Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3034/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahələrinin sərhədlərinin və ara yolun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadəsində olan torpaq sahələrinin hasarının cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tərəflərə məxsus torpaq sahələrinin sərhədlərinin və yol standartlarına uyğun ümumi ara yolun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında (hakim İmran Burcayev) İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “torpaq sahəsinin yenidən naturada bölünməsi” tələbi ilə 2(008)-4231/2019 saylı mülki iş olmuşdur. Həmin iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə X10 adına olan bağ sahəsinə dair xx.xx.1970-ci il tarixli 17784 nömrəli müqavilənin və texniki pasportun təsdiq olunmuş surətinin təqdim olunmasına dair məhkəmə sorğusu verilmişdir. Məhkəmə sorğusuna xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağ massivində yerləşən 690 nömrəli bağ sahəsi (0.25 ha) keçmiş Bağlar təsərrüfatı idarəsi ilə bağlanmış xx.xx.1970-ci il tarixli 17784 nömrəli müqavilə ilə X12 icarəyə verilmişdir. Sözügedən bağ sahəsinə dair X10 adına arxiv qovluğunda mövcud olan sonuncu müqavilə xx.xx.1982-ci il tarixdə bağlanmışdır. X10 notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında bağ sahəsinin 0.12 ha hissəsi İddiaçı1, digər 0.12 ha hissəsi isə İddiaçı2 adına rəsmiləşdirilmişdir. Bağlar təsərrüfatı idarəsi ilə İddiaçı1 arasında Sabunçu rayonu Bilgəh ərazisində 0.12 ha torpaq sahəsi olan 690 nömrəli bağın istifadəyə verilməsi haqqında 12 avqust 2004-cü il tarixli 17784 saylı müqavilə və bağlar təsərrüfatı idarəsi ilə İddiaçı2 arasında Sabunçu rayonu Bilgəh ərazisində 0.12 ha torpaq sahəsi olan 690a nömrəli bağın istifadəyə verilməsi haqqında 12 avqust 2004-cü il tarixli 33031 saylı müqavilə bağlanmışdır. Bu bölünmə nəticəsində İslam Vəliyevə məxsus olmuş 0.25 ha torpaqdan 0.1 ha torpaq sahəsi sahibsiz qalmışdır. Bundan başqa, 1965-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bilgəh ərazisində X3 0.25 ha bağ sahəsi istifadəyə verilmişdir. 10 noyabr 1997-ci il tarixli 21169 saylı müqavilə ilə həmin bağ sahəsinin 0.12 ha sahəsi (471a saylı bağ) X1 adına, qalan 0.12 ha olan hissəsi isə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bu bölünmə nəticəsində də 0.01 ha torpaq sahəsi sahibsiz qalmışdır. Nəzərə alınmalıdır ki, xx.xx.2019cu ildə X4 dünyasını dəyişmiş və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən həyat yoldaşı Cavabdeh1 onun vərəsəsi kimi tanınmışdır. Qeyd olunan sənədlərin notarial təsdiq olunmuş surətinin verilməsi Cavabdeh1 xahiş edilsə də, sonuncu həmin sənədləri məhkəmədə təqdim edəcəyini bildirmişdir. Onlar və cavabdehlər yaxın qohumlar olduğundan qeyd olunan bağ sahələri, sözügedən İ.D.Vəliyevə və M.M. Əlizədayə aid torpaq sahələri hasarlarla ayrılmadan, dövlət yolu ilə bağlı tək girişi olan ümumi hasar daxilində yerləşirdi. Artıq neçə ildir ki, Cavabdeh2 onlarıın ümumi hasar daxilində olan torpaq sahələrini öz bildiyi kimi, onlarla razılaşdırmadan bölüşdürmüş, onların torpaq sahələrini yoldan məhrum etmiş, onların torpaq sahələrini qismən zəbt edərək öz torpaq sahəsi ilə birlikdə hasarlamışdır. Beləliklə, hasarlanmış torpaq sahəsində yuxarıda göstərilən 0.01 ha torpaq sahəsi və heç kimə məxsus olmayan, ümumi istifadədə olan 0.10 ha torpaq sahəsi onların bağ sahələrinə yol kimi istifadə olunması üçün nəzərdə tutulmasına baxmayaraq, bu torpaq sahəsi və əlavə olaraq 0.03 ha torpaq sahəsi də (torpaq sahələrinin bölünməsi nəticəsində sahibsiz qalmış sahələr) Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Bundan başqa, onların istifadəsində olan torpaq sahəsinin təxminən 0.03 ha hissəsi Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Qeyd olunanlar DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə də təsdiq olunur. Belə ki, 2017-ci ildə X4 onun adına olan 471a saylı bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2017-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.m təşkil edir, ümumi hasar daxilində 6100 kv.metr torpaq sahəsi istifadə edilməkdədir, mərzçəkmə işlərinin görülməsi, notarial qaydada təsdiq edilmiş bölğü sxeminin təqdim olunması məqsədəuyğundur. Göstərilən dörd bağ müqaviləsinin cəmi sahəsi 4 x 0.12 ha=0.48 ha, yəni 4800 kv.metr edir. 6100-4800=1300 kv.metr sahə ümumi istifadədə olmalı olan sahədir, lakin həmin sahə Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Torpaq sahələrinin bölünməsi ilə bağlı cavabdehlər Cavabdeh2ə, həmçinin Cavabdeh1 dəfələrlə təkliflər verilmiş, lakin bütün tərəfləri qane edəcək, ümumi razılıq əldə olunmamış və bu səbəbdən torpaq sahəsinin bölgü sxemi reyestr xidmətinə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş sxemdən görünür ki, bağ sahələrinə yol Cavabdeh2 hasarladığı torpaq sahəsinə qədərdir, onların torpaq sahələrinin faktiki yerləşdiyi sahəyə yol yoxdur. Bu səbəbdən cavabdehlərin istifadəsində olan torpaq sahəsindən yolun çəkilməsi zərurəti yaranmışdır. Bu mübahisəli vəziyyət 2008-ci ildən davam edir. Daha sonra iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 mülkiyyətində və istifadəsində, Cavabdeh1 istifadəsində olan torpaq sahələrinin hasarının cavabdehlərin hesabına sökülməsi, İddiaçı1 istifadəsində olan 690 nömrəli bağın və İddiaçı2 istifadəsində olan 690a nömrəli bağın zəbt edilmiş hissəsinin boşaldılması, tərəflərə məxsus torpaq sahələrinin sərhədlərinin və yol standartlarına uyğun ümumi ara yolun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında (hakim İmran Burcayev) İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “torpaq sahəsinin yenidən naturada bölünməsi” tələbi ilə 2(008)-4231/2019 saylı mülki iş olmuşdur. Həmin iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə X10 adına olan bağ sahəsinə dair xx.xx.1970-ci il tarixli 17784 nömrəli müqavilənin və texniki pasportun təsdiq olunmuş surətinin təqdim olunmasına dair məhkəmə sorğusu verilmişdir. Məhkəmə sorğusuna xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağ massivində yerləşən 690 nömrəli bağ sahəsi (0.25 ha) keçmiş Bağlar təsərrüfatı idarəsi ilə bağlanmış xx.xx.1970-ci il tarixli 17784 nömrəli müqavilə ilə X12 icarəyə verilmişdir. Sözügedən bağ sahəsinə dair X10 adına arxiv qovluğunda mövcud olan sonuncu müqavilə xx.xx.1982-ci il tarixdə bağlanmışdır. X10 notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında bağ sahəsinin 0.12 ha hissəsi İddiaçı1, digər 0.12 ha hissəsi isə İddiaçı2 adına rəsmiləşdirilmişdir. Bağlar təsərrüfatı idarəsi ilə İddiaçı1 arasında Sabunçu rayonu Bilgəh ərazisində 0.12 ha torpaq sahəsi olan 690 nömrəli bağın istifadəyə verilməsi haqqında 12 avqust 2004-cü il tarixli 17784 saylı müqavilə və bağlar təsərrüfatı idarəsi ilə İddiaçı2 arasında Sabunçu rayonu Bilgəh ərazisində 0.12 ha torpaq sahəsi olan 690a nömrəli bağın istifadəyə verilməsi haqqında 12 avqust 2004-cü il tarixli 33031 saylı müqavilə bağlanmışdır. Bu bölünmə nəticəsində İslam Vəliyevə məxsus olmuş 0.25 ha torpaqdan 0.1 ha torpaq sahəsi sahibsiz qalmışdır. Bundan başqa, 1965-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bilgəh ərazisində X3 0.25 ha bağ sahəsi istifadəyə verilmişdir. 10 noyabr 1997-ci il tarixli 21169 saylı müqavilə ilə həmin bağ sahəsinin 0.12 ha sahəsi (471 a saylı bağ) X1 adına, qalan 0,12 ha olan hissəsi isə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bu bölünmə nəticəsində də, 0.01 ha torpaq sahəsi sahibsiz qalmışdır. Nəzərə alınmalıdır ki, xx.xx.2019-cu ildə X4 dünyasını dəyişmiş və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən həyat yoldaşı Cavabdeh1 onun vərəsəsi kimi tanınmışdır. Qeyd olunan sənədlərin notarial təsdiq olunmuş surətinin verilməsi Cavabdeh1 xahiş edilsə də, sonuncu həmin sənədləri məhkəmədə təqdim edəcəyini bildirmişdir. Onlar və cavabdehlər yaxın qohumlar olduğundan qeyd olunan bağ sahələri, sözügedən İ.D.Vəliyevə və M.M.Əlizədayə aid torpaq sahələri hasarlarla ayrılmadan, dövlət yolu ilə bağlı tək girişi olan ümumi hasar daxilində yerləşirdi. Artıq neçə ildir ki, Cavabdeh2 onların ümumi hasar daxilində olan torpaq sahələrini öz bildiyi kimi, onlarla razılaşdırmadan bölüşdürmüş, onların torpaq sahələrini yoldan məhrum etmiş, onların torpaq sahələrini qismən zəbt edərək öz torpaq sahəsi ilə birlikdə hasarlamışdır. Beləliklə, hasarlanmış torpaq sahəsində yuxarıda göstərilən 0.01 ha torpaq sahəsi və heç kimə məxsus olmayan, ümumi istifadədə olan 0.10 ha torpaq sahəsi onların bağ sahələrinə yol kimi istifadə olunması üçün nəzərdə tutulmasına baxmayaraq, bu torpaq sahəsi və əlavə olaraq 0.03 ha torpaq sahəsi də (torpaq sahələrinin bölünməsi nəticəsində sahibsiz qalmış sahələr) Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Bundan başqa, onların istifadəsində olan torpaq sahəsinin təxminən 0.03 ha hissəsi Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Qeyd olunanlar DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə də təsdiq olunur. Belə ki, 2017-ci ildə X4 onun adına olan 471a saylı bağ sahəsinin özəlləşdirilməsilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2017-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.m təşkil edir, ümumi hasar daxilində 6100 kv.metr torpaq sahəsi istifadə edilməkdədir, mərzçəkmə işlərinin görülməsi, notarial qaydada təsdiq edihniş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Göstərilən dörd bağ müqaviləsinin cəmi sahəsi 4 x 0.12 ha=0.48 ha, yəni 4800 kv.metr edir. 6100-4800=1300 kv.metr sahə ümumi istifadədə olmalı olan sahədir, lakin həmin sahə Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Torpaq sahələrinin bölünməsi ilə bağlı cavabdehlər Cavabdeh2ə, həmçinin Cavabdeh1 dəfələrlə təkliflər verilmiş, lakin bütün tərəfləri qane edəcək, ümumi razılıq əldə olunmamış və bu səbəbdən torpaq sahəsinin bölgü sxemi reyestr xidmətinə təqdim olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş sxemdən görünür ki, bağ sahələrinə yol Cavabdeh2 hasarladığı torpaq sahəsinə qədərdir, onların torpaq sahələrinin faktiki yerləşdiyi sahəyə yol yoxdur. Bu səbəbdən cavabdehlərin istifadəsində olan torpaq sahəsindən yolun çəkilməsi zərurəti yaranmışdır. Bu mübahisəli vəziyyət 2008-ci ildən davam edir. Nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında Cavabdeh2 12 sot torpaq sahəsinin onun mülkiyyətində olmasına dair Daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış təqdim etmişdir. Məhkəməyə müraciət edənə qədər onlar dəfələrlə müqavilələrin müddətinin uzadılması və torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı dövlət reyestr xidmətinə müraciət etmişlər. Lakin sorğulara cavablarda müqavilə müddətinin uzadılmasının qeyri-mümkünlüyü, qonşu torpaq sahələrinin sahibləri ilə razılığa gəlindiyi halda torpaq sahələrinin özəlləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göstərilənlərdən belə nəticə çıxır ki, bu Qanun bağ sahələrinə dair verilən icarə müqavilələrini qüvvədə olma müddətinin olub-olmamasından asılı olmayaraq daşınmaz əmlak üzərində hər-hansı hüququn dövlət qeydiyyatı üçün əsas hesab edir. Bu səbəbdən onların adına olan müqavilələrin müddətinin bitməsinə baxmayaraq onların torpaq sahələri ilə bağlı hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüquqlarına malik olması birmənalı qəbul edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3034/2023 nömrəli 16 iyun 2023-cü il tarixli qərardadına əsasən “torpaq sahələrinin sərhədlərinin və ara yolun müəyyən edilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil İddiaçı1 izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bağ massivində yerləşən 0.24 ha torpaq sahəsi X12 məxsus olmuşdur. Bağ sahəsində ortadan eni 3.8 metr olan yol çəkilmişdir. Həmin yol ümumi 24 sotluq sahənin tərkibinə daxildir, sahə iki yerə ayrıldığı üçün ikinci bağa yol çəkilməlidir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, valideyninin sağlığında iddiaçıların sahəsi darvazanın yanından sayılırdı və onlar buna etiraz etmirdilər. Son beş ildə sahəni sata bilmədiklərinə görə tələb etdilər ki, onların sahəsi bağın yuxarı hissəsindən sayılsın. Əvvəl iddiaçıların bağ sahəsi bağın uzununa sayılırdısa, yeni tələbdən sonra bağ eninə sayıldı. Yeznələri Cavabdeh1 bu yerdəyişməyə razı oldu. Sonra iddiaçılar sahənin dördkünc olmasını istədilər. Onun sifarişi ilə 2022-ci ilin sonunda Topoqrafiya xidməti ümumi bağ sahəsini ölçmüş və onun dörd bağ sahəsinə mövcud paylar əsasında dəqiq bölgüsünü tərtib etmişdir. İddiaçılara 2022-cü ilin dekabrında çatdırılmış sxemdə onlara məxsus bağ sahəsi dördkünc və ümumi yoldan ayrılaraq iddiaçıların 24 sotluq sahələrinə qədər uzanan eni 3.8 metr olan yol göstərilmişdir. Bu sxemdəki bölgü və yol Cavabdeh1 tərəfindən bəyənilib qəbul edilmişdir. Beləliklə, surəti məhkəməyə təqdim edilən sxemlə iddia ərizəsində onun ünvanına iddiaçıların irəli sürdükləri şikayətin bir məqamının - guya o, iddiaçıların torpaq sahələrinə gedən yolu zəbt etmişdir - tam əsassız olduğu sübuta yetir.Təklif etdiyi sxemlə tanış olduqdan sonra İddiaçı1 2022-ci ilin dekabrın 13-də onun mobil telefonuna zəng etmiş və ona məxsus torpaq sahəsindən onun torpaq sahəsinə gedən yol üçün əlavə sahənin ayrılmasını tələb etmişdir. Onun anlaqsız olduğunu ehtimal etdiyindən vatsap nömrəsinə onİara göndərdiyi sxemin üzərində öz istəyini ifadə edən bir şəkil də çəkib göndərmişdir. Bu şəkildə öz bağından onun bağ sahəsinə gedən təxminən 50 kvadrat metrlik yol qara rənglə işarələnmişdir. İddiaçının ona telefonla göndərdiyi bu şəkil və dayısına ismarıcının mətnini də məhkəmənin diqqətinə qoşmada çatdır. Valideynindən ona miras qalmış bağı zəbt etməsi barədə iddiaçıların fikirlərinə aydınlıq gətirmək məqsədilə bu bağa sahibliyini təsdiq edən sənədlərin surətini də məhkəməyə təqdim edir. Birinci sənəd X6 bağ sahəsini ona icarəyə verməsi barədə müqavilədir, ikinci sənəd Bilgəh bələdiyyəsinin ona torpaq satması barədə qərarıdır. Beləliklə, bu iki sənəd onun bağ sahəsinin qanuni sahibi olduğunu təsdiq edir və iddia ərizəsinin onun hansısa sahəni zəbt etməsi barədə fikrin yanlış olduğunu sübut edir. İddiaçıların yeganə qanuni sənədi onların hər birinə məxsus 12 sot torpağa sahib olmalarını təsdiqləyən sənədlərdir. O, iddiaçıların 24 sot torpaq sahəsinə gedən yolun mövcudluğunu təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -iddia ərizəsindən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən Sabunçu rayonu Bilgəh bağ massivi ünvanında yerləşən 471a saylı bağ sahəsinin ölçüsü 1200 kv.m təşkil edir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ümumi hasar daxilində 6100.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir və sözügedən bağ sahəsi qonşu bağ sahələrindən təcrid edilməmişdir. Mərzçəkmə işlərinin görülməsi, notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Yuxarıda qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş məktubdan görünür ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi 690 saylı bağ sahəsinin plan-sxeminin alınması ilə əlaqədar bağ sahəsinə idarənin mühəndisi tərəfindən baxış keçirilməsinə İddiaçı1 tərəfindən şərait yaradılmamışdır. Bu səbəbdən ölçü işləri aparmaq mümkün olmamışdır. Torpaq sahəsinə texniki baxış keçirilməsinə şərait yaradıldıqdan sonra ərizəyə yenidən baxıla bilər. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş məktubdan görünür ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi 690 saylı bağ sahəsinə müvafiq plan və cizginin alınması ilə əlaqədar İddiaçı1 ərizəsinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən qeyd olunan bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, iki bağ sahəsi bir hasar daxilindədir və ara mərz nişanları yoxdur. Bağ sahələrinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxemi idarəyə təqdim edildikdən sonra ərizənin icrası məsələsinə baxılacaqdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş məktubdan görünür ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi 690a saylı bağ sahəsinə müvafiq plan və cizginin alınması ilə əlaqədar İddiaçı2 ərizəsinə baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən qeyd olunan bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, iki bağ sahəsi bir hasar daxilindədir və ara mərz nişanları yoxdur. Bağ sahələrinə dair notarial qaydada təsdiqlənmiş bölgü sxemi idarəyə təqdim edildikdən sonra ərizənin icrası məsələsinə baxılacaqdır. -Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 17784 nömrəli xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 690 nömrəli bağ sahəsi İddiaçı1 istifadəsinə verilmişdir. -Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı2 arasında bağlanmış 33031 nömrəli xx.xx.2004-cü il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 690a nömrəli bağ sahəsi İddiaçı2 istifadəsinə verilmişdir. -Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 064 nömrəli xx.xx.2007-ci il tarixli qərarın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bilgəh qəsəbəsi ərazisində yerləşən 471a saylı bağın 600 kv.m artıq torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. -Bağın icarəyə verilməsi haqqında 13107 nömrəli xx.xx.1997-ci il tarixli müqavilənin surətindən görünür ki, Bilgəh qəsəbəsi sahəsi 0.12 ha olan 471 nömrəli bağ sahəsi və sahəsi 61.3 kv.m olan 3 otaqdan ibarət bina Cavabdeh2 icarəyə verilmişdir. -RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən sahəsi 94.3 kv.m olan 471 saylı bağ evi və sahəsi 0.12 ha olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. -Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 17784 nömrəli xx.xx.1970-ci il tarixli müqavilənin surətindən görünür ki, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.25 ha olan 368a/69 nömrəli bağ sahəsi X12 icarəyə verilmişdir. -Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 17784 nömrəli xx.xx.1982-ci il tarixli müqavilənin surətindən görünür ki, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.25 ha olan 690 nömrəli bağ sahəsi X12 icarəyə verilmişdir. -Bağın icarəyə verilməsi haqqında 21169 nömrəli xx.xx.1997-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan 471a nömrəli bağ sahəsi X2 icarəyə verilmişdir. İddia tələbindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 17784 və 33031 nömrəli xx.xx.2004-cü il tarixli müqavilələrinə əsaslanaraq, onların istifadələrinə verilmiş Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0.12 ha ölçüsü olan 690 və 690a saylı bağ sahələrinin bir hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunmasını, bununla da onların mülkiyyət hüquqlarının pozulduğunu iddia etmiş, cavabdehlər Cavabdeh2 mülkiyyətində və istifadəsində, Cavabdeh1 istifadəsində olan torpaq sahələrinin hasarının cavabdehlərin hesabına sökülməsi, İddiaçı1 istifadəsində olan 690 nömrəli bağın və İddiaçı2 istifadəsində olan 690a nömrəli bağın zəbt edilmiş hissəsinin boşaldılmasını tələb etmişlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşin məhkəmə iclasında tədqiq edilən halları ilə müəyyən edilir ki, iddiaçıların istifadəsinə verilmiş bağ sahələri bir hasar daxilindədir və ara mərz nişanları, bağ sahələrinə dair bölgü sxemi yoxdur. Bundan başqa, İddiaçı1 istifadəsinə verilmiş 690 saylı bağ sahəsinin plan-sxeminin alınması ilə əlaqədar Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, bağ sahəsinə idarənin mühəndisi tərəfindən baxış keçirilməsinə İddiaçı1 tərəfindən şərait yaradılmamış, bu səbəbdən ölçü işləri aparmaq mümkün olmamışdır. Göründüyü kimi, iddiaçılar istifadələrinə verilmiş bağ sahələrinin harada yerləşməsinə dair məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd (plan-cizgi, çıxarış) təqdim etməmiş, bununla da, həmin bağ sahələrinin cavabdehlərə məxsus bağ sahələri ilə üst-üstə düşməsini, bağ sahələrinin bir hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsini sübut edə bilməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-3034/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3034/2023
16.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver