Məhkəmə qərarları › İş №e-2(008)-3354/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3354/2024

27.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3354/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X18 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 117600 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun (cəmi 122600 manat) və ödənilmiş 412.60 manat dövlət rüsumunun, iddiaçıya məxsus olan pul vəsaitini əsassız olaraq özündə saxladığına görə qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvlərilə bir yerdə yaşamaq istədiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 267 nömrəli bağ sahəsində yerləşən 3 mərtəbəli yaşayış evində təmir işləri aparılması üçün “AES TƏMİR-TİKİNTİ" MMC-nin direktoru Cavabdehlə 15 oktyabr 2020-ci ildə 1 nömrəli “İş və Xidmət Müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh müqaviləyə əlavədə göstərilən (Ağartma, Alçıpan, Pol, Apşivka, Elektrik, Santexnik, Suvaq, Aboy (qiymətləri razılaşdırılacaq), Qapılar, Çöl ekran, bundan əlavə kombi sisteminin quraşdırılmasına görə 2000 manatı ilkin olaraq 600 manat ödəyərək qalan məbləği 60 gün müddətində ödənilməsi) işlərini həyata keçirəcək, bu xidmətlər müqabilində iddiaçı Əsədullayeva Kəmalə 28000 manat məbləğində pul vəsaitini ödəyəcəyi barədə razılığa gəlmişdir. Sonradan əlavə olaraq xx.xx.2020-ci il tarixdə tərəflər arasında İddiaçı məxsus 300 kv.m torpaq sahəsində iki mərtəbəli evin tikilib satılması tikinti üçün 50000 manat pul qoyulması və həmin məbləğin 25000 mantının X13 tərəfindən 25000 manatı Cavabdeh tərəfindən yatırılması tikiləcək evin satışından əldə olunan gəlirin tərəflər arasında bərabər bölünməsi barədə razılığa gəlinmişdir. Belə ki, həmin evin təmir işləri ilə əlaqədar Cavabdeh onu şirnikləşdirərək öz yaxın adamı kimi təqdim etdiyi X12 ilə tanış etmiş və bildirmişdir ki, əlavə 25000 manat versə evi daha gözəl təmir edərək, 4 qat bahasına satmaqla daha çox qazanc əldə edəcək. Buna görə də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 267 nömrəli bağ sahəsi 0,19 ha olan torpaq sahəsinin 0,05 ha hissəsini alıcı X12 ilə Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində xx.xx.2020-ci ildə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi bağlamış bu alqı-satqıya görə ona heç bir vəsait ödənilməmişdir. Notariusda müqaviləni bağlayan zaman, bundan əvvəlki iki müqaviləni Cavabdehlə bağladığı halda bu müqaviləni niyə tanımadığı adamla bağlamalı olduğunu soruşan zaman Cavabdeh and içməklə onu inandırmışdı ki, heç vaxt heç kimi aldatmır, halal insandır onun ev təmir etdirməyə pulu olmadığına görə ona kömək etmək niyyətindədir. Əməkdaşlıqları yalnız bu formada aparıla bilər. İddiaçı hər məsələnin rəsmiləşdirilməsindən arxayın olduğuna görə cavabdehə arxayın olmuş, lakin sonradan aldandığını başa düşmüşdür. Həmin ərəfədə ona məxsus olan bağ sahəsinə Elnur tərəfindən bəzi tikinti materialları gətirilmiş, 3 mərtəbəli evdə müəyyən işlərə (3 mərtəbəli evin 2-ci mərtəbəsində ağartma işləri, döşəməyə əvvəlcədən istifadə edilmiş dikt (Kəmalə Xanım tərəfindən alınmış taxtaları sataraq əvəzinə əldə etdiyi pul vəsaiti hesabına) və 4-cü növ parket vurulması) başlanılmışdır. Lakin sonradan başa düşmüşdür, bu "fəallığın səbəbi" onun əlindən pulunu və 0,05 ha torpaq sahəsini almaq olmuşdur. Daha sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən xx.xx.2020-ci ildə təsdiq edilən onunla X12 arasında bağlanan Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında müvafiq torpaq sahələrinə (və ya evlərinə) verilmiş çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X12 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəmalə Əsədullayevanın ona qarşı qaldırdığı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında torpaq sahələrinə verilmiş çıxarışların ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsini, ona satılmış 0,05 ha torpaq sahəsindən əlavə olan 50 kvm sahə üçün aldığı 7500 manat pul, habelə mülkiyyətlərində olan torpaq sahələrini ayıran daş hasarın çəkilməsi üçün tərəfindən ödənilmiş ümumilikdə 7606,20 manat pulun yarısı olan 3803,10 manat pulun cavabdeh İddiaçı alınıb ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə heç bir iddia təmin edilməmişdir. Həmin ərəfələrdə də bütün bu hadisələrə narazılıq edən Kəmalə Əsadullayeva cavabdehdən götürdüyü işi yerinə yetirməyi, ya da ödədiyi pullarını tələb edən zaman onun hücumuna məruz qalmış, xx.xx.2021-ci il tarixdə onu döyərək xəsarət yetirmişdir. Tikinti işləri adı ilə Cavabdeh ondan ümumilikdə 55600 manat, torpaq sahəsinin satışından əldə edilən 62000 manat pulu alsa da heç bir iş görməmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş, və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. İddiaçı isə məcbur qalaraq başqa tikinti ustaları dəvət etmiş, həmin işlərin dəyərini təkrar ödəyərək mənzilinin yalnız 2-ci mərtəbəsini yaşamaq üçün təmir etdirmişdir. Cavabdeh bütün xidmətlərin dəyərini almış olsa da, cəmi 4 ay onun evində fəhlə işlətmiş, xidmətini yerinə yetirməmiş, əlavə olaraq onun torpaq sahəsini də satılmasından əldə edilən pulu da mənimsəmişdir. Bundan əlavə olaraq onun sağlamlığına da zərər yetirmişdir. İddiaçı hesab edir ki, həmin pullar geri qaytarılmalı, onun sağlamlığına və vurduğu mənəvi ziyana görə də pulunu ödəməlidir. Həmin şəxsin iddiaçıya vurduğu mənəvi zərərin dəyəri ödənilməzdir lakin o qədər rüsum ödəməyə maddi vəziyyəti imkan vermədiyindən həmin hissədə pul tələb edə bilmir. Amma hesab edir ki, ən azından ona dəymiş real zərərin əvəzi olaraq cavabdehdən 55600 manat təmir üçün və 62000 manat torpağın satışından mənimsəmiş olduğu pulun ümümilikdə 117600 manat məbləğində pulun, ödənilmiş 412.60 manat dövlət rüsumunun və eyni zamanda mənəvi zərərin əvəzi olaraq 5000 manat (cəmi 122600 manat), pul vəsaitini əsassız olaraq özündə saxladığına görə də cərimə faizlərinin hesablanaraq tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından İddiaçı ilə "xxxx"MMC-nin direktoru Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli iş və xidmət müqaviləsinə əsasən, müqaviləyə əsasən icraçı sifarişçiyə müqaviləyə əlavədə göstərilən iş və xidmətləri icra etməyi, sifarişçi isə görülən iş və xidmətləri qəbul edib və razılaşdırılmış müddətlərdə dəyərini ödəyir. Müqavilənin məbləği 26000 manat, əlavə məbləğ isə 2.000 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ilə, İddiaçı və şahid X7 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, X2, Cavabdeh ilə öz tapaq sahəsində ev tikilişi və satışına ortaq pul yatırımına razılaşır. 300 kv metrlik sahəsində ev tikdirmək üçün, cəmi 50 000 manatlıq hesabat aparılaraq, pulun 25 000 manatını Kəmaləxanım təqdim edir, qalan məbləğ Cavabdeh öz hesabından ödəməlidir. Tikilərək tam təmir edilən iki mərtəbəli evin satışından sonra büdcəyə təqdim edilən pul vəsaitlərinin geri götürülərək, qalan hesab gəlirlərinin iki tərəf arasında bərabər bölünməsi nəzərdə tutulmuşdur. Evin tikilmə müddəti 2 ay təşkil edilərək, qalan bütün işlər iki tərəf arasında razılaşma əsasında həyata keçirilir. xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 267 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,19 ha olan torpaq sahəsindən 0,05 ha hissəsini 62.000 manata X1. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3539/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X12 və Cavabdeh qarşı (12 saylı notariat ofisinin xüsusi notariusu X9 üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməsi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-314/2021 nömrəli xx.xx.2021-ci il tarixli Hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Demoqrafik məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2015-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərdə Cinayət məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli, 26 nömrəli rəydən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 267 nömrəli bağ sahəsində yerləşən 3 mərtəbəli yaşayış evində Cavabdeh tərəfindən aparılan təmir işlərin dəyəri 6235 (altı min iki yüz otuz beş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında İddiaçı ilə "xxxx"MMC-nin direktoru Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli iş və xidmət müqaviləsi bağlanmış, müqaviləyə əlavədə göstərilən (Ağartma, Alçıpan, Pol, Apşivka, Elektrik, Santexnik, Suvaq, Aboy (qiymətləri razılaşdırılacaq), Qapılar, Çöl ekran, bundan əlavə kombi sisteminin quraşdırılması işləri üçün tərəflər 28000 manata razılaşmışdırlar. xx.xx.2020-ci il tarixli imza və möhür təsdiq edir ki, məbləğ tam ödənilmişdir. Həmçinin Cavabdeh ilə, İddiaçı və şahid X7 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, X2, X14 ilə öz tapaq sahəsində ev tikilişi və satışına ortaq pul yatırımına razılaşmış, 300 kv metrliksahəsində ev tikdirmək üçün, 25 000 manat pul Kəmaləxanım tərəfindən təqdim edilmişdir. Göründüyü kimi iki müqavilə üzrə iddiaçı Kəmaləxanın Əsədullayeva tərəfindən 25000+28000=53000 manat pul Cavabdeh verilmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 267 nömrəli bağ sahəsində yerləşən 3 mərtəbəli yaşayış evində Cavabdeh tərəfindən aparılan təmir işlərin dəyəri 6235 (altı min iki yüz otuz beş) manat təşkil etdiyi müəyyən olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. İş materiallarından göründüyü kimi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində olduğundan iddiaçı bununla bağlı mənəvi sarsıntı keçirməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində mənəvi iztirablara məruz qalaraq, sarsıntı keçirmişdir ki, bu kompensassiya olunaraq, cavabdehdən mənəvi zərər kimi 500 manat tutularaq Əsədullayeva Kəmaləxanıma ödəniləlidir. Eyni zamanda iddia tələbinin torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə olunan 62.000 manat pulun tutulması ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 12 saylı Notariat Ofisində bağlanmış alqısatqı müqaviləsinin surətindən də göründüyü kimi satıcı Kəmalə Əsədullayeva 0,05 torpaq sahəsini 62.000 manata satmışdır. Eləcə də, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə qiymət verilməsi barədə hazırda qüvvədə olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3539/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi mövcutdur. Beləliklə, məhkəmə tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək, iddia tələbi qismən təmin edilərək, Cavabdeh maddi ziyan olaraq 47265 (qırx yeddi min iki yüz altmış beş) manat və mənəvi ziyan olaraq 500 (beş yüz) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 412,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 231,80 (iki yüz otuz bir manat səksən qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyan olaraq 47265 (qırx yeddi min iki yüz altmış beş) manat, mənəvi ziyan olaraq 500 (beş yüz) manat və 231,80 (iki yüz otuz bir manat səksən qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Ekspert rəyinin alınması üçün 200 manat pul tərəflərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar