Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2937/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi X3 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 359,29 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 606,25 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, abonent kodu **********40004 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 606,25 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi məqsədi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, borc bu günə qədər ödənilməmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü ildə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə verərək Cavabdeh 359,29 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh isə əvvəlki məhkəmə iclasında iddianı qismən etiraf edərək bildirdi ki, o, 1993-cü ildə məcburi köçkün kimi Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən İdman Liseyində məskunlaşmışdır. Məcburi köçkün olduğundan dövlət tərəfindən ona işıq və təbii qazdan istifadəyə görə 90 manat limit ayrılmışdır. Qış aylarında həmin limiti keçir, yay aylarında isə yaranmış borcu silir. Hər ay 10 manat ödəyə bilər. O, məhkəməyə bu barədə ərizə təqdim etdi. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh tələb edilən borc məcburi köçkün borcu deyil, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə məcburi köçkünlərin borcları silinmişdir. Cavabdeh hissə-hissə ödənişlər etdiyindən hal-hazırda 359,29 manat borcu mövcuddur. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü ildə 839516 nömrəli "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi" bağlanmışdır. Cavabdehə **********40004 nömrəli abonent kodu verilmiş, ünvanına elektrik sayğacı quraşdırılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 839516 nömrəli "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi"ndən görünür ki, cavabdehin elektrik enerjisini iddiaçı tərəfindən təmin edilir. İşdə olan xx.xx.2023-cü il tarixli "Abunə haqqında" məlumatdan görünür ki, Cavabdeh 606,25 manat məbləğində borc hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli "Pretenziya"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.14-cü bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydalarının 9.1-ci bəndinə görə, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydalarının 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Müəyyən edilir ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmış, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq, müəyyən olunan qaydada ödənişlər etməmiş və nəticədə borcu yaranmışdır. Sadalanan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır. İş materiallarından Cavabdeh borcu 606,25 manat olduğu görünsə də, iddiaçı cavabdehin ödənişlər etməsi səbəbindən iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək elektrik enerjisindən istifadəyə görə 359,29 manat borcun tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin azaldılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehdən elektrik enerjisindən istifadəyə görə 359,29 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 359,29 manat istifadə olunmuş elektrik enerjisi üzrə borc və 30 manat məbləğində dövlət rüsumu, cəmi 389,29 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X7.
Məhkəmə qərarları › İş №e-2(008)-2937/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2937/2024
07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver