Məhkəmə qərarları › İş №e-2(008)-3110/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3110/2025

29.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3110/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X37 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh, X5, yetkinlik yaşına çatmayan X23, X24 və X20 qarşı torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması tələbinə dair iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun icarəsində və istifadəsində olan, Abşeron rayonu, X30 ərazisində yerləşən 0,03 hektar torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Abşeron rayonu, X30 ərazisində yerləşən 0.03 hektar torpaq sahəsi onun icarəsindədir. Həmin torpaq sahəsi anası tərəfindən ona bağışlanmışdır. Anası sağ olan zaman həmin torpaqda onun gəlirləri ilə ev tikilmişdir. O, ev tikildiyi və təhvil verildiyi vaxtdan orada yaşamış, lakin 3-4 ay öncə Sumqayıt şəhərində işləməyə başladığı üçün ora köçərək, kirayə mənzil tutmuş və orada yaşamağa başlamışdır. Həmin ərəfədə qardaşı Cavabdeh ona müraciət edərək ailəsi ilə birlikdə Abşeron rayonunu, X30 ərazisində yerləşən mülkiyyətində olan evə köçərək yaşamaq istədiyini bildirmişdir. Buna səbəb isə, hazırda evin boş olmasın və kirayədə yaşadıqları üçün boş evə ehtiyacları olduğunu bildirmişdir. Bu barədə o, cavabdehə onun öhdəliyində olan və ödəməli olduğu aliment məbləğini hər ay onun yerinə ödədiyi halda evdə yaşamaqlarına icazə verə biləcəyi barədə təklif irəli sürmüşdür. Bununla bağlı cavabdeh tərəflə razılıq əldə etmiş və o, ailəsi ilə birlikdə evə köçərək yaşamağa başlamışdır. Cavabdeh ilk 2 ayı onun yerinə aliment məbləğini ödəsə də, sonradan ödəniş etməkdən imtina etmişdir. Bundan başqa, cavabdeh ona məxsus olan evdən çıxmaqdan imtina edir. Bütün irad və etirazlarına baxmayaraq, ailəsi ilə ona məxsus evdə yaşamağa davam etməkdədir. Evi boşaltmamaqla və orada yaşamağa davam etməklə onun mülkiyyət hüquqlarını pozur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə etdiyi çıxarışa əsasən Abşeron rayonu, X30 əzasində yerləşən 0.03 hektar torpaq sahəsi və oradakı ev onun tam mülkiyyətindədir. Hesab edir ki, cavabdeh ona məxsus olan yaşayış sahəsindən çıxarılmalıdır. O, bu məsələ ilə bağlı özü ilə dəfələrlə danışsa da aralarında heç bir razılıq əldə edə bilməmişlər. Daha sonra iddiaçı iddia ərizəsi verən zaman texniki səhvə yol verilməsi, yəni dövlət rüsumunun onun deyil, cavabdehin adından ödənilmişdir. Həmçinin iddia ərizəsi verən zaman onun ailə üzvlərinin də cavabdeh qismində əlavə etmək yaddan çıxmışdır. Bu səbəbdən iddia ərizəsinə dəqiqləşmə və iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh və onun ailə üzvləri olan X7, yetkinlik yaşına çatmayan övladları, X23, X24 və X16 qanuni və rəsmi icarəsində və istifadəsində olan, Abşeron rayonu, X30 ərazisində yerləşən 0.03 hektar torpaq sahəsindən və torpaq sahəsi üzərində olan evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci ildə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixdə ölmüş X2 miras qalmış Abşeron rayonu, X30 ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququnun tanınması, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 2V-335 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi, Abşeron rayonu, X30 ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə Cavabdeh adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 08 may 2025-ci il tarixli 1571 nömrəli cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, xx.xx.2021-ci ildə vəfat etmiş X3 adına 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisində vərəsəlik işi açılmış, X3 adından miras qalmış Abşeron rayonu, X30 ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə 2V-335 nömrəsilə qeydiyyat aparılaraq İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. V- 231/2023 nömrəli vərəsəlik işindən aşkar görünür ki, mərhum X3 yeganə ailə üzvü İddiaçı deyil, həyat yoldaşı X21, övladları İddiaçı Nizami oğlu, Cavabdeh və X25 vardır. Lakin 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X10 Mülki Məcəllənin və Notariat haqqında Qanunun imperativ göstərişlərinə riayət etməmiş, mərhum X3 vərəsələrinin dairəsini müəyyən edərkən - birinci növbə vərəsələri olan həyat yoldaşı X11, övladları - İddiaçı Nizami oğlu, Cavabdeh və X17 nəzərə almamış, onları qanunla müəyyən edilmiş qaydada vərəsəliyə çağırmamış, nəticədə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak tam hissədə mərhumun oğlu İddiaçı verilmişdir. Yuxarıda qeyd olunanlara əlavə olaraq, İddiaçı anasının ölümündən sonra sonuncunun adına xx.xx.2023-cü il tarixli çıxarış əldə etmişdir. Daha sonra İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra mübahisəli daşınmaz əmlakı xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla öz adına rəsmiləşdirmişdir. Lakin qeyd edilmişdir ki, mərhumun digər birinci növbə vərəsələri həmin torpaq sahəsi üzərində yaşayış evi tikildiyi gündən bəri orada X8 ilə birgə yaşamışlar. Hətta sonuncunun ölümündən sonra da qeyd olunan yaşayış evində yaşamaqdadırlar. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1385 nömrəli arayışa əsasən, Abşeron rayonu, X30 ərazisi ünvanında yerləşən yaşayış evində hal-hazırda Cavabdeh və onun ailə üzvləri X12, X32, X26 və X33 yaşayır. Hesab edirlər ki, bütün bunlar hüquqlarını müdafiə etdiyi Cavabdeh konstitusion qaydada təminat verilən vərəsəlik hüquqlarının pozulması ilə nəticələnmişdir. Hazırda isə bu hüquqların bərpası üçün mübahisənin məhkəmə qaydasında həll olunması, iddiaçının qanun üzrə vərəsəlik hüququnun tanınması, İddiaçı adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi və Cavabdeh adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə həvalə edilməsi üçün zərurət yaranmışdır. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4509/2025 nömrəli, xx.xx.2025-ci il qərardadı ilə Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv olunması” tələbinə dair e-2(008)-4509/2025 nömrəli mülki işin, Sabunçu Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılma” tələbinə dair e-2(008)- 3110/2025 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən iddiaya qarşı etiraz verilərək, Cavabdeh tərəfindən qaldırılmış iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, İddiaçı torpağa dair icarə hüququnu əldə edən zaman torpaq shəsinin boş olduğunu, sonradan İddiaçı tərəfindən orada ev inşa edilərək, anası ilə birlikdə yaşadığını, hazırki iddiaçı Cavabdeh ailəsi ilə başqa yerdə yaşadığını, torpaq sahəsinə heç bir aidiyyətinin olmadığını, Rəfiqə Zeynalova rəhmətə gedəndən sonra, o qanuna müvafiq qaydada notariat kontoruna müraciət etmiş, ilkin olaraq çıxarışı Rəfiqə Zeynalovanın adına almış, sonradan vərəəlik işi açılmış yeganə müraciət edən vərəsə kimi onun adına rəsmiləşdirilmişdir. Cavabdeh ona ev boş olduğundan həmin vaxt İddiaçı Sumqayıt şəhərində işlədiyindən onun aliment borcunu ödəmək qarşılığı əsasında evə yaşamağa icazə vermiş, 2 ay ödəniş etdikdən sonra dayandırdığından evi tərk etməsini bildirsə də, məhəl qoymadığından məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı tərəfindən miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi alınan zaman qanunvericiliyin heç bir şərti pozulmamışdır. Odur ki, Cavabdeh tərəfindən verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum Rəfiqə Zeynalova 2021-ci il tarixdə ölən zaman nikahda olmuş onun İddiaçı, Cavabdeh başqa əri X21 və digər övladı X25 adlı vərəsələri var və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında həmin şəxslər müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişlər. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh, X5, yetkinlik yaşına çatmayan X23, X24 və X20 qarşı torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması tələbinə dair iddiası rədd edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin və şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv olunmasına dair iddiası təmin olunmalıdır. İş materiallarına əlavə olunan etibarnamə əsasında satıcı X13 ilə alıcılar X27, X4, X18 və X8 arasında torpaq sahəsinin icarə hüququnun satılmasına dair bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-01-304 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli **********95 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli1 807 nömrəli arayışına əsasən X14 icarəsində olan Abşeron rayonu, X30 ərazisində yerləşən 1.0 hektar torpaq sahəsindən 0.027 ha torpaq sahəsinin icarə hüquqlarını X27 2700 AZN-nə, 1.0 ha torpaq sahəsindən 0.035 ha torpaq sahəsinin icarə hüquqlarını X19 3500 AZN-ə, 1.0 hektar torpaq sahəsindən 0.03 ha torpaq sahəsinin icarə hüquqlarını X9 3000 AZN-nə, 1.0 hektar torpaq sahəsindən 0.03 ha torpaq sahəsinin icarə hüquqlarını X6 3000 AZN-nə satmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 458718 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 04 ayının 07 günündə 739 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, X30 ərazisində yerləşən 0.03 hektar torpaq sahəsi xx.xx.2010-cu ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə xx.xx.2010-cu il tarixli 1292 nömrəli icarə müqaviləsi və xx.xx.2022-ci il tarixli, 3M-01-304 saylı icarə hüququnun alqı-satqı müqaviləsi əsasında İddiaçı xeyrinə yüklü edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, X30 ərazisində yerləşən 0.03 hektar torpaq sahəsi icarə müqaviləsi əsasında İddiaçı xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli 2V-231/2023 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçı və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərzai İdarəsi tərəfindən xx.xx.2023-cü ildə X6 verilmiş **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X30 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin icarə hüququndan ibarətdir. İş materiallarına əlavə olunan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi 990 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Abşeron rayonu, X30 ərazisi ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İş materiallarında olan AZ-T 09241 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə, X8 28 mart 1981-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində nikaha girmiş nikahları 52 nömrəli akt qeydi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X22 Regional Təhsil İdarəsi Xocalı rayon Malıbəyli kənd tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli 727 nömrəli arayışına əsasən X23 (Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi 450) Xocalı rayonu, Malıbəyli kənd tam orta ümumtəhsil məktəbinin 7a sinfində təhsil alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X22 Regional Təhsil İdarəsi Xocalı rayon Malıbəyli kənd tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli 728 nömrəli arayışına əsasən X24 (Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi 450) Xocalı rayonu, Malıbəyli kənd tam orta ümumtəhsil məktəbinin 7a sinfində təhsil alır. İddialara hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh, X5, yetkinlik yaşına çatmayan X23, X24 və X20 qarşı torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılması tələbinə dair iddia tələbi təmin olunmamalı, iddiaçı Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv olunması” tələbinə dair iddiası isə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçı icarə hüququ əsasında iddiaçıların analarına məxsus olmuş Abşeron rayonu, X30 ərazisində yerləşən 0.03 hektar torpaq sahəsi hazırda müvafiq çıxarış əsasında İddiaçı mülkiyyətində olsa da, miras əmlaka dair hüquqlar qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmişdir. Mülki işlərin araşdırılması zamanı müəyyən olunmuşur ki, xx.xx.2025-ci ildə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixdə ölmüş X2 miras qalmış Abşeron rayonu, X30 ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququnun tanınması, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 2V-335 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi, Abşeron rayonu, X30 ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə Cavabdeh adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda göstərilmişdir ki, ... Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. ... Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat ofisinin adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147-ci maddəsinə əsasən mirasın açıldığı yer miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1301.1-1301.3-cü maddələrinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.3-cü maddəsinə əsasən, Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Sadalanan qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mirasqoyan İddiaçı, Cavabdeh, X25 və əri X21 adlı birinci növbə vərəsələri olmuşdur. Vərəsələrdən İddiaçı analarından miras qalmış əmlakın qəbul edilməsi barədə notariat ofisinə müraciət etmiş, digər vərəsələrin olması barədə məlumat verməmiş, həmçinin notariat işi açıldığı zaman bu məsələ araşdırılmamış və miras əmlaka dair tam pay hüququ üzrə Qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Halbuki, əri X21, Cavabdeh və X25 birinci növbəli vərəsə olmaları və mirası faktiki idarə etməklə qəbul etmələri iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydası haqqında Təlimat”ın tələblərinə görə də şəhadətnamə alınan zaman vərəsə notariusa ondan başqa vərəsənin olub-olmaması barədə məlumat verərkən doğru məlumat verməyə borcludur, səhv məlumata görə məsuliyyəti müraciət etmiş vərəsə özü daşıyır. Məhkəmə qeyd edir ki, mərhum X3 vərəsələrinin dairəsi müəyyən edilən zaman birinci növbəli vərəsələr, yəni mərhumun həyat yoldaşı X11, övladları Cavabdeh və X17 nəzərə almamış, onlar qanunla müəyyən edilmiş qaydada vərəsəliyə çağırılmamış, nəticədə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak tam hissədə mərhumun ailə üzvlərindən yalnız birinə, İddiaçı verilmişdir. İş materiallarına əlavə olunan 4 saylı Bakı Asan Xidmət mərkəzini xüsusi notariusu tərəfindən təsdiq edilmiş 8İ-11930 reyestr nömrəli İddiaçı ərizəsinə əsasən, anasının ölümündən sonra torpaqdan ibarət miras qalan irsə (Abşeron rayonu, X30 ünvanında yerləşən torpaq) ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-18-8/2-2000/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışa əsasən, X8 ölən gün xx.xx.2021-ci ilə qədər Ramana qəsəbəsi, Südçülük savxozu ərazisində qeydiyyatsız olaraq yaşamışdır. (Ailə tərkibi: X21-1960-cı il təvəllüdlü, İddiaçı 1989-cu il təvəllüdlü) Belə olan halda məhkəmə hesab edir ki, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 2V-335 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi, Abşeron rayonu, X30 ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi ilə bağlı vərəsələrin dairəsinin müəyyən edilməsi və onlara qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə həvalə edilməsi hissələrində əsaslıdır və miras əmlak Abşeron rayonu, X30 ərazisində yerləşən 0,03 hektar torpaq sahəsi tam pay üzərindən bölünməli, yəni mərhum X3 əri X21 və övladları İddiaçı, X25 və Cavabdeh arasında bərabər qaydada bölünməlidir. İş materiallarından və işin faktiki hallarından gğöründüyü kimi İddiaçı notariat ofisinə müraciət edərək digər vərəsələr barəsində məlumat verməmişdir. Qanunvericiliyin tələbinə görə, vərəsələrin dairəsini yoxlamaq notariusun vəzifəsi olduğu halda, notarius vərəsələrin dairəsini yoxlamadan, X3 ölümü ilə əlaqədar miras əmlaklara dair yeganə vərəsə kimi yalnız İddiaçı hesab edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Digər vərəsələr miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən cəlb edilməmiş və bununla da onların hüquqları pozulmuşdur. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən şəhadətnamə ləğv edilməli və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlari və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh, X5, yetkinlik yaşına çatmayan X23, X24 və X20 qarşı torpaq sahəsindən və torpaq sahəsi üzərində yerləşən evdən çıxarılmasına dair iddia tələbi təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğv olunması” tələbinə dair iddiası təmin edilsin. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə reyestrdə 2V-231/2023 nömrəli qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin və onun əsasında verilmiş DƏDRX tərəfindən aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilsin. X1 miras qalmış Abşeron rayonu, X30 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı vərəsələrin dairəsinin müəyyən edilərək, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi 4 saylı ASAN xidmət mərkəzindəki Notariat Ofisinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar