tədbiq edəlməklə zərərin məbləği ekspert rəyinə əsasən 7270 manat müəyyən edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 Vagif oğlundan iddiaçının xeyrinə 2370 manat tutulmalı (7270 manat zərərin məbləği – 4900 manat "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişi), iddia qalan hissədə rədd edilməlidir Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 2370 manat məbləğində pul Cavabdeh1 Vagif oğlundan iddiaçının xeyrinə tutulmalı, iddia digər Cavabdeh2 qarşı rədd edilməlidır. Eyni zamanda iddiaçı məhkəmə xərclərinin də tutulmasını istəyir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, 43,7 manat iddia ərizəsinə, 10 manat müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumu Cavabdeh1 Vagif oğlundan iddiçının xeyrinə tutulmalı, 18,42 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda, 50 manat ekspertiza dəyərinin 25 manatı Cavabdeh1 Vagif oğlundan, 25 manat dəyəri iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır (məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən). Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 Vagif oğlundan 2370 manat vurulmuş zərərin əvəzi, 43,7 manat iddia ərizəsinə, 10 manat müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə və Cavabdeh2 qarşı rədd edilsin. Ödənilmiş 18,42 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 25 manat ekspertizanın dəyəri Cavabdeh1 Vagif oğlundan, 25 manat isə iddiaçı "xxxx" ASC-dən tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-268/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-268/2024
20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver