Məhkəmə qərarları › İş №e-2(008)-328/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-328/2025

07.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-328/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, İddiaçı Cavabdeh və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "inşasına başlanmış tikinti obyektinin qanunvericiliyin tələblərinə uyğun olaraq inşa olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "inşasına başlanmış tikinti obyektinin qanunvericiliyin tələblərinə uyğun olaraq inşa olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(008)- 330/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonşuluğunda inşaat işlərinin aparılması Cavabdeh və digər şəxslərə qadağan edilsə də, ona məlum olmayan üsul və vasitələrlə cavabdeh məhkəmə qərarına saymazyana yanaşaraq binanın inşasını demək olar ki, başa çatdırmışdır. Çox təəsüflər olsun ki, Sabunçu rayon İcra şöbəsinin məsul icra məmuru da bu özbaşınalıqları görməzlikdən gəlmişdir. Bildirir ki, inşaat işləri aparılan zaman ona müəyyən məbləğdə maddi ziyanlar vurulmuş və cavabdehlə aralarında şifahi razılaşmaya əsasən həmin ziyanları ona ödəyəcəklərinə söz vermişlər. Bu səbəbdən də iddia ərizəsini geri götürmək qərarına gəlmişdir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh qarşı verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "inşasına başlanmış tikinti obyektinin qanunvericiliyin tələblərinə uyğun olaraq inşa olunması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat (qəbzin nömrəsi № **********61) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar