Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3642/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı “X4 Azərbaycan” QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X4 Azərbaycan” QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş hərrac xərclərinin geri tələb edilməsinə” dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Azərbaycan” QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş hərrac xərclərinin geri tələb edilməsinə” dair məhkəməyə müraciət edərək, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 müştərək (birgə) qaydada 413.29 (dörd yüz on üç manat iyirmi doqquz qəpik) manat (ƏDV 18%) və 2296.08 (iki min iki yüz doxsan altı manat səkkiz qəpik) manat xidmət haqqının, və 4765.80 (dörd min yeddi yüz altmış beş manat səksən qəpik) manat sadələşdirilmiş verginin, cəmi 7475.17 (yeddi min dörd yüz yetmiş beş manat on yedi qəpik) manatın və ödənilmiş 94.75 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 və “X4 Azərbaycan” QSC arasında xx.xx.2014-cü il tarixli 136858/01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 13 faiz olmaqla 120 ay müddətinə 112000 manat kredit verilmişdir.xx.xx.2014-cü il tarixli 136858/01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə bank ilə ipoteka qoyan X1 arasında 136858/01 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. ünvan 1 ünvanında ümumi sahəsi 60.62 kv.m, yardımçı sahəsi 18 kv.m-dən ibarət 3 otaqlı, 33 nömrəli mənzil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz ökdəliklərini lazımınca yerinə yetirmədikləri üçün “X4 Azərbaycan” QSC Bakı şəhəri Sabunçu rayon məhkəməsinə iddia ərizəsiylə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-58/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 100.709,72 manat, faiz borc üzrə 50.753,55 manat, cərimə borcu üzrə 4000 manat olmaqla, cəmi 155.463,27 manat məbləğində pul vəsaiti və 22 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya göndərilmiş bildirişin ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərci, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin əvəzi, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “X4 Azərbaycan” QSC-nə ödənilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ üzrə X1 oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında, ümumi sahəsi 60,62 kv.m, yaşayış sahəsi 42,62 kv.m, yardımçı sahəsi 18 kv.m-dən ibarət 3 otaqlı, 33 nömrəli mənzilə və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində, 0,08 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 268.1 kv.m, yaşayış sahəsi 176.5 kv.m, yardımçı sahəsi 91.6 kv.m-dən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetlərinin açıq hərracdan satılması hesabına əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, vəsait kifayət etmədikdə məbləğin qalan hissəsi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. “Hərracın yekunları barədə” 08 fevral 2022-ci il tarixli, 09/01 nömrəli prokolun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, 6 nömrəli evin 33 nömrəli mənzili açıq hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar Hərracın yekunları barədə 08 fevral 2022-ci il tarixli, 09/01 nömrəli Hərracın yekunları barədə protokola əsasən “X4 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. 07 fevral 2022-ci il tarixli, 43 və 103 nömrəli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, “X4 Azərbaycan” QSC tərəfindən Daşınar Daşınmaz Əmlakların X3 Mərkəzi MMC ümumilikdə 7475.17 manat məbləğində ödəniş edilmişdir. “X4 Azərbaycan” QSC tərəfindən xx.xx.2022-ci il tarixində 103 nömrəli ödəniş tapşırığına əsasən 413.29 manat (ƏDV 18%) və 2296.08 manat xidmət haqqının, 4765.80 manat sadələşmiş vergi “Daşınar Daşınmaz Əmlakların X3 Mərkəzi” MMC-ə ödənilməsinə dair 43 saylı ödəniş tapşırığı verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-58/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 100.709,72 manat, faiz borc üzrə 50.753,55 manat, cərimə borcu üzrə 4000 manat olmaqla, cəmi 155.463,27 manat məbləğində pul vəsaiti və 22 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya göndərilmiş bildirişin ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərci, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin əvəzi, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “X4 Azərbaycan” QSC-nə ödənilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ üzrə X1 oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında, ümumi sahəsi 60,62 kv.m, yaşayış sahəsi 42,62 kv.m, yardımçı sahəsi 18 kv.m-dən ibarət 3 otaqlı, 33 nömrəli mənzilə və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində, 0,08 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 268.1 kv.m, yaşayış sahəsi 176.5 kv.m, yardımçı sahəsi 91.6 kv.m-dən ibarət 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetlərinin açıq hərracdan satılması hesabına əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, vəsait kifayət etmədikdə məbləğin qalan hissəsi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamə üzrə verilmiş icra sənədinin icrası qaydasında Sabunçu Rayon İcra Şöbəsi tərəfindən həyata keçirilmiş icra tədbirləri çərçivəsində cavabdehə məxsus mənzil açıq hərraca çıxarılmışdır. Lakin hərrac baş tutmamış, təklifə uyğun olaraq ipoteka predmeti 72 250,00 manat vəsaitə iddiaçı tərəfindən alınmışdır. Bu barədə 08 fevral 2022-ci il tarixdə “Hərracın nəticələri haqqında” protokol imzalanmışdır. Mənzilin açıq hərracdan satılması ilə əlaqədar 2296,08 manat məbləğində xidmət haqqı və 413.29 manat məbləğində vergi ödənişi (18 % ƏDV) 4765.80 sadələşmiş vergi (Daşınar Daşınmaz Əmlakların X3 Mərkəzi MMC), iddiaçıdan tutulmuşdur. İddiaçı da 94.75 manat məbləğində dövlət rüsumu ödəməklə hazırki iddia ilə məhkəməyə müraciət etmiş və tərəfindən ödənilmiş bu məbləğlərin, habelə ödənilmiş 94.75 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur; 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur; 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər; 1090.3-ci maddəsinə görə, işlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü və 25.3.3-cü maddələrinə əsasən ipoteka qoyan ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək vəzifələrini daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir; 79.2.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir; 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, ipoteka predmetini təşkil edən əmlakın hərracdan satılması ilə bağlı xərclər, cavabdehlərdən tutulmalı olduğu halda, iddiaçıdan tutulmuşdur. Bu da öz növbəsində məhz cavabdehlərin mənafeyinə xidmət edən hərəkət olmuşdur. Belə ki, cavabdehlər nəticə etibarı ilə bu işlərin aparılması prosesində həmin məbləğdə varlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı “X4 Azərbaycan” QSC tapşırıq və ya digər əsas olmadan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən müştərək qaydada ödənilməli olan hərrac xərclərini ödəməklə vicdanlı hərəkət etmiş və məhz cavabdehlərin mənafeyinə uyğun davranış nümayiş etdirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməli, iddiaçı tərəfindən çəkilmiş xərclərin əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, iddiaçı “X4 Azərbaycan” QSC tərəfindən ödənilmiş 413.29 (dörd yüz on üç manat iyirmi doqquz qəpik) manat (ƏDV 18%) və 2296.08 (iki min iki yüz doxsan altı manat səkkiz qəpik) manat xidmət haqqının, və 4765.80 (dörd min yeddi yüz altmış beş manat səksən qəpik) manat sadələşdirilmiş verginin, cəmi 7475.17 (yeddi min dörd yüz yetmiş beş manat on yedi qəpik) manat məbləğinin, habelə 94.75 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “X4 Azərbaycan” QSC-ə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı “X4 Azərbaycan” QSC tərəfindən ödənilmiş 413.29 (dörd yüz on üç manat iyirmi doqquz qəpik) manat (ƏDV 18%) və 2296.08 (iki min iki yüz doxsan altı manat səkkiz qəpik) manat xidmət haqqı, və 4765.80 (dörd min yeddi yüz altmış beş manat səksən qəpik) manat sadələşdirilmiş vergi, cəmi 7475.17 (yeddi min dörd yüz yetmiş beş manat on yedi qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “X4 Azərbaycan” QSC-ə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-3642/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3642/2023
03.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver