Məhkəmə qərarları › İş №e-2(008)-2817/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2817/2022

26.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2817/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi nəticəsində iddiaçının payının dəyərinin, yəni 12700 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflər məhkəməyə ərizə ilə müraciət edərək hazırkı mülki işdə olan mübahisə üzrə aralarında əldə olunmuş barışığın təsdiq edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı qaydada razılıq əldə etmişlər. İddiaçı və Cavabdeh razılığa gəlmişlər ki, iddia ərizəsi üzrə tələb olunan 12700 manat məbləğin cavabdeh tərəfindən iddiaçının xeyrinə yalnız 9000 manat vəsait ödəniləcək. Mülki məhkəmə icraatı zamanı cavabdeh tərəfindən iddiaçıya ödənilməsi razılaşdırılmış 9000 manat məbləğin 8000 manat vəsait 26.05.2022-ci il tarixdə ödənildiyi üçün ümumilikdə barışıq sazişi üzrə qalıq borc 1000 manat təşkil etmişdir. Hazırkı barışıq sazişi üzrə razılaşdırılmış borcdan qalıq məbləği olaraq 1000 manat vəsait cavabdeh tərəfindən 30.06.2022-ci il tarixdək iddiaçının xeyrinə ödəniləcək. Barışıq sazişinin şərtlərinə uyğun olaraq 1000 manat vəsait cavabdeh tərəfindən iddiaçıya ödənildikdən sonra, gələcəkdə mübahisə predmeti ilə bağlı iddiaçının cavabdehə qarşı tələb və şikayəti olmayacaq. Bu barışıq sazişi İddiaçı və Cavabdeh öz çözlərinə və iradə ifadələrinə əsasən tərtib edilmiş, onlar tərəfindən oxunmuş və imzalanmışdır. Odur ki, sazişin imzalanması ilə bağlı hüquqi məsuliyyəti, sazişin məzmununu və hüquqi nəticəsini aydın şəkildə dərk edirlər. Tərəflər bununla bağlı bir-birinə qarşı şikayət və tələbləri olmayacağını bəyan edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, barışıq sazişini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. İddiaçı və Cavabdeh razılığa gəlmişlər ki, iddia ərizəsi üzrə tələb olunan 12700 manat məbləğin cavabdeh tərəfindən iddiaçının xeyrinə yalnız 9000 manat vəsait ödəniləcək. Mülki məhkəmə icraatı zamanı cavabdeh tərəfindən iddiaçıya ödənilməsi razılaşdırılmış 9000 manat məbləğin 8000 manat vəsait 26.05.2022-ci il tarixdə ödənildiyi üçün ümumilikdə barışıq sazişi üzrə qalıq borc 1000 manat təşkil etmişdir. Hazırkı barışıq sazişi üzrə razılaşdırılmış borcdan qalıq məbləği olaraq 1000 manat vəsait cavabdeh tərəfindən 30.06.2022-ci il tarixdək iddiaçının xeyrinə ödəniləcək. Barışıq sazişinin şərtlərinə uyğun olaraq 1000 manat vəsait cavabdeh tərəfindən iddiaçıya ödənildikdən sonra, gələcəkdə mübahisə predmeti ilə bağlı iddiaçının cavabdehə qarşı tələb və şikayəti olmayacaq. Bu barışıq sazişi İddiaçı və Cavabdeh öz çözlərinə və iradə ifadələrinə əsasən tərtib edilmiş, onlar tərəfindən oxunmuş və imzalanmışdır. Odur ki, sazişin imzalanması ilə bağlı hüquqi məsuliyyəti, sazişin məzmununu və hüquqi nəticəsini aydın şəkildə dərk edirlər. Tərəflər bununla bağlı bir-birinə qarşı şikayət və tələbləri olmayacağını bəyan edir. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar