Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2878/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla “müqavilənin ləğvi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla “müqavilənin ləğvi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında inşa edilmiş 37 nömrəli mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 (beş) yüz manat məbləğində kompensasiyanın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumun cavabdehdən tutulararaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirməsinə dair ərizə verərək məhkəmədən "xxxx" MTK ilə Cavabdeh X7 arasında bağlanmış xx.xx.2016-ci il tarixli 293 nömrəli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında inşa edilmiş 37 nömrəli mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTKya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 (beş) yüz manat məbləğində kompensasiyanın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumun cavabdehdən tutulararaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddələrinin tələbinə uyğun olduğundan məhkəmə tərəfindən mümükün hesab edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli 293 nömrəli S.Qocayev 152 ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MTK S.Qocayev 152 saylı küçəsində inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasmin 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən, Alıcı mənzilin təmir-quraşdırma işlərinə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və Alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. Həmin müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, müqavilənin cəmi qiyməti 140 148 manat müəyyən edilmiş və 14 015 manat Alıcının şəxsi vəsaiti hesabına, qalan 126 133 manat isə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, Alıcı "xxxx" ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK "xxxx" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 5.6-cı bəndində əsasən, Alıcı tərəfindən Alıcı və "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Alıcı və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar "xxxx" ASC-yə keçir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində Tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzinə) görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, Alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK- nm müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında Alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTKnın bir-başa və ya dolayı bütün məsrəfləri və "xxxx" ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Alıcıya qaytarılacaq. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsinə əsasən Borc verən Borcalana Borcalan ilə "xxxx" MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 % olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə 126 133 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2016-cı il tarixli 293 nömrəli "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi 116,79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil üzrə AR ƏMDK yanında DƏDRX-dən Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmin müqavilənin 15.8-ci bəndinə əsasən, Borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün xx.xx.2016-cı il tarixli 293 nömrəli "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi 116,79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil üzrə bütün hüquqlar Borc verənə keçir. Cavabdeh həm "xxxx" MTK ilə bağladığı xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin tələblərini, həm də "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozmuşdur. Belə ki Cavabdeh "xxxx" MTKdan aldığı S.Qocayev 152 saylı küçəsində inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasınin 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzilə dair verilmiş kredit üzrə "xxxx" ASC-yə borcu olduğu və uzun müddətdir heç bir ödəniş etmədiyi halda qeyd edilən mənzildə heç kimdən razılıq almadan və xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin 2.4.1-ci bəndinin tələblərini pozaraq təmir-quraşdırma işləri aparmış və həmin işləri yekunlaşdırdıqdan sonra uzun müddətdən bəri hal-hazıradək mənzildə yaşayır. Bundan əlavə, R. Babayevaya verilən kredit yuxarıda qeyd edilən mənzilin əldə edilməsi üçün verilmişdir və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərdən biri də həmin mənzili "xxxx" ASC-də ipoteka ilə yüklü etmək olmasına baxmayaraq, R. Babayeva həmin öhdəliklərin icrasından da yayınmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə "xxxx" ASC Cavabdeh və zamin X8 qarşı "borc" tələbi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin kredit və zaminlik müqavilələrinə əsasən Cavabdeh və X4 müştərək qaydada 121474,60 manat əsas borc, 29353.31 manat faiz borc olmaqla, cəmi 150827.91 manat kredit borcu və 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC- nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-3876/2021 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddia tələbi təmin edilmiş və yuxarıda qeyd edilən məbləğin Cavabdeh və X4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilən şikayətlərə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2021-ci il tarixdə baxılaraq 2(103)-11080/2021 saylı qətnamə ilə şikayətlər təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11080/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmədə xx.xx.2022-ci il tarixdə baxılaraq 2(102)-2436/2022 kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MTK ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2016-cı il tarixli "Birgə fəaliyyət haqqında" müqavilənin 6.5-ci bəndinə əsasən, Bank ilə Sifarişçi-Borcalan arasında bağlanacaq kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanacaq faizlərin, cərimə faizlərinin və dəbbə pulunun qaytarılmasının təminatı kimi MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi-Borcalanm öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşmar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, MTK özünün və Bankın lehinə mənzil və ya qeyri-yaşayış sahəsi barəsində Bank qarşısında öhdəliklər tam icra olunanadək müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Sifarişçi-Borcalan bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən, Sifarişçi-Borcalana verilmiş kredit üzrə ödənişlər Sifarişçi-Borcalana təqdim edilmiş ödəniş cədvəlinə müvafiq olaraq 61 gündən 90 günədək gecikdirildikdə, MTK zaminlik müqaviləsi bitənədək tam olaraq bütün borcu və hesablanmış faizləri Bankdan şifahi və yaxud yazılı formada (yəni məktub, elektron poçt, sms və digər bu kimi vasitələr) aldığı zamandan 5 gün müddətindən gec olmayaraq tam ödənilməsini və ya Bankın qabaqcadan yazılı razılığı və Bank tərəfindən məqbul hesab edilən kredit şərtləri əsasında, müvafiq komisyon haqqı tutulmaqla Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilə üzrə hüquq və vəzifələrin 3-cü şəxslərə ötürülməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.14-cü bəndinə əsasən, Sifarişçi-Borcalan və Bank arasında imzalanmış kredit müqaviləsi üzrə ödənişlər 90 gündən çox gecikdirildikdə MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzilin və ya qeyri-yaşayış sahəsinin boşaldılmasını təmin edir. "xxxx" MTK ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2022-ci il tarixli, 01 saylı zaminlik müqaviləsinə əsasən "xxxx" MTK Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2016-cı il tarixli 125-xx-xx-2016-RA-XA saylı Kredit müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh qızma bildiriş göndərilərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və tərəflər arasında bağlanan müqavilənin 10.1-ci və 10.2-ci bəndlərinə, habelə "xxxx" ASC-nin müraciətinə əsaslanaraq, xx.xx.2016-cı il tarixli 293 nömrəli müqaviləyə xx.xx.2022- ci il tarixdə "xxxx" MTK tərəfindən birtərəfli qaydada xitam verildiyi və mənzilin başqa şəxsə təkrar satışı həyata keçirilməsi yolu ilə əldə olunan vəsaitin həmin mənzilin əldə edilməsi üçün "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş pul məbləğinə görə yaranmış borcun ödənilməsinə yönəldilməsinin qərara alındığı bildirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlanmış, S.Qocayev küçəsi 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanda inşa edilmiş 37 nömrəli mənzilin xx.xx.2022-ci il tarixədək boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən məhkəmə xərclərinin tutulması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" MTK tərəfindən göndərilən pretenziyaya R. Babayeva tərəfindən heç bir münasibət bildirilməmiş və hal-hazıradək mənzili təhvil verməkdən yayınmışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydad məlumatlandırılmış cavabdeh və mübahisə pridmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və mübahisə pridmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 293 saylı xx.xx.2016-cı il tarixli mənzilin alqı satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil payçıya təhvil verməyi, Payçı isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaiti ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 125-xx-xx- 2016-RA-XA nömrəli daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsinə əsasən Borc verən Borcalana Borcalan ilə "xxxx" MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 % olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə 126 133 manat məbləğində kredit vermişdir. Azərbaycan Beynəlxalq Bankı" ASC ilə XXİ Əsr MTK arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin XXİ Əsr MTK Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürmüş olduğu öhdəlikləri üzrə borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMMC-nin 25 mart 2022-ci il tarixli 45 saylı arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 8-ci mərtəbədə yerləşən, 1 otaqdan ibarət olan 37 saylı mənzildə yaşayır. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3876/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X10 qarşı borc tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh və X5 müştərək qaydada cəmi 150827.91 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11080/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3876/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İşdə olan "xxxx" MTK-nın Cavabdeh ünvanladığı xx.xx.2022-cü il tarixli bildirişin surətindən görünür ki, ünvan 2 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzilin xx.xx.2022-ci il tarixədək boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən məhkəmə xərclərinin tutulması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; İstinad edilən maddi hüquq normalarından göründüyü kimi iddianın əsaslı olubolmamasının müəyyən edilməsi üçün ilk növbədə vaxtından əvvəl ləğvi tələb edilən müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulub-pozulmamasına qiymət verilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5 girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış və müqavilənin şərtinə mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə cəmi qiyməti 140148 manat müəyyən edilmişdir. Mənzilin dəyərinin 14015 manat olan hissəsi cavabdeh tərəfindən ödənilmiş, yerdə qalan 126.133 manat olan hissəsi isə cavabdeh ilə Azərbaycan Beynəlxalq Bank ASC arasında bağlanmış kredit müqaviləsi əsasında XXİ Əsr MTK-ya ödənilmişdir. Qeyd edilən kredit müqaviləsi bağlanılan zaman XXİ Əsr MTK və X11 ilə "xxxx" ASC arasında öhdəliyin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. Sonradan cavabdeh Babayeva Rüqiyyə banka olan borcunu ödəmədiyi üçün, bank zaminlərdən biri olan Əzizov Fəzli ilə Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi borc tələbi borcalan və zamin X2 müştərək qaydada tutularq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə banka olan borcunu ödəmədiyindən onunla cavabdeh arasıbda mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin pozulmasının və cavAbdehin həmin mənzili boşaldmasını tələb edir. Lakin məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, cavabdeh X6 iddiaçı ilə aralarında bağlanmış 93 saylı xx.xx.2016-cı il tarixli mənzilin alqı satqı müqaviləsi üzrə üzərinə düşmüş olduğu öhdəliyi icra edərək mənzilin dəyərini tam şəkildə iddiaçıya ödəmişdir. Mənzilin dəyərinin ödəməsi üçün isə banka borcu yaranmışdır. Demək ki, cavabdeh bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə qanunun ona verdiyi imkandan istifadə edərək qabaqcadan ödənişlərini etmişdir. Bu isə, iddiaçının bildirdiyi kimi cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin pozulması ilə bağlı istinad etdiyi halların öz təsdiqini tapmadığını göstərir. Qeyd edilən məsələ ilə bağlı iddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, təmsil etdiyi təşkilat kredit müqaviləsi üzrə zamin qismində çıxış etdiyindən kredit müqaviləsi üzrə oda məsuliyyət daşıyır. Bu səbəbdən də hazırkı mübahisənin həlli kimi mənzilə dair alqısatqı müqaviləsinin ləğv edilməsini və mənzili iddiaçıya geri qaytarılmasında görür. Məhəkəm iddiaçının etirazının bu əsasları ilə razılaşmayaraq bildiri ki, alqı-satqı müqaviləsi ilə kredit müqaviləsini qarışdırmaq olmaz. Göründüyü kimi, bu müqavilələr ayrı-ayrı tərəflər arasında müstəqil şəkildə bağlanmaqla, özündə biri-birindən fərqli olan öhdəliklərin icrasını nəzərdə tutmuşdur. Beləliklə yuxarda qeyd edilənləri əsas götürərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla “müqavilənin ləğvi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan dövlət rüsumundan görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaiti də iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla “müqavilənin ləğvi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (bir yüz ) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2878/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2878/2022
26.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver