Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3519/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayon evinə dair Cavabdeh2 ilə cavabdeh Azərsu ASC arasında bağlanılmış 44469020 saylı 25 iyun 2021-ci il tarixli müqaviləni ləğv edərək Azərsu ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış 29 yanvar 2021-ci il tarixli abonent kodu **********190 olan 43825593 saylı müqaviləni bərpa edərək, mənzilin abonent kodunu İddiaçı adına rəsmiləşdirilməsi, vəkil xidməti üçün ödənilmiş 320 manatın və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini mərhum həyat yoldaşı X4 ilə birlikdə öz vəsaiti hesabına 16 noyabr 2020-ci il tarixdə alqı-satqı (qeydiyyat yolu ilə) yolu ilə əldə etmişdir. Həyat yoldaşı X4 04 dekabr 2020-ci il tarixində ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan da Seyran Nüsrətovla birlikdə orada yaşamağa başlamışdır. Lakin həyat yoldaşı uzun sürən ağır xəstəlikdən əziyyət çəkirdi. O 17 fevral 2021-ci il tarixində vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair su və kanalizasiya xidmətlərindən istifadıyə görə müqavilə bağlanması məqsədi ilə Cavabdeh1 Açıq Səhimdar Cəmiyyətinin Sabunçu rayon Sukanalı İdarəsinə müraciət etmişdir. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən Cavabdeh1 Açıq Səhimdar Cəmiyyətinin Sabunçu rayon Sukanalı İdarəsi ilə istehlakçı İddiaçı ilə yəni onunla müvafiq qanuna və qaydalara uyğun olaraq 29 yanvar 2021-ci il tarixli abonent kodu **********190 olan 43825593 saylı müqavilə bağlanıldı. Müəssisə ilə onun arasında bağlanılmış müqavilənin müddəlarına əsasən hüquqlardan istifadə edərək üzərinə düşən vəzifələri həmişə yerinə yetirmişdir. Lakin Su təchizatı ilə bağlı kommunal borcu ödəyən zaman mənzilin abonent kodunun Cavabdeh2 adına olduğunu görmüşdür. Sorğu əsasında məlum oldu ki, yeni 44469020 saylı müqavilə Cavabdeh1 Açıq Səhimdar Cəmiyyətinin Sabunçu rayon Sukanalı İdarəsi ilə Cavabdeh2 arasında 25 iyun 2021-ci ildə bağlanılmışdı. Bununla əlaqədar olaraq Cavabdeh1 ASC-yə müraciət edərək Cavabdeh2 ilə bağlanılmış müqaviləni ləğv edərək abonent kodunun onun adına bərpa olunmasını xahiş etmişdir. Cavabdeh1 ASC-yə ünvanladığım müraciətinə baxılması haqqında cavab məktubunda bildirilmişdir ki, “müraciətinizlə bağlı bildiririk ki, müvafiq sənədlər yerli su təchizatı və kanalizasiya müəssisəsinə və ya Asan Xidmət mərkəzinə təqdim edildikdən sonra sözügedən mənzilin abonent kodunun adınıza rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. Lakin göründüyü kimi Azərsu ASC-ilə onun arasında 29 yanvar 2021-ci il tarixli müqavilə mövcud olduğu halda, Cavabdeh2la da bu evə dair eyni müqavilə bağlanılmışdır. Həmin müqavilənin Cavabdeh2la bağlanması üçün heç bir əsas, o cümlədən evə dair Cavabdeh2 adına hüquqmüəyyənedici hər hansı sənəd olmamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evə dair Cavabdeh2 ilə Azərsu ASC arasında olan Müqavilə və abonent kodunun dəyişdirilməsi tamamilə qanunsuzdur və ləğv edilərək müqavilə onun adına bərpa olunmalıdır. Bakıxanov Bələdiyyəsinin verdiyi Yerli (Bələdiyyə) vergilərin Ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 026 saylı, xx.xx.2021-ci il tarixli Şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şirvani küçəsində yerləşən fərdi yaşayış və torpaq sahəsinin vergi ödəyicisidir. (YVÖK- 18011xxxxxxx). Azəriqaz İB ilə istehlakçı İddiaçı arasında Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şuşinski-0020-0003-ə dair xx.xx.2021-ci il tarixli qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Həmçinin Azərişıq ASC ilə də İddiaçı arasında müqavilə bağlanılmışdır. Yaşayış yeri üzrə qeydiyyata dair arayışdan görünür ki, əri X4 ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin xx.xx.2000-ci il də verdiyi 024992 saylı vəsiqədən də görünür ki, X4 müharibə veteramdır. Onu da qeyd edir ki, 2021-ci ilin iyul ayının 17-də, yaşadığı ünvan 1 ünvanında yerləşən ferdi yaşayış evimin giriş qapısını Cavabdeh2 gizli şəkildə hansı vasitəiləsə açaraq evə daxil olmuş və onun icazəsi olmadan evin giriş qapısının açarları dəyişdirilmişdir. Ona görə də ünvan 1 ünvanında yerləşən ferdi yaşayış evinə köçürülməyim barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli, iş N° 2(008)-5326/2021) iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 6 ünvanında yerləşən fədi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə cavabdeh tərəfin verdiyi apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş N° 2(103)- 11225/2021) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 6 ünvanda yerləşən fərdi evə köçürülməsi, qətnamənin qalan hissədə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11225/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdim. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-1260/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/ M.N.Tağızadə və A.P.Oruczadə) 2-1(103)- 2289/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1260/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia təmin edilərək, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, 3Q saylı evə (məhkəmə qətnaməsi ilə köçürüldüyü evə) qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-202/2023, xx.xx.2023-cü il qərarı ilə həmin qərardan üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2289/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hal hazırda Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2289/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı icra edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, 3Q saylı evə daimi qeydiyyata alınmışdır. X1 birinci dərəcəli vərəsəsi olaraq ona vərəsəlik şəhadərtnaməsi də verilmişdir. Ona görə də cavbdeh Azərsu ASC ilə Cavabdeh2 arasında bağlanılmış müqavilə ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbi qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərsu ASC-nin nümayəndəsi X5 izahət verərək bildirmişdir ki, Azərsu ASC ilə ilk öncə İddiaçı arasında bağlanmış olsada, sonrada Cavabdeh2 həmin evə rəsmi qeydiyyata düşməsinə dair məhkəmə qətnaməsini təqdim etmiş olduğundan, Cavabdeh2 ilə müqavilə bağlamışdır, hazırda məslənin həllini məhkənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 7 ünvanında yerləşən fədi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamsindən görnürki, Apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməsi, İddiaçı ünvan 7 ünvanda yerləşən fərdi evə köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-202/2023 nömrəli xx.xx.2023-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2289/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-202/2023 nömrəli xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2289/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi küçəsi 3Q saylı evə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi küçəsi 3Q saylı evə qeydiyyata alınması vəsifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ilk dəfə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi 3Q saylı evə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin üzərinə qoyulmuş, qərardan şikayət verilmədiyindən qərar qüvvəyə minmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2788/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı ərizəsi təmin edilmiş və o üçüncü şəxs qismində cəlb edilərək, işə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında ünvan 9 ünvanın su ilə təmin edilməsinə dair müqavilə bağlanması qeyd edilmişdir. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında ünvan 9 ünvanın su ilə təmin edilməsinə dair müqavilə bağlanması qeyd edilmişdir. Yerli vergilərin ödəyici olan fiziki şəxsin uçota alınması haqqında 026 nömrəli xx.xx.2021-ci il tarixli şəhadətnamədən görnür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşiniski küçəsində yerləşən evə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Az-İİ 179932 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik Hüququ haqında Şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi İddiaçıdır və miras əmlkın 1/3 hisdsəsindən irs almalıdır. Cavabdeh1 ASC-yə ödənilmiş qəbzlərdən görünür ki, Cavabdeh2 tərəfindən ayrı-ayrı vaxtlarda ödənişlər edilmişdir. Cavabdeh1 ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-cü il tarixli məktubundan görünür ki, ünvan 9 ünvanı ilə bağlı su və kanalzasiya sullarının istifadəsi ilə bağlı 3 abonent ilə müqavilə bağlanmışdır. İlki müqavilə xx.xx.2020-ci il tarixdə X6, daha sonra İddiaçı təqdim etdiyi sənədlər əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı ilə, daha sonra isə Cavabdeh2 təqdim etdiyi sənədlər əsasında isə xx.xx.2021-ci il tarixdə isə Cavabdeh2 ilə müqavilələr bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsin əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə məhkəmə qeyd edir ki, mülki iş matriallarından görünür ki, hazırki mübahisə predmenti olan mənzil özbaşına tikilidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünürki, Cavabdeh2 İddiaçı sözügedən özbaşına tikiliyə daxil olmasına icazə verilmədiyindən, qətnamə ilə İddiaçı sözügedən özbaşına tikiliyə köçürülməsi qərara alınmışdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilir ki, İddiaçı sözügedən özbaşına tikiliyə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2289/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə rəsmi qeydiyyata alınmışdır. Mülki iş matriallarına əlavə edilmiş qətnamələrdən görünür ki, Cavabdeh2 ilk öncə mübahisəli evə rəsmi qeydiyyata Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə qeydiyyata alınmış olsada, sonradan İddiaçı şikayəti əsasında sözügedən qərar ləğv edilmiş, Cavabdeh2 yalnız İddiaçı sözügedən özbaşına tikiliyə rəsmi qeydiyyata düşdükdən sonrakı tarixdə məhkəmələrin müvafiq qərarı ilə rəsmi qediyyata alınmışdır. İşin hallarından görünür ki, szügedən özbaşına tikiliyə su və kanalzasiya xidmətlərindən istifadəya dair müqavilə ilk dəfə iddiaçı ilə Azərsu ASC arasında xx.xx.2021-ci il tarixdə bağlanmışdır, daha sonra isə sözügedə ünvan ilə bağlı ikinci dəfə müqavilə Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Məhkəmə iclasında iştirak edən Azərsu ASC-nin nümayəndəsi eyni ünvanla bağlı ikinci müqavilənin Cavabdeh2 ilə bağlanmasının səbəbini Cavabdeh2 həmin ünvana rəsmi qeydiyyata alınamsına dair ilk qəbul edilmiş qətnamə ilə izah etmişdir. İddiaçı isə məhkəməyə müraciət edərək onunla Azərsu ASC arasında müqavilə olduğu halda ikinci müqavilənin Cavabdeh2 ilə bağlanmasının mümükün olmadığını bildirərək Cavabdeh2 ilə Azərsu ASC aarsında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etsədə, məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, müqavilənin ləğvi üçün əsaslar qanunvericilik ilə konkret olaraq müəyyənləşmişdir. Lakin iddiaçının hazırda qeyd etdiyi hallar tərəflər arasında bağlanış müqavilənin ləğvi üçün əsas hesab edilə bilmədiyindən iddia tələbi ilkin hissədə yəni Cavabdeh2 ilə Azərsu ASC aarsında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi hissəsində təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin digər hissələrinə- Azərsu ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış 29 yanvar 2021-ci il tarixli abonent kodu **********190 olan 43825593 saylı müqaviləni bərpa edərək, mənzilin abonent kodunu İddiaçı adına rəsmiləşdirilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edirki, iddia tələbi nəqədərki ilkin hissədə təmin edilməmişdir, bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan sonra məhkəmə iddia tələbinin vəkil xərcinin və dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən bu hissələrdə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin ləğv edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və vəkil xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3519/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3519/2024
05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver