Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3272/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həmyerlidir, həmçinin uzaq qohumçuluğu vardır. Onunla münasibətləri əvvəllər çox yaxşı olmuşdur. 2020-ci ilin əvvəllərində özünə məxsus “Mersedes Benz ML350” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istəmişdir. Avtomobilə ilkin olaraq 55000 manat qiymət qoymuşdur. Cavabdeh bunu biləndən sonra həmin avtomobili ona nisyə olaraq satmağını xahiş etdi. O da münasibətini nəzərə alaraq, ona inandığından razı olmuşdur. Avtomobilin qiymətində də güzəşt etmişdir. Avtomobilin dövlət nömrə nişanını özünə saxlamaq şərti ilə avtomobili 51000 manata ona satmaq barədə razılaşmışlar. Həm də razılaşmışlar ki, qısa müddətə, yəni uzağı 2 ay müddətində onun pulunu tam ödəyəcəkdir. Bundan sonra birlikdə BDYPİ-yə getmiş və avtomobili Cavabdeh adına sənədləşdirmişlər. Cavabdeh həmin vaxtdan sonra uzun müddət ərzində avtomobilə görə ona hissə-hissə olmaqla, cəmi 31000 manat ödəmiş, 20000 manat borclu qalmışdır. Bundan başqa Cavabdeh həmin ərəfələrdə “Topaz” işlədirdi və pula ehtiyacı olduğundan və ondan xahiş etdiyinə görə ona əlavə olaraq 23000 manat pul vermişdir. Həmin borcundan da o, bir müddət hissə-hissə olaraq ona qaytardı. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 2500 manat ödəmişdir. Lakin sonralar maddi imkanı olmadığını bəhanə gətirərək daha ona olan borcunu ödəməyi dayandırdı. Dəfələrlə ondan pulunu tələb etsə də, müsbət nəticəsi olmadı. O, məcbur olub bu barədə xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nərimanov Rayon Polis idarəsinini 16-cı polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəsi əsasında polis şöbəsinin təhqiqatçısı Asif Qubadov tərəfindən araşdırma aparıldı. Araşdırma zamanı Zaur ona olan borcunu qismən, yəni 20000 manat borclu qaldığını yazılı izahatında etiraf etdi. Vəd verdi ki, 1-2 ay ərzində borcunu tam ödəyəcəkdir. Aparılmış araşdırma materialı üzrə xx.xx.2023-cü il tarixli qərarla cinayət hadisəsi olmaması əsası ilə cinayət işi başlanılması rədd edildi və Zaurun ona borclu olmasının və onun ona qarşı tələbinin mülki xarakterji olması izah edilərək həmin pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirildi. O isə Zaurun vədinə inanaraq bir müddət gözləmək qərarına gəlmişdir. Lakin Zaur yenə də vədinə əməl etmədi. O, yenidən ondan bütün ona olan borclarını ödəməsini tələb etmişdir. O, ona etiraf etdi ki, ondan aldığı “Mersedes Benz ML350” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ona 18800 (on səkkiz min səkkiz yüz) manat, bundan əlavə borc olaraq aldığı pullara görə əlavə 10000 (on min) manat borclu qalmışdır. Yenə də qısa vaxta ona olan ümumilikdə 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat borcunu tam həcmdə geri qaytarmağı öhdəsinə götürsə də, öz öhdəliklərini icra etməmiş və ona olan borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı PŞ-nin baş təhqiqatçısının cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılarkən toplanmış materialda əməldə cinayət tərkibi müəyyən olmadığından material üzrə cinayət başlanması rədd edilmişdir. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 16-cı PŞ-nin baş təhqiqatçısının cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərarında Cavabdeh izahatının məzmunundan görünür ki, o, E.Hüseynovu 15 ildir ki, tanıyır və dostluq münasibətində olmuşdur. Həmin avtomobili birlikdə öz adına rəsmişləşdirdikdən sonra 3100 manat ödəmiş 20000 manat gborcu qalmışdır. Daha sonra isə qazanc əldə etmək üçün E.Hüseynov 23000 manat pulu ona vermişdir. Həmin pul qarşılığında E.Hüseynova 2000 manat qazanc vermişdir. Cavabdeh tərəfindən əlyazısı ilə yazılmış xx.xx.2024-cü il tarixli İltizamdan görünür ki, Cavabdeh borclu olduğu puldan başqa borc olaraq aldığı pul görə əlavə 10000 (on min) manat borclu qaldığı etiraf etmiş və həmin borcunu avtomobilə borcunu ödədiyindən sonra üç ay müddətində ödəyəcəyinə söz vermişdir. Cavabdeh tərəfindən əlyazısı ilə yazılmış xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, o Cavabdeh X1 aldığı **-TZ-*** dövlət qeydiyyat nişanlı ML BMW markalı avtomobilə görə ona bugünki tarixdə 18800 manat borclu olduğunu etiraf etmiş və həmin borcunu xx.xx.2024cü il tarixə kimi tam olaraq ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh iddiaçıya maşın-alqı satqısından 18800 manat məbləğində, borc aldığı pulgörə isə 10000 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc pulun geri qaytarılmadığını bildirmişdir, cavabdeh isə məhkəmə iclasına çağırılmasını baxmayaraq məhkəməyə gəlməmiş, habelə 28800 manat məbləğindən pulun iddiaçıya ödəməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğundan 28800 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 176.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia tələbində dövlət rüsumunun tutulmasına dair tələb ilə müraciət etmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 176.40 (bir yüz yetmiş altı manat qırx qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3272/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3272/2024
12.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver