Məhkəmə qərarları › İş №e-2(008)-318/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-318/2025

15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-318/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə Nizami oğlunun, Cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Nabi oğlunun iştirakı ilə,. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin və ya avtomobilin dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin və ya avtomobilin dəyərinin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** GM *** qeydiyyat nişanlı, istehsal ili 2001, Mersedes Banz 220 CDİ minik avtomobilin cavabdelərdən alınaraq onun mülkiyyətinə və istifadəsinə qaytarılması, avtomobili eyni ilə qaytarmaq mümkün olmadıqda isə avtomobilin dəyəri olan 16000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə Zaminbank ASC ilə onun arasında kredit müqaviləsi bağlanmış, 10200 ABŞ Dolları məbləğində ona kredit ayrılmışdır və ona məxsus **-GM-*** qeydiyyat nişanlı, istehsal ili 2001, Mersedes Benz 220 CDİ minik avtomobili ipoteka predmeti olaraq müəyyənləşdirilmişdir. Kredit müqaviləsi bağladıqdan bir müddət sonra avtomobil tərəfindən Cavabdeh2 (özünü Zamin Bankın əməkdaşı kimi təqdim etmişdir) baş etibarnamə əsasında verilmişdir. Belə ki, Cavabdeh2 ödəniş edilmədiyi üçün həmin maşını etibaranmə verdiyi Asim adlı şəxsdən aldığını və bankın həyətində saxlamışdır. Daha sonra o onu çağırıb əvvəl verdiyi etibarnaməni notariusda ləğv etməyini və ona baş etibarnamə verməyini və bununla da kredit borcunun bağlanacağını bildirdi. Lakin bir müddət sonra bank ləğv olundu və kredit borcu sistemdə hələ də adında qalmışdır. Mərkəzləşdirilmiş Reyestridən Çıxarışdan görünür ki, əsas borc 3670.59 ABŞ dolları, faiz borcu 7132.12 ABŞ dolları göstərilir. Göründüyü kimi cavabdehlərin öhdəliklərini yerinə yetirməməsi nəticəsində həm avtomobili onun qanuni mülkiyyətindən məhrum edilib, həm də kredit borcu hələ də adında görsənir. Yəni etibarnamə verilən şəxslər (Cavabdeh2 və Cavabdeh1) avtomobil üzrə kredit borcunu ödəməmişlər, öhdəliklərini yerinə yetirməmişlər. Belə ki, daha sonra Cavabdeh2 tərəfindən Cavabdeh1 etibarnamə verilib və avtomobil ona satılıb və alınmış məbləğ kreditə yönəlməmişdir. O, bununla bağlı dəfələrlə müxtəlif qurumlara sorğular və şikayətlər yazmış ancaq heç bir nəticəsi olmamışdır. Xətai rayon Polis İdarəsinə cinayət işinin başlanması ilə bağlımüraciət etsə də xx.xx.2020-ci il tarixli Qərarla cinayət işi rədd edilmişdir. Onu da qeyd etmişdir ki, tərəfindən etibarnamələr notariusda ləğv edilmişdir. Sözgedən avtomibilin dəyəri ilə bağlı qeyd edir ki, həmin ildə həmin funksiyada olan oxşar avtomobillərin dəyəri 14000 manatdan 19000 manata qədər avtomobil saytlarında göstərilir. Ortalama götürsək avtomobilinin dəyərini 16000 manat kimi qiymətləndirir. Göründüyü kimi cavabdehlər arasında olan razılaşmanı kobud şəkildə pozaraq kredit öhdəliyini yerinə yetirməmiş və onun xəbəri olmadan avtomobili başqa şəxslərin istifadəsinə vermişdir, beləliklə də nə krediti ödəmişlər nə avtomobili ona qaytarmışlar. Ümumiyyətlə bu müddət ərzində bankdan da ona hər hansı şifahi və ya rəsmi xəbərdarlıq gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərk bildirmişdir ki, Cavabdeh2 bankın nümayəndəsidir, o bankın borcunu ödəyə bilmədiyi üçün Cavabdeh2 ondan mülki etibarnamə isdəmişdir ki, həmin avtomobili satıb pulu banka ödəsin. O xx.xx.2015-ci ildə etibarnamə vermişdir. Eldar ona maşının sənədləri olmadığını, sənədləri düzəltmək üçün isdəmişdir. Maşın onda olmadığından o maşını Eldar və başqa şəxs ilə birlikdə axtarıb tapmış, daha sonra Eldar maşınıda aparıb bankın həyətində saxlamışdır. İki ildən sonra ona bankdan zəng gelərək banka olan borcunun ödənilmədiyini bildirmişdir. 2017-ci ildə o etibarnaməni ləğv etmişdir. O maşını Cavabdeh2 verilərkən maşına dair təhvil-təslim aktı verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili, iddia tələbini qəbul etmədiyini, o iddiaçıdan maşını sürmək və ya maşını satmaq üçün etibarnamə verilmədiyini, mülki iş matriallarına əlavə edilmiş etibarnamə maşının sürülməsinə dair olmamışdır. Maşın heç vaxt ona verilməmişdir. Maşına dair ona verilən etibarnamə ona maşına qeydiyyat şəhadətnaməsinin alınması ilə bağlı olmuşdur. Ümumiyyətlə onun maşını satmaq kimi səlahiyyəti olmamışdır. Maşını satmaq üçün bankın razılığı olmalıydı. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 iddia tələbinin tətbiqinə dair ərizə verərək bildirmişdir ki, **-GM-*** qeydiyyat nişanlı, istehsal ili 2001-ci il olan, “Mercedes Benz 220 CDİ” minik markalı avtomobil heç vaxt onun istifadəsində, sahibliyində olmayıb. Ümumiyyətlə o, İddiaçı tanımır, heç vaxt da onunla görüşməmiş və qeyd edilən nəqliyyat vasitəsini də görməmiş və həmin nəqliyyat vasitəsi barədə heç bir məlumatı yoxdur. Onun adına etibarnamə verilməsindən də xəbərsiz olmuşdur. Barəsinə belə bir məhkəmə mübahisəsinin olduğunu bildikdən sonra araşdırma aparmış və öyrənmişdir ki, onun tanışı olan xx.xx.1981-ci il təvəllüdlü X9 ona heç bir məlumat vermədən onun şəxsi məlumatları Cavabdeh2 verərək, onun adıma etibarnamə verilməsini istəmişdir. Etibarnaməyə nəzər salsaq görərik ki, həmin etibarnamədə, ümumiyyətlə **-GM-*** qeydiyyat nişanlı, “Mercedes Benz 220 CDİ” minik markalı nəqliyyat vasitəsi barədə heç nə qeyd edilməyib. Həmin etibarnamə ilə verilən səlahiyyətlər isə nəqliyyat vasitəsinin idarə edilməsinə hüquq vermir. İddia ərizəsinə nəzər saldıqda görünür ki, İddiaçı ona qarşı iddiası tamamilə əsassızdır. Sözügedən nəqliyyat vasitəsinin onun istifadəsinə, sahibliyinə verilməsi və yaxud da nə vaxtsa iddiaçının onunla həmin nəqliyyat vasitəsi barədə hər hansısa razılığa gəlməsi və sair bu kimi halların olmasını tədiq edən heç bir sənəd, sübut da mövcud deyildir. Bir daha qeyd etmişdir ki, **-GM-*** qeydiyyat nişanlı, “Mercedes Benz 220 CDİ” minik markalı avtomobil heç vaxt onun istifadəsində, sahibliyində olmayıb. O, ümumiyyətlə həmin nəqliyyat vasitəsindən xəbərsizdir. İddiaçı da tanımır, heç vaxt da onunla görüşməmişdir. Bütün bu qeyd edilən hallara rəğmən əgər Məhkəmə iddiaçının iddiasını ona qarşı olan hissədə əsaslı hesab edərsə o halda Məhkəmənin nəzərinə aşağıda qeyd etdiklərini çatdırmışdır. Belə ki, iş materiallarında olan sənədlərə, eləcə də iddia ərizəsinə nəzər salsaq görərik ki, iddiaçı hüququnun pozuduğunu bildiyi tarixdən iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət olunan tarixə kimi 3 ildən də çox müddət keçmişdir. Belə olan halda İddiaçı hazırki iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş DİN Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasında əldə edilmiş çıxarışdan görünür ki, ** GM *** qeydiyyat nişanlı, istehsal ili 2001, Mersedes E220 CDİ minik avtomobil İddiaçı mülkiyyətinə xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında keçmişdir. Sözügedən nəqliyyəta vaistəsi ilə bağlı xx.xx.2014-cü il tarixdə X4, xx.xx.2015-ci il tarixdə X7bna, xx.xx.2015-ci il tarixdə X2 və xx.xx.2015-ci il tarixdə isə X3 etibarnamə verilmişdir. Qeyd edilən etibarnaməliriin hər birinə xx.xx.2015-ci il tarixdə xitam verilmişdir. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı Cavabdeh2 mülkiyyətində olan bütün daşınar və daşınmaz əşyalara ilə bağlı sərəncam vermək, əqdlər bağlamağa dair xx.xx.2020-ci il tarixədək etibarnamə vermişdir, Cavabdeh2 isə sözügedən etibarnamə ilə ona etibar edilmiş hüquqları Cavabdeh1 keçirilməsinə dair xx.xx.2015-ci il tarixdə etibarnamə verilmişdir. Sözügedən etibarnamə xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəf 140 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə, iddiaçı mülkiyyətində olan nəqliyyat vaistəsinə dair ilk olaraq Cavabdeh2 etibarnamə verərək nəqliyyat vaistəsini cavabdeh X8, cavabdeh X5 isə həmin nəqliyyat vaistəsinin digər Cavabdeh1 verdiyini və buna dair cavabdehə etibarnamə vermiş olduğunu bildirsədə, məhkəmə iddia tələbinə münasibət bildirərək ilk öncə qeyd edir ki, iddiaçının Cavabdeh2 və Cavabdeh2 isə Cavabdeh1 vermiş olduğu etibarnamələr məhz iddiaçının mülkiyyətində olan avtomobili cavabdehlərin qanuni sahibliyinə verilməsini təsdiq edən etibarnamə deyildə, cavabdehlərin iddiaçının adından müəyyən hərəkətlər etməyə səlahiyyət hüququ verən etibarnamədir. Bundan başqa iddiaçı etibarnamə verdikdən sonra avtomobilidə Cavabdeh2, Cavabdeh2 isə həmin avtomobili Cavabdeh1 vermiş olduğunu bildirsədə, bu halı təsdiq edəcək hər hansı möhtəbər sübut məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Bundan sonra məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizəsinə müansibət bildirərək qeyd edir ki, nə qədər ki, iddiaçının cavabdehlərəə qarşı vermiş olduğu tələb əsassız hesab edilərək təmin edilməmişdir, hazırkı ərizəyə münasibət bildirilməsinə dair zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin və ya avtomobilin dəyərinin qaytarılması” tələbinə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar