Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3517/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İB-nə, Cavabdeh2 qarşı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İB-nə, Cavabdeh2 qarşı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ferdi yaşayış evinə dair Cavabdeh2 ilə Cavabdeh1 İB arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AKX- 03462xx/xx-2021 saylı qazın alqı-satqısına dair müqaviləni ləğv edib, istehlakçı İddiaçı ilə Cavabdeh1 İB ilə arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AKX-02730xx/xx-2021 saylı qazın alqı-satqısı barədə müqaviləni bərpa edərək **********00003 saylı istehlakçı hesabında dəyşiklik edilməklə İddiaçı məlumatlarının əlavə edilməsi və vəkil xidməti üçün ödənilmiş 320 manatın və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini mərhum həyat yoldaşı X6 ilə birlikdə öz vəsaiti hesabına 16 noyabr 2020-ci il tarixdə alqı-satqı (qeydiyyat yolu ilə) yolu ilə əldə etmişlər. Həyat yoldaşı X6 04 dekabr 2020-ci il tarixində ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan da Seyran Nüsrətovla birlikdə orada yaşamağa başlamışdır. Lakin həyat yoldaşı üzun sürən ağır xəstəlikdən əziyyət çəkirdi. O, 17 fevral 2021-ci il tarixində vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 İstesalat Birliyi ilə istehlakçı İddiaçı arasında xx.xx.2021-ci il tarixli AKX-02730xx/xx-2021 saylı qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Lakin istifadə etdiyim qazın dəyərini ödəyən zaman ona məlum oldu ki, “Qaz”a dair onun adına olan müqavilə Cavabdeh2 adına dəyişdirilərək Cavabdeh1 İB ilə onun arasında xx.xx.2021-ci il tarixli qazın alqı-satqısına dair AKX-03462xx/xx-2021 saylı müqavilə bağlanmışdır. Bununla əlaqədar olaraq Cavabdeh1 İB-nə müraciət edərək Cavabdeh2 ilə bağlanılmış müqaviləni ləğv edərək istehlakçı hesabında dəyşiklik edib onun adının bərpa olunmasını xahiş etmişdir. Cavabdeh1 İB-nə ünvanladığı müraciətinə Bakı Regional Qazın Satışı Departamenti tərimdən baxılaraq cavab verilmişdir. Cavab məktubunda deyilir: “Bakı şəhəri Sabunçu rayonu **********00003 nömrəli istehlakçı hesabı üzrə elektron bazada aparılmış dəyişikliklər vətəndaş Cavabdeh2 təqdim etdiyi ərizə, arayış və şəxsiyyət vəsiqəsi əsasında icra edilmişdir. Sonra orada deyilir ki, istehlakçı məlumatlarında dəyişiklik etmək üçün şəxsiyyət vəsiqəsi və mülkiyyət hüququnu təsdiq edən sənədi ASAN kommunal mərkəzlərinə təqdim edə bilərsiniz. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 ilə Qazın alqı satqı Müqaviləsi və istehlakçı hesabında aparılmış dəyişikliklər tamamilə qanunsuzdur və ləğv edilərək müqavilə onun adına bərpa olunmalıdır. Göründüyü kimi, Cavabdeh2la bu evə dair qazın alqı-satqı müqaviləsinin bağlanması üçün heç bir əsas, o cümlədən evə dair onun adına hüquqmüəyyənedici hər hansı sənəd yoxdur. Müraciətinə cavabdan görünür ki, Cavabdeh2 cavabdehə qeydiyyat barədə arayış təqdim etmişdir. Lakin həmin arayış da, qazın alqı-satqısına dair müqavilə bağlanması üçün əsas deyildir. Onu da qeyd etmişdir ki, 2021-ci ilin iyul ayının 17-də, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısını Cavabdeh2 gizli şəkildə müdaxilə edərək evə daxil olmuş və onun icazəsi olmadan evinin giriş qapısının açarları dəyişdirilmişdir. Ona görə də ünvan 1 ünvanında yerləşən ferdi yaşayış evinə köçürülməyi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli, iş N° 2(008)-5326/2021) iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş nömrəli 2(103)-11225/2021) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 7 ünvanda yerləşən fərdi evə köçürülməsi, qətnamənin qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11225/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16 noyabr 2020-ci il tarixli evlərin alqı-satqı müqaviləsindən görünür ki, ünvan 8 saylı fərdi evi X2 Eyvaz Qasım oğlundan almışdır. Bakıxanov Bələdiyyəsinin verdiyi Yerli (Bələdiyyə) vergilərin Ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 026 saylı, xx.xx.2021-ci il tarixli Şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şirvani kücəsində yerləşən fərdi yaşayış və torpaq sahəsinin vergi ödəyicisidir. (YVÖK- 18011xxxxxxx). Azəriqaz İB ilə istehlakçı İddiaçı arasında Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şirvani-0020-0003-ə dair xx.xx.2021-ci il tarixli qazın alqısatqısına dair müqavilə bağlanılmışdır. Yenə həmin ünvan dair Cavabdeh1 İB ilə İddiaçı arasında Su təchizatı və tullantı sularının axıdılmasına dair Müqavilə bağlanılmışdır. Həmçinin Azərİşıq ASC ilə də İddiaçı arasında müqavilə bağlanılmışdır. Yaşayış yeri üzrə qeydiyyata dair arayışdan görünür ki, həyat yoldaşım X6 ünvan 8 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin xx.xx.2000-ci il də verdiyi 024992 saylı vəsiqədən də görünür ki, X6 müharibə veteranıdır. Həmçinin məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişəm. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-1260/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/ M.N.Tağızadə və A.P.Oruczadə) 2- 1(103)- 2289/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia təmin edilərək, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, 3Q saylı evə (məhkəmə qətnaməsi ilə köçürüldüyü evə) qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-202/2023, xx.xx.2023-cü il qərarı ilə həmin qərardan üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2289/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hal hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2289/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı icra edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, 3Q saylı evə qeydiyyata alınmışdır. X1 birinci dərəcəli vərəsəsi olaraq ona vərəsəlik şəhadərtnaməsi də verilmişdir. Ona görə də Cavabdeh1 iB ilə Cavabdeh2 arasında bağlanılmış müqavilə ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ilə müraciət edərək İddiaçı tərəfindən cavabdeh qismində Cavabdeh2 qarşı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin ləğv edilməsi barədə” iddia ərizəsi ilə Bakı şəhər Sabunçu rayon məhkəməsinə müraciət edilmişdir. Həmin iddia tələbi əsassız olduğu üçün rədd edilməli, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, iddia ərizəsinə nəzər yetirsək müqavilənin ləğv olunaraq İddiaçı ilə bağlanılması üçün qanunvericiliyin hansı normalarına uyğun olmağına dair heç bir tələb qoyulmamışdır. Sadəcə olaraq məhkəmə qətnamələrinə əsaslanaraq və onun oğlu X3 müharibə vetranı olmağına əsaslanmışdır. Bundan başqa qeyd edilən mənzildə alınan gündən bu günə qədər o nəvələri, qızı ilə birlikdə yaşamışdır. Bütün kommunal xidmətlər onun tərəfindən ödənilir. Həmçinin qeyd edilən ünvanda iddiaçı 2022-ci il tarixdə məhkəmə qərarı ilə köçürülməsi təmin edilmişdir. Lakin iddiaçı hal hazırda qeyd edilən ünvanda yaşamır. Kommunal xidmətlərə dair müqavilənin iddiaçının adına keçirilməsi onun gələcəkdə qazdan istifadə etməməyinə gətirib çıxarır.Müqavilənin onunla bağlanılması iddiaçının heç bir hüququnu məhdudlaşdırmır. Hal hazırda müqavilə cavabdehlə Cavabdeh1 İB arasında bağlanılmışdır. Cavabdeh1 İB ilə Cavabdeh2 arasında xx.xx.2021 -ci il tarixli AKX-03462xx/xx- 2021 sayl müqavilənin 7.3-cü bəndinə əsasən İstehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə 1 ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur.Bu halda yeni müqavilənin bağlanılması tələb olunur. Yuxarıda qeyd edilənlər onu deməyə tam əsas verir ki, Cavabdeh2 arasında bağlanılmış müqavilə qanunvericiliyin şərtlərinə uyğun olduğuna görə ləğv edilə bilməz. İddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azəriqaz İB öz nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə edilmiş Azəriqaz İB nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 9 ünvanında yerləşən fədi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görnürki, Apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməsi, İddiaçı ünvan 9 ünvanda yerləşən fərdi evə köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-202/2023 nömrəli xx.xx.2023-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2289/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-202/2023 nömrəli xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2289/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi küçəsi 3Q saylı evə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi küçəsi 3Q saylı evə qeydiyyata alınması vəsifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ilk dəfə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi 3Q saylı evə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin üzərinə qoyulmuş, qərardan şikayət verilmədiyindən qərar qüvvəyə minmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2788/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı ərizəsi təmin edilmiş və o üçüncü şəxs qismində cəlb edilərək, işə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azəriqaz İB ilə İddiaçı arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, AKX-02730xx/xx-2021 nömrəli Müqavilədən görünür ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Azəriqaz İB ilə Cavabdeh2 arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, AKX-03462xx/xx-2021 nömrəli Müqavilədən görünür ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Yerli vergilərin ödəyici olan fiziki şəxsin uçota alınması haqqında 026 nömrəli xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşiniski küçəsində yerləşən evə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Az-İİ 179932 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik Hüququ haqında Şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi İddiaçıdır və miras əmlkın 1/3 hisdsəsindən irs almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsin əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə məhkəmə qeyd edir ki, mülki iş materiallarından görünür ki, hazırki mübahisə predmenti olan mənzil özbaşına tikilidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 İddiaçı sözügedən özbaşına tikiliyə daxil olmasına icazə verilmədiyindən, qətnamə ilə İddiaçı sözügedən özbaşına tikiliyə köçürülməsi qərara alınmışdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilir ki, İddiaçı sözügedən özbaşına tikiliyə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2289/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə rəsmi qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə edilmiş qətnamələrdən görünür ki, Cavabdeh2 ilk öncə mübahisəli evə rəsmi qeydiyyata Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə qeydiyyata alınmış olsa da, sonradan İddiaçı şikayəti əsasında sözügedən qərar ləğv edilmiş, Cavabdeh2 yalnız İddiaçı sözügedən özbaşına tikiliyə rəsmi qeydiyyata düşdükdən sonrakı tarixdə məhkəmələrin müvafiq qərarı ilə rəsmi qediyyata alınmışdır. İşin hallarından görünür ki, sözügedən özbaşına tikiliyə təbii qazdan istifadəsiyə dair müqavilə ilk dəfə iddiaçı ilə “Azəriqaz İB arasında xx.xx.2021-ci il tarixdə bağlanmışdır, daha sonra isə sözügedən ünvan ilə bağlı ikinci dəfə müqavilə Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edərək onunla Azəriqaz İB arasında müqavilə olduğu halda ikinci müqavilənin Cavabdeh2 ilə bağlanmasının mümkün olmadığını bildirərək Cavabdeh2 ilə Azəriqaz İB arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, müqavilənin ləğvi üçün əsaslar qanunvericilik ilə konkret olaraq müəyyənləşmişdir. Lakin iddiaçının hazırda qeyd etdiyi hallar tərəflər arasında bağlanmış müqavilənin ləğvi üçün əsas hesab edilə bilmədiyindən iddia tələbi ilkin hissədə, yəni Cavabdeh2 ilə Cavabdeh1 İB arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi hissəsində təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin digər hissələrinə- Azəriqaz İB ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış abonent kodu **********00003 olan müqaviləni bərpa edərək, mənzilin abonent kodunu İddiaçı adına rəsmiləşdirilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi nə qədər ki ilkin hissədə təmin edilməmişdir, bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan sonra məhkəmə iddia tələbinin vəkil xərcinin və dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən bu hissələrdə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İB-nə, Cavabdeh2 qarşı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3517/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3517/2024
05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver