Məhkəmə qərarları › İş №e-2(008)-3071/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3071/2024

26.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3071/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixində saat 13:05 radələrində Bakı şəhəri, Nizami rayonu Ə.Əzimzadə küçəsi ilə Məhsəti küçəsinin kəsişməsində Cavabdeh idarə etdiyi WOLKSFAGEN JETTA markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə iddiaçıya məxsus KİA SPORTAGE markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilinə törətdiyi yol nəqliyyat hadisə nəticəsində dəymiş 6393 (altı min üç yüz dögsan üç) manat ilkin zərər, 8000 (səkkiz min) manat nəqliyyat vasitəsinin bazar dəyərinin aşağı düşməsi nəticəsində dəymiş zərər, məhkəməyə müraciət etmək üçün “hüquqi yardımın göstərilməsi” haqqında müqaviləyə görə 500 manat və 135 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində saat 13:05 radələrində Bakı şəhəri, Nizami rayonu Ə.Əzimzadə küçəsi ilə Məhsəti küçəsinin kəsişməsində Cavabdeh idarə etdiyi WOLKSFAGEN JETTA markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə ona məxsus KİA SPORTAGE markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilimə törətdiyi yol nəqliyyat hadisə nəticəsində ciddi şəkildə zərər yetirmişdir. Bundan sonra hadisə yerinə Azərsığorta şirkətinin əməkdaşları yaxınlaşaraq sığorta ödənişi ilə bağlı akt tərtib edilmişdir. Bununla yanaşı Bakı şəhəri, Nizami rayon DYPŞ tərəfindən zərərvuran şəxs Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cii maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cii il tarixli, İXP60000139 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mülkiyyətində olan KİA SPORTAGE markalı, 99 EO 3 11 dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 14393 manat dəyərində zərər dəymişdir. Belə ki, ilkin olaraq KİA MOTORS tərəfindən verilən qüsur aktına görə iki ehtiyat hissəsi nəzərə alınmadan 11393https://v3.camscanner.com/user/download manat, nəqliyyat vasitəsinin qəza keçirdiyi nəzərə alaraq isə bazar dəyərinin təxminən 8000 manat aşağı düşməsi. İlkin olaraq KİA MOTORS tərəfindən verilən qüsur aktına görə iki ehtiyat hissəsi nəzərə alınmadan 11393 manat dəymiş zərərin 5000 manat hissəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmişdir. Beləliklə 6393 manat ilkin zərər və 8000 manat nəqliyyat vasitəsinin bazar dəyərinin aşağı düşməsi. Zərərvuran şəxs Cavabdeh oğlıı zərər vurmaqla kifayətlənməyərək vurduğu zərəri ödəməkdən boyun qaçırır. Bu səbəbdən də hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquqlarının müdafiəsi üçün isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil ilə “hüquqi yardımın göstərilməsi haqqında” 500 manat dəyərində müqavilə bağlamışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə yerləşdirərək onun iştirakı olmadan baxış iclasının keçirilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, 2000 manat məbləğində təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. KİA SPORTAGE markalı ** EO *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçınun sahibliyindədir (BB368761 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). xx.xx.2024-cü il tarixində saat 13:05 radələrində Bakı şəhəri, Nizami rayonu Ə.Əzimzadə küçəsi ilə Məhsəti küçəsinin kəsişməsində Cavabdeh idarə etdiyi WOLKSFAGEN JETTA markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə iddiaçıya məxsus KİA SPORTAGE markalı ** EO *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir (X4 İdarəsi tərəfindən tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemi, iddiaçı və cavabdehin polisə verdiyi izahatlar). Həmin avtoqəzaya görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cii il tarixli, İXP60000139 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı iəl qərar Cavabdeh AR İXM-nin 332.4-cü maddəsilə ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sifarişi əsasında KİA MOTORS tərəfindən qüsur aktı tərtib edilmiş, həmin qüsur aktına əsasən iddiaçıya məxsus avtomobilə 11393https://v3.camscanner.com/user/download manat normal, 10159,60 manat məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən dəymiş zərərin 5000 manat hissəsi iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı qalan 6393 manat və 8000 manat nəqliyyat vasitəsinin bazar dəyərinin aşağı düşməsi nəticəsində dəymiş zərərin cavabdehdən tutulmasını istəyir. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 9/3905 №-li ekspert rəyinə əsasən iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 10159,0 manat, dəyişilməli hissələrin köhnəlmə faizi tədbiq edilməklə isə 8194,0 manat müəyyən edilmişdir. Həmin rəyə əsasən eyni zamanda “Kia Sportage” markalı, **-EO-*** dövlət nömrə nişanlı normal təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 33000,0 manat müəyyən olunduğu, avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % - 3300,0 (33000,0- 10%) aşağı olmasının istisna edilmədiyi müəyyən edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, cavabdeh tərəfindən törədilmiş delikt məhkəmə qərarı ilə təsdiq edilmiş, ekspertiza tərfindən isə avtomobilə dəyən zərər dəyişilməli hissələrin qiymətinə aşınma tədbiq edilməklə 8194 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 3194 manat (8194 manat zərər – 5000 manat sığorta tərəfindən ödənilmiş məbləğ) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 8000 manat nəqliyyat vasitəsinin bazar dəyərinin aşağı düşməsi nəticəsində dəymiş zərərin tutulması barədə iddia tələbinə dair aşağıdakıları qeyd etmək istəyir. Qeyd edildiyi kimi, ekspert rəyinə əsasən avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % - 3300,0 (33000,0-10%) aşağı olması müəyyən deyil, istisna edilməmişdir. İddiaçı tərəfindən nəqliyyat vasitəsinin bazar dəyərinin aşağı düşməsi nəticəsində dəymiş ziyana dair birbaşa mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ehtimal əsasında zərərin dəyməsinə görə cavabdhdən iddiaçının xeyrinə pul tutula bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda məhkəmə xərclərinin tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddia 3194 hissədə təmin edildiyindən 51.94 dövlət rüsumu cavabdehdən iddiçının xeyrinə tutulmalı, 83,06 dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda iddiaçı 500 manat “hüquqi yardımın göstərilməsi” haqqında müqaviləyə görə tutulmasını istəsə də, bu ödənişi təsdiq edən sənəd iddia ərizəsinə əlavə etməmişdir. Odur ki, həmin məbləğ tutula bilməz. Belə ki, həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər, 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu şəkildə qiymət verərək heəab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3194 manat maddi zərərin əvəzi və 51.94 manat dövlət rüsumu İddiaçınun xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, 83,06 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə iş üzrə ekspertiza təyin olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 25 manat iddiaçıdan, 25 manat cavabdehdən tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3194 manat maddi zərərin əvəzi və 51.94 manat dövlət rüsumu İddiaçınun xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 83,06 manat dövlət rüsumu iddiaçıya aid edilsin. “Hüquqi yardımın göstərilməsi” haqqında müqaviləyə görə ödənilmiş 500 manatın cavabdehdən tutulması barədə iddiaçının xahişi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar