Məhkəmə qərarları › İş №e-2(008)-3499/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3499/2024

08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3499/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arifqızınınsədrliyi Məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, mümkün olmadıqda naturada satılaraq əldə edilmiş məbləğin tərəflər arasında paylara münasib şəkildə bölünməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, mümkün olmadıqda naturada satılaraq əldə edilmiş məbləğin tərəflər arasında paylara münasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 95.60 kv.metr olan yaşayış evinin naturada bölünməsini, bu mümkün olmadıqda qeyd edilən əmlakdan onun mülkiyyətində olan 8/10 hissəsinin həmin payları almaqda üstünlük hüququ olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən payının dəyəri olan müvafiq olaraq 30 000 ( otuz min) manat pulun ona ödənilməsi, yuxarıda qeyd edilən əmlakldan ona düşən hissəsinin dəyərinin ona ödənilməsindən imtina edildiyi təqdirdə Qax rayonu İlisu kəndində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 95.60 kv.metr olan yaşayış eviin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara münasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və İddiaçı nümayəndəsi və vəkili Nümayəndəiddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər, Məhkəmə iclasında iştirak edən cavabdeh X4 mülki işin adiyyatı üzrə Qax Rayon Məhkəməsinə göndərilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddia ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyatı üzrə Qax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul etdiyi aşkar olunarsa, məhkəmə mülki işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardadın şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, mülki işin sənədlərindən görünür ki, mübahisəli torpaq sahəsi Qax rayon ərazisində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisə müstəsna adiyyat qaydalarına uyğun baxılmalı olduğundan mülki iş adiyyat qaydalarına uyğun olaraq Qax Rayon Məhkəməsinə göndərilməlidir. Bu əsaslarla və Azərbaycan Respublikası MPM-nin 31, 35, 44-45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, mümkün olmadıqda naturada satılaraq əldə edilmiş məbləğin tərəflər arasında paylara münasib şəkildə bölünməsi” tələbinə dairi ddia ərizəsi üzrə 2(008)- 1394/2023 nömrəli mülki iş baxılması üçün adiyyatı üzrə Qax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim imza Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar