Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-339/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı2 nümayəndəsi (qardaşı) və eyni zamanda İddiaçı1, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinə qarşı torpağın naturada bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşməklə paylı mülkiyyətlərində olan 38 №-li bağ sahəsinin 0,19 hadan ibarət torpaq sahəsinin paylarına uyğun naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdılar ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, ümumi torpaq sahəsi 0,19 ha-dan ibarət 38 №-li bağ sahəsi mərhum babaları Şahrza Əliyaqub oğluna məxsus olmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 Yusifoviç anadan bir qardaş olmaqla, uşaqlıqdan ana babaları Şahrza Əliyaqub oğlunun himayəsində böyüdüklərindən indiyə qədər həmin bağ sahəsində yaşayırlar. Mərhum babaları Şahrza Əliyaqub oğlunun vəfatından sonra sözügedən bağ sahəsi vəsiyyət üzrə vərəsəliyə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 Yusifoviçin və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmiləşdirilmiş və hal hazırda 5/16 hissə İddiaçı1, 5/16 hissə İddiaçı2 Yusifoviçə, 1/8 hissə Cavabdeh2 və 2/8 hissə Cavabdeh1 məxsus olmaqla paylı mülkiyyətlərindədir. Qeyd olunan torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsində xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və eyni tarixli texniki pasport verilmişdir. İddiaçılar dəfələrlə cavabdehlərə paylı mülkiyyətdə olan sözügedən bağ (torpaq) sahəsinin naturada paylara uyğun real bölgüsünü aparmağı təklif etsələr də, cavabdehlər buna razılıq və imkan vermirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Sonradan iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək aşağıdakıları xahiş etmişdilər:
1. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 38 №-li bağ ünvanında yerləşən 54.5 kv.m dən ibarət evdə Cavabdeh2 1/8 hissə (ümumi sahə üzrə 6.8 kv.m) payının dəyərini təşkil edən 2500 manat və Cavabdeh1 2/8 hissə (13.6 kv.m) payının dəyərini təşkil edən 5000 manat pul vəsaitinin onlara İddiaçı2 Yusifoviç tərəfindən konpensassiya olaraq ödənilməklə cavabdehlərin 54.5 kvan dan ibarət bag evinin üzərində 1/8 va 2/8 hissada paylı mülkiyyat hüquqlarına xitam verilməsi, həmin 1/8 va 2/8 pay üzərində İddiaçı2 Yusifoviçin mülkiyyət hüququnun tanınması va adına daşınmaz amlakın dövlət reyestrinda qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələlən Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi;
2. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 №-li bağ ünvanında yerləşən 0.19 ha torpaq sahəsinin iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/8639 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunan qaydada sxeminə uyğun naturada bölünməsi və paylı mülkiyyətçilərin hər birinə düşən payın ayrı-ayrılıqda qeydiyyata alınaraq adlarına çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi;
3. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 38 №-li bağ ünvanında yerləşən 0.19 ha torpaq sahəsinin iş materiallarımda olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/8639 №-li, xx.xx.2024-00 il tarixli ekspert rəyində qeyd olunan söküntü və tikinti İşlərinin (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın və ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması və s.) iddiaçıların birgə vəsaiti hesabına aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi (qardaşı) və eyni zamanda İddiaçı1, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək qeyd etdi ki, o, əmlakın vərəsəlik qaydada bölünməsi ilə razı deyil, həmin qətnamədən apellyasiya şikayəti vermişdir, hesab edir ki, paylar dəyişəcək, payların dəyişmədiyi təqdirdə hazırki iddia ilə razı olardı. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 ünvanında yerləşən 0,19 ha torpaq sahəsi və 54,50 kv metr bağ evi paylı mülkiyyət hüququ üzrə dörd payçıya məxsusdur: 5/16 hissə İddiaçı1, 5/16 hissə İddiaçı2, 1/8 hissə Cavabdeh2, 2/8 hissə Cavabdeh1 (daşınmaz əmlakın reyestr nömrəsi **********2-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022). İş üzrə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8639 №-li ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir:
1. İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinin onun payına düşən sahədən 257.0 kv.metr az olduğunu, İddiaçı2 faktiki istifadəsində olan torpaq sahəsinin onun payına düşən sahədən 274.0 kv.metr az olduğunu, Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin onun payına düşən sahədən 398.0 kv.metr artıq olduğunu, Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin onun payına düşən sahədən 131.0 kv.metr artıq olduğunu nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 38 N-li bağ sahəsində faktiki olaraq aparılmış bölgü (mövcud vəziyyət) tərəflərin paylarının miqdarına uyğun olmadığı müəyyən edilmişdir.
2. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 38 N-li bağ sahəsində yerləşən, ümumi sahəsi 54.5 kv.mtr olan faktiki vəziyyətini, tikililərinin planlı yerləşməsini, bir yaşayış otağının olmasını, tərəflərin 5/16, 1/8 və 2/8 paylarına düşən yaşayış sahəsinin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.4 bəndində göstərilən yaşayış sahəsindən az təşkil etdiyini nəzərə alaraq, tədqiq olunan evin tərəfəlrin paylarına uyğun olaraq bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2. 2.4, 2.7 bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil.
3. Tədqiq olunan torpaq sahəsinin faktiki vəziyyətini, tərəflər arasında bölünmüş vəziyyətdə olduğunu, həmin torpaq sahələrinə giriş-çıxış üçün ayrıca qapılar olduğunu, həmçinin əlavə qapıların açılmasının mümkün olduğunu nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin tərəflərinə paylarına uyğunu bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Təklif edilən bölgü variantı rəyə əlavə edilmişdir.
4. Sahəsi 54,50 kv metr olan bağ evinin faktiki olaraq mövcud olduğu və İddiaçı2 istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02 №-li rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 ünvanında yerləşən 54,50 kv metr bağ evinin real bazar dəyəri 20000 manat təşkil edir. İşin mübahisəsiz halı da ondan ibarətdir ki, cavabdehlər hər biri özünün faktiki istifadəsində olan torpaq sahələrində evlər inşa etdirmişdir və onlar Çıxarışda göstərilən 54,50 kv metrdən ibarət olan evdən naturada paylarının ayrılmasına maraqlı deyillər. Ekspert rəyinə də əsasən həmin evin naturada bölünməsi mümkün deyil. Eksper mübahisəli torpaq sahəsinin tərəflərinə paylarına uyğun bölünməsinə dair plan-sxemi öz rəyinə əlavə edilmişdir. Eyni zamanda həmin plan-sxemdə bölgü zamanı inşa edilməli sərhəd hasarları, açılmalı qapılar, sökülməli hasarlar, açılmalı qapı boşluqları göstərilmişdir. Hazırda iddiaçılar cavabdehlərə evin dəyərinin onların paylarına münasib məbləğdə ödəməyi, onların həmin evin üzərində mülkiyyət hüquqlarına xitam verilməsini, torpaq sahəsinin ekspert tərəfindən tərtib edilmiş sxemə uyğun naturada bölünməsi və tərəflərin hər birinə ayoı sıxarışın verilməsini və ekspert rəyində qeyd olunan söküntü və tikinti İşlərinin iddiaçıların birgə vəsaiti hesabına aparılmasını istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyytçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsi dörd paylı mülkiyyətçi arasında faktiki olaraq bölünmüş vəziyytdədir, hər sahəyə giriş-çıxış üçün ayrıca qapılar var, əlavə qapılarn açılması da mümkündür, lakin faktiki torpaq sahələr paylara uyğun deyil, iddiaçıların faktiki istifadəsində olan torpaq sahələri paylarına düşəndən az, cavabdehlərin faktiki istifadəsində olan topaq sahələri paylarına düşəndən çoxdur, torpaq sahəsinin paylara uyğun bölünməsi mümkündür, həmin bölünmə sxemi ekspert tərəfindən hazırlanmışdır, Çıxarışda göstərilən 54,50 kv metr ev İddiaçı2 istifadəsində olan torpaq sahəsində yerləşir, cavabdehlər hər biri özünün faktiki istifadəsində olan torpaq sahələrində ev inşa etdirmişdir və onlar Çıxarışda göstərilən 54,50 kv metrdən ibarət olan evdən naturada paylarının ayrılmasına maraqlı deyillər, ekspert rəyinə də əsasən həmin evin naturada bölünməsi mümkün deyil. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 38 №-li bağ ünvanında yerləşən 54.5 kv.m dən ibarət evdə Cavabdeh2 1/8 hissə (ümumi sahə üzrə 6.8 kv.m) payının dəyərini təşkil edən 2500 manat və Cavabdeh1 2/8 hissə (13.6 kv.m) payının dəyərini təşkil edən 5000 manat pul vəsaiti onlara İddiaçı2 Yusifoviç tərəfindən konpensasiya olaraq ödənilməklə cavabdehlərin 54.5 kvan dan ibarət bag evinin üzərində 1/8 va 2/8 hissada paylı mülkiyyat hüquqlarına xitam verilməli, həmin 1/8 va 2/8 pay üzərində İddiaçı2 Yusifoviçin mülkiyyət hüququ tanınmalı va adına daşınmaz amlakın dövlət reyestrinda qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələlən Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 №li bağ ünvanında yerləşən 0.19 ha torpaq sahəsinin iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/8639 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunan qaydada sxeminə uyğun naturada bölünməli və paylı mülkiyyətçilərin hər birinə düşən payın ayrı-ayrılıqda qeydiyyata alınaraq adlarına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 38 №-li bağ ünvanında yerləşən 0.19 ha torpaq sahəsinin iş materiallarımda olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/8639 №-li, xx.xx.2024-00 il tarixli ekspert rəyində qeyd olunan söküntü və tikinti İşləri (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın və ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması və s.) iddiaçıların birgə vəsaiti hesabına aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə aparılmış ekspertiza İddiaçı1 vəsatəti əsasında təyin edildiyindən, ekspertizanın 100 manat dəyəri Məhkəmə Ekspertiza Mərkəzinə ondan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 38 №-li bağ ünvanında yerləşən 54.5 kv.m dən ibarət evdə Cavabdeh2 1/8 hissə (ümumi sahə üzrə 6.8 kv.m) payının dəyərini təşkil edən 2500 manat və Cavabdeh1 2/8 hissə (13.6 kv.m) payının dəyərini təşkil edən 5000 manat pul vəsaiti onlara İddiaçı2 Yusifoviç tərəfindən konpensasiya olaraq ödənilməklə cavabdehlərin 54.5 kvan dan ibarət bag evinin üzərində 1/8 va 2/8 hissada paylı mülkiyyat hüquqlarına xitam verilsin, həmin 1/8 va 2/8 pay üzərində İddiaçı2 Yusifoviçin mülkiyyət hüququ tanınsın və adına daşınmaz amlakın dövlət reyestrinda qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələlən Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 38 №-li bağ ünvanında yerləşən 0.19 ha torpaq sahəsinin iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/8639 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunan qaydada sxeminə uyğun naturada bölünsün və paylı mülkiyyətçilərin hər birinə düşən payın ayrı-ayrılıqda qeydiyyata alınaraq adlarına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 38 №-li bağ ünvanında yerləşən 0.19 ha torpaq sahəsinin iş materiallarımda olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/8639 №-li, xx.xx.2024-00 il tarixli ekspert rəyində qeyd olunan söküntü və tikinti işləri (sərhəd hasarlarının çəkilməsi, bölgü üçün tələb olunan faktiki daş hasarın və ya bir hissəsinin sökülməsi, qapı boşluqlarının açılması və s.) iddiaçıların birgə vəsaiti hesabına aparılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova