Məhkəmə qərarları › İş №e-2(008)-3277/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3277/2022

14.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3277/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi İddiaçı və onun vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X5 08 may 2019-cu il tarixində ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı və onun vəkili Nümayəndə iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən 29 iyun 1977-ci il tarixdə doğulmuş X5 08 may 2019-cu il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci il təvəllüdlü X8 ilə 13 iyul 1999-cu ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikah Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsində 372754 nömrəsi ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından övladı olmamışdır. 2019-cu il tarixinə kimi mərhum həyat yoldaşı müxtəlif xəstəliklərdən əziyyət çəkmişdir. Sonda onkoloji xəslətikdən 08 may 2019-cu il tarixdə ünvan 1 ünvanında ev şəraitində vəfat etmişdir. Vəfat edəndən sonra 103 çağrı mərkəzinə müraciət edilmişdir. 09 noyabr 2020-cı il tarixində qeyri rəsmi nikahda olduğu X1 nikahından X9 dünyaya gəlmişdir. Müraciəti, birgə nikahının qeydiyyata almaqla rəsmiləşdirilməsi həmdə övladının gələcəyi naminə məhkəmə qaydasında ölüm faktının qərarlaşdırması vacib əhəmiyyət daşıyır. Məhkəmədən kənar həlli üçün tərəfindən 17 fevral 2022-ci il tarixində vəkil sorğusu ilə TƏBİB Bakı şəhər təcili və təxirəsaınmaz tibbi yardım stansiyaları publik hüquqi şəxsə 120 sayll sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq 10 fevral 2022-ci il tarixli № 50 cavab məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri üçün saxlama müddəti 1 il müəyyənləşdiyi üçün həmin sənədlər aktlaşdırılıb silinmişdir. Ona görədə X8 qeyd edilən arayış əsasında Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət olundu. Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 25 fevral 2022-ci il tarixli № 490-01/15 nömrəli cavabla bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat Qaydasının təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibbi müəssisəsinin müvafiq sənədi ilə bu olmadığı təqdirdə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməklə təsdiq edilməsi qeyd edilmişdir. Həmçinin tərəfindən Maşdağa Bələdiyyəsinə müraciət edilmiş, X5 "Prşəhid” qəbiristanlığında dəfn olunmasına dair 15 mart 2022-ci il tarixli NQ275 nömrəli arayış və ona əlavə edilmiş şəkillərlə bərabər alınmışdır. X8 əlillik dərəcəsinə uyğun olaraq pensiya ilə təmin edilmişdir. Hazırda pensiya davamlı olaraq onun hesabına keçirilir. Bu isə Dövləti maraqdan vətandaş kimi məni narahat edir. Lakin həmin pensiya məbləği kartda olmaqla hesabda yığılmışdır. Digər tərəfdən belə bir ərizənin verilməsində məqsəd, X2 ilə nikahının rəsmiləşdirə bilməməyi və gələcəkdə qeyri rəsmi nigahın gözlənilməz nəticələrə səbəb ola biləcəyinin qarşısının alınması ilə bağlıdır. Ona görə də məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi İddiaçı ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə təqdim edərək,işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ seriyalı 372754 nömrəli nikahın bağlınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 arasındakı nikah xx.xx.1973-cü ildə bağlanmışdır. -Təcili və X4 X7 Şəxsin 50 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri üçün saxlama müddəti 1 il müəyyənləşdiyi üçün həmin sənədlər aktlaşdırılıb silinmişdir. Bu səbəbdən X5 adına xx.xx.2019-cu il ərzində Bakı Şəhər Təjili və X4 Stansiyasına çağırışların daxil olması barədə məlumat verə bilmirlər. - Maştağa Bələdiyyəsinin 275 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və Maştağa qəsəbəsi, «Pirşəhid» qəbristanlığında dəfn olunmuşdur. “X12” X13 7 nömrəli Birləşmiş Xəstəxanasının xx.xx.2022-ci il tarixli 185 saylı vəkil sorğusuna cavab məktubundan görünür ki, X5 adına arxivdə heç bir tibbi sənd yoxdur və 7 saylı Birləşmiş Xəstəxanası tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Bakı şəhəri Sabunçu Rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, X8 barəsində ölümün qeydə alınmasına dair müraciətinizə baxılaraq bildirilir ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müfaviq sənədi olmadığından, ölümün qeydə alınması mümükün deyildir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X10 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun dostudur. İradə Əzizova onkolji xəstəlikdən rəhmətə gedib. Maştağada dəfn olunmuşdur. Dəfin mərasimində iştirak etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X6 məhkəmədə ifadə verərək bildirdi ki, o, İradə Əzizovanın qardaşıdır. X14 8 may 2019-cu ildə onkoloji xəstəlikdən rəhmətə gedib. Maştağa rayonunda ölmüş və Maştağada dəfn olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 ərizəçinin həyat yoldaşı olmuşdur. O, 08 may 2019-ci ildə yaşadığı Bakı şəhərindəki evində vəfat etmişdir. Həkim gələnə kimi vəfat etdiyi üçün və ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 iyun 1977-ci il tarixdə doğulmuş X5 08 may 2019-cu il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar