Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3618/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, mənzil 64-ün 1/2 hissəsinə İddiaçı xüsusi mülkiyyət hüququmun tanınması, Maştağa qəsəbəsi, Subtropik sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsi və üzərində inşa olunmuş 2 mərtəbəli fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-692/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X2 və Cavabdeh arasında bağlanılmış nikah pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları və uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birgə nikah dövründə ünvan 2, mənzil 64 əldə olunmuş və Cavabdeh adına Çıxarış (Seriya RX; 0174763; qeydiyyat tarixi: xx.xx.2013) alınmışdır. Bundan əlavə, birgə nikah dövründə etibarnamə əsasında Maştağa qəsəbəsi, Subtropik sovxozu ərazisində faktiki alınmış 300 kv.m torpaq sahəsi üzərində 2 mərtəbəli fərdi yaşayış evi (işıq kodu: **********70560; qaz kodu: **********00669) inşa olunmuşdur. Evin 1-ci mərtəbəsi təmirli yaşayış üçün tam hazır olsa da, 2-ci mərtəbədəki otaqlarda suvaq işləri görülmüş, lakin təmirsizdir. Birgə nikah dövründə əldə olunmuş və ərlə arvadın ümumi mülkiyyəti sayılan əmlakın bölünməsi barədə cavabdehlə onun arasında razılıq əldə olunmamışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçi İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü tələbinə dair” iddia ərizəsi icraatdadır. İddiaçı ilkin iddiada, “birgə nikah dövründə əldə edilmiş ünvan 2, mənzil 64-ün 1/2 hissəsinə İddiaçı xüsusi mülkiyyət hüququnun tanınması; Maştağa qəsəbəsi, Subtropik sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsi və üzərində inşa olunmuş 2 mərtəbəli fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı pay hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, Maştağa qəsəbəsi, Subtropik sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin alınması və üzərində inşa olunmuş 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə ümumilikdə 40.000 (qırx min) manat pul xərclənmişdir. Yuxarıda göstərilənləri, ilkin iddia ərizəsində qeyd olunanları və MPM-nin 53-cü maddəsinə əsasən Məhkəmədən birgə nikah dövründə alınmış və Cavabdeh adına Çıxarışla rəsmiləşdirilmiş ünvan 2, mənzil 64-ün 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə cavabdeh X4 pay hüququnun müəyyən edilməsinə; Maştağa qəsəbəsi, Subtropik sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin alınmasına və üzərində inşa olunmuş 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 40.000 manatın 1\2 hissəsinin -20.000 (iyirmi min) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək cavabdehin ərizə təqdim edərək iddia tələbini etiraf etməsini nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək iddia tələbini tam şəkildə qəbul edir və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilərək iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materillarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-692/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində xx.xx.2005-ci il tarixdə bağlanmış və 246 nömrə ilə qeyd edilmiş nikah pozulması, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 2, 64 nömrəli mənzil xx.xx.2013-cü ildən Cavabdeh mülkiyyətindədir. Azərişıq ASC-nin **********70560 nömrəli abonent kodundan görünür ki, CavabdehBbakı şəhəri, ünvan 1 ünvanı üzrə istehlakçıdır. Azəriqaz İB-nin **********00669 nömrəli abonent kodundan görünür ki, Cavabdeh Maştağa ərazisində həmin abonent kodu üzrə istehlakçıdır. İlkin mediasiya sessiyasında iştirak edilməməis barədə Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sesiyasında iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə müəyyən edilir ki, tərəflər xx.xx.2005-ci il taruixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar, tərəflər birgə nikah dövüründə ünvan 2 ünvanında yerləşən 64 nömrəli mənzili əldə etmiş və eyni zamanda Bakı şəhər Subunçu rayonu Maştağa qəsəbəsi, Subtropik sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikmişdirlər. Tərəflər arasında bağlanmış nikan bakı şəhər sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-692/2023 nömrəli qərarı ilə pozulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən 64 nömrəli mənzilin ½ hiossəsinə pay hüququnun tanınması, həmçinin Bakı şəhər Subunçu rayonu Maştağa qəsəbəsi, Subtropik sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinə çəkilmiş xərcin ½ hissəsinin ona verilməsini məhkəmədən xahişm etmişdir. cavabdeh isə sözügedən tələb ilə razılaşaraq iddianın tam şəkildə təmin edilməsini xahiş etmioşdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikah dövürlərində əldə edilmiş ünvan 2 ünvanında yerləşən 64 nömrəli mənzilin ½ hissəsinə iddiaçının pay hüququ tanınmalı, və tərəflərin birgə nikah dfövründə özbaşına tikili kimi inşa etmiş olduğları Bakı şəhər Subunçu rayonu Maştağa qəsəbəsi, Subtropik sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin dəyəri olan 40.000 manat pulun ½ hissəsi 20000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 64 nömrəli mənzilin ½ hissəsinə İddiaçı, 1/2 hissəsinə isə cavabdeh X4 pay hüququnun müəyyən edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu ərazisində yerləşən 300 kv.m torpaq sahəsinib alınmasına və üzərində inşa olunmuş 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 40.000 manatın 1/2 hissəsi- 20.000 (iyirmi min) manatın Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3618/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3618/2025
25.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver