Məhkəmə qərarları › İş №e-2(008)-2834/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2834/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2834/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1201,12 manat borcun və ödənilmiş 30,02 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1201,12 manat borcun və ödənilmiş 30,02 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, abonent kodu **********10015 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1201,12 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi məqsədi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, borc bu günə qədər ödənilməmişdir. İddiaçının nümayəndəsi X3 xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1201,12 manat borcu olduğunu, onu ödəməkdən boyun qaçırmadığını bildirmiş və digər məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü ildə 839528 nömrəli "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi" bağlanmışdır. Cavabdehə **********10015 nömrəli abonent kodu verilmiş, ünvanına elektrik sayğacı quraşdırılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 839528 nömrəli "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsi"ndən görünür ki, cavabdehin elektrik enerjisi iddiaçı tərəfindən təmin edilir. İşdə olan xx.xx.2023-cü il tarixli "Abunə haqqında" məlumatdan görünür ki, Cavabdeh 1201,12 manat məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli "Pretenziya"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli "Maliyyə arayışı"ndan görünür ki, abonent kodu **********10015 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi nəticəsində iddiaçıya 1201,12 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.14-cü bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.1-ci bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Müəyyən edilir ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmış, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq, müəyyən olunmuş qaydada ödənişlər etməmiş və nəticədə borcu yaranmışdır. Sadalanan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, Cavabdeh elektrik enerjisindən istifadəyə görə iddiaçıya borcu 1201,12 manat təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhz həmin məbləği tələb edir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən elektrik enerjisindən istifadəyə görə pulu tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30,02 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1201,12 manat borc və 30,02 manat məbləğində dövlət rüsumu, cəmi 1231,14 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar