Məhkəmə qərarları › İş №e-2(008)-2732/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2732/2022

25.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2732/2022 25.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə , İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü barədə iddia tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 133 kv metrdən ibarət olan 4 otaqlı ev və 0,03 ha torpaq sahəsinin üzərində 2/3 hissəsinin iddiaçının, 1/3 hissəsinin cavabdehin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 15.08.2008-ci il tarixdə nikaha daxil olmuşdular. Onların iki uşaqları doğulmuşdur – 23.02.2009-cu il tarixdət X2 və 07.06.2011-ci il tarixdə X3. Nikah Biləsuvar rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar analarının yanında qalmışdılar. Birgə nikah dövründə göstərilən əmlak əldə edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin və və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Cavabdeh və İddiaçı 15.08.2008-ci il tarixdə nikahlarını bağlamış, 23.02.2009-cu il tarixdə X2 və 07.06.2011-ci il tarixdə X3 adlarında uşaqları doğulmuş, nikahları Biləsuvar rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar analarının yanında qalmışdılar (Biləsuvar rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli qətnaməsi). Cavabdeh 22.08.2014-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin yarısını, yəni0,03 ha hissəsini alqı-satqı yolu ilə almışdır (notarial qaydada bağlanmış Daşınmaz əmlakın AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi). DƏDRX tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 86 saylı sahənin 0,03 ha hissəsinə ********** qeydiyyat nömrəli 09.09.2014-cü il qediyyat tarixli ******* №-li Çıxarış). Məhkəmə tərəfindən AZEMİS elektron sistemdən əldə edilmiş məlumatdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Aşıq Pənah küçəsi, ev 33 ünvanında yerləşən 133 kv metrdən ibarət olan 4 otaqlı ev və 0,03 ha torpaq sahəsi DƏDRX-də dövlət qeydiyyatın alınmışdır. Hazırda iddiaçı həmin əmlakın üzərində özünün 2/3 payının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbini qismən qanıni və əsasla olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 225.1-ci maddəsinə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər 15.08.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, mübahisəli evi isə tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Bununla da həmin əmlak onların ümumi birgə mülkiyyəti hesab edildiyindən, iddiaçı həmin əmlakın bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin, məhkəmə hesab edir ki, əmlak üzərində payla bərabər bölünməli, Cavabdeh 1/2 pay hüququ və İddiaçı 1/2 pay hüququ üzrə mülkiyyət hüquqları tanınmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 133 kv metrdən ibarət olan 4 otaqlı ev və 0,03 ha torpaq sahəsinin üzərində 1/2 hissəsinin İddiaçı, 1/2 hissəsinin Cavabdeh payları müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar