Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3568/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X9, Ərizəçilərin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçilər İddiaçı2 və X3 maraqlı tərəflər Maraqlı şəxs1, Maraqlı şəxs2 maraqlı tərəflər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi olmaqla övladlığa götürmə tələbinə dair ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər İddiaçı2 və X8, maraqlı tərəflər Maraqlı şəxs1, Maraqlı şəxs2, göstərilməklə ərizə ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək, xx.xx.2017ci il tarixdə doğulmuş X4 ərizəçilər İddiaçı2 və X5 övladlığa verilməsini, dogum akt qeydində uşağın dogum tarixi «xx.xx.2017-ci il», dogum yeri «Baki şəhəri», adı «Fatimə», soyadı «Gülmalıyeva» qalmaqla, dəyişiklik edilərək ata adı «Ramiz», ata qrafasnda «İddiaçı2», milliyəti «azərbaycanlı», ana qrafasında «X8», milliyəti «azərbaycanlı», qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Ərizəçilər tələblərini onunla əsaslandırmışdılar ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftmaştəmir zavodunun yataqxanasında yaşayırlar. Əlavə olaraq da Sabunçu rayonu, Ləhiş bağlarında 2081 və 2082 №-li bağları vardır. Ərizəçilər xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdular. Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X12 doğulmuşdur. Maraqlı şəxs1 xx.xx.2012-ci il tarixdə Maraqlı şəxs2 ilə evlənmiş və onların rəsmi nikahlarından xx.xx.2014-cü il tarixdə X13, xx.xx.2015-ci il tarixdə X14 və xx.xx.2017-ci il tarixdə X10 doğulmuşdular. Sonuncu övlad olan Fatimə doğulduqdan dərhal sonra ərizəçilər götürmüş və ona hər zaman bu günədək onlar baxmışdılar. Belə ki, uzun müddətli müalicələrdən sonra - 8 il sonra 2013-cü ildə Əsnad qızları doğulmuş və həkimlər tərəfindən yenidən övlad sahibi olmaqlarının riskli olduğu bildirilmişdir. Bu Əsnada ərizəçinin qardaşı 3-cü övladının olmasını istəmədiklərini və hamiləliyi sonlandırmaq istədiklərini bildirdikdə buna qarşı çıxaraq uşağı ərizəçilərə övladlıq vermələrini təklif etmiş və onlar da təkliflərini qəbul etmişdilər. Bu qərara gəlməklərində həmçinin yenidən övlad sahibi olmağın riskli olması və digər övladlarının tək böyüməsini istəməməkləri, iki bacının birlikdə böyümələri və bir birlərinə dəstək olmalarını istəyi olmuşdur. Fatiməni heç bir zaman digər övladları Əsnaddan ayırmamış, Fatimə doğulduğu ilk gündən ərizəçiləri valideynləri olaraq bilmiş, hətda adını belə ərizəçilər qoymuşdular. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyini maraqlı tərəf qismində işə cəlb etmişdir. İş üzrə maraqlı tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Maraqlı şəxs1 və Maraqlı şəxs2 izahat verərək, qeyd etmişdilər ki, uşaqlarının övladlığa verilməsinə razıdırlar. X7 Natiqin bacısıdır. Fatiməyə doğulduğu gündən onlar baxırlar. Uşaqlarının onların yanında xoşbəxt böyüməsindən əmindir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçilər İddiaçı2 və X8 xx.xx.2005-ci il tarixdə nikahlarını bağalmışdılar (AZ-İ seriyalı 166264 №-li nikah haqqında şəhadətnamə). Maraqlı tərəflər Maraqlı şəxs1 və Maraqlı şəxs2 xx.xx.2012-ci il tarixdə nikahlarını bağlamışdılar (AZ-İ seriyalı 750654 №-li nikah haqqında şəhadətnamə). Onların övladları X10 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2020ci il tarixli **********1 nömrəli əmri ilə təsdiq edilmiş “Övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğuna dair” Nazirliyin Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən valideyn-namizədlər İddiaçı2 və X8 tərəfindən X4 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilmişdir. Həmin rəydən görünür ki, Sosial Xidmətlər Agentliyinin müvafiq əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə valideyn-namizədlərin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları 2082 ynvanında müsahibə aparılmışdır. Valideyn-namizədlərlə müsahibə zamanı onların sosial əhatəsinin qohumları, qonşuları, dostları və valideyn-namizəd atanın iş yoldaşlarından ibarət olması müəyyən edilmişdir. Valideyn-namizədlərin həyat tərzi uşaq inkişafı baxımından uyğun hesab edilmişdir. Müsahibə zamanı valideyn-namizəd ananın övladlığa uşaq götürməkdə əsas məqsədinin ailədəki uşaqlarının tək böyümək istəmədikləri olduğunu bildirmişdilər. Ərizəçilər Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftmaştəmir zavodunun yataqxanasında məskunlaşmışdılar ( Sabunçu rayon İH başçısının Zabrat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub). Ərizəçi İddiaçı2 DİN-in X21 Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatında mühərrik üzrə çilingır vəzifəsində işləyir və 369,60 manat əmək haqqı alır (xx.xx.2022-ci il tarixli arayış). Ərizəçilər İddiaçı2 və X8, Fatimənin valideynləri Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən birgə yazılmış, imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X8 əri İddiaçı2 ilə birlikdə X6 övladlığa götürməyə razıdılar və övladlığa götürmə ilə bağlı qanunvericiliklə tələb olunan onunla (onlarla) bağlı gəlirlər, maliyyə öhdəlikləri, əmlak, məhkumluq, sağlamlıq və digər zəruri məlumatların (arayışların) müvafiq dövlət orqanları və təşkilatları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğusu əsasında Nazirliyə təqdim edilməsinə razılıqlarını bildirmiş və bunu imzaları ilə təsdiq etmiş, Maraqlı şəxs1 və Maraqlı şəxs2 övladları X4 X8 və əri İddiaçı2 tərəfindən övladlığa götürülməsinə razı olduqlarını bildirmişdilər. 21 nömrəli şəhər Poliklinikasından verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, həmin poliklinikada qeydiyyatda olan xx.xx.2017-ci il tarixdə doğulmuş X2. İcbari Tibbi Sığorta Agentliyi tərəfindən verilmiş 285 və 286 №-li tibbi arayışlardan görünür ki, İddiaçı2 və X8 «tənəffüs orqanlarının vərəmi», «ruhi xəsləliklər» üzrə müayinədən keçmiş və adlarıçəkilən xəstəliklər aşkar edilməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsasla olduğu qnaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 122.4.-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı məhkəməyə övladlığa götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəy təqdim edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.1-ci maddəsinə görə övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə hesab edir ki, övladlığa götürənlərin uşağı övladlığa götürməsinə mane olan hal yoxdur, onların hər ikisi uşağı övladlığa götürmək hüququna malik şəxslərdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə görə övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında, valideyn himayəsindən məhrum olan uşağın yerləşdiyi müəssisənin rəhbəri və ya övladlığa götürmənin həyata keçdiyi yer, yaxud valideynlərin yaşadığı yer üzrə qəyyumluq və himayə orqanı tərəfindən təsdiq olunmalıdır. Razılıq həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən məhkəmə övladlığa götürənlərin xahişi ilə onları övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. Həmin Məcəllənin 127.3-cü maddəsinə əsasən övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi barədə övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Beləliklə, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X4 bioloji valideynləri – iş üzrə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 övladlığa götürmək istəyən X3 qohumlarıdırlar, ailələr arasında inam və etibar mövcuddur. Ərizəçilər İddiaçı2 və X8 uşağı maddi və mənəvi cəhətdən tam təmin etmək iqtidarındadırlar. Övladlığa götürülən uşağın atası Maraqlı şəxs1 və anası Maraqlı şəxs2 uşaqlarının övladlığa götürülməsinə notariat qaydasında yazılı razılıq vermişlər. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X4 İddiaçı2 və X8 tərəfindən övladlığa götürülməsi övladlığa götürülən uşağın mənafeyinə uyğundur və bunu istisna edən heç bir hallar yoxdur. Buna görə də, xx.xx.2017-ci il tarixdə doğulmuş X1 Ramiz Xanlar oğlunun və X3 övladlığına verilməlidir Azərbaycan Respublikasının MPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamədə övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh edilənləri və uşağın mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs1 və Maraqlı şəxs2 birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X10 ərizəçilər İddiaçı2 və X3 övladlığına verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 349, 350-ci və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2017-ci il tarixdə doğulmuş X10 ərizəçilər İddiaçı2 və X5 övladlığa verilsin, dogum akt qeydində uşağın dogum tarixi «xx.xx.2017-ci il», adı «Fatimə», soyadı «Gülmalıyeva» qalmaqla, dəyişiklik edilərək ata adı «Ramiz», ata qrafasnda «İddiaçı2», milliyəti «azərbaycanlı», ana qrafasında «X8», milliyəti «azərbaycanlı» qeyd edilsin. Hazırki qətnamə X4 doğum akt qeydində dəyişiliklərin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3568/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3568/2023
19.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver