Məhkəmə qərarları › İş №e-2(008)-372/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-372/2022

08.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-372/2022 08.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məjməddin oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məjməddin oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil paylara uyğun olaraq onun, cavabdehlər X1 və Cavabdeh1 Məjməddin oğlunun arasında payın naturada bölünməsi, qiymətləndirilməsi və hərracdan satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsin onunla əsaslandırılmışdır ki, o, xx.xx.2017-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, 16 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2011 -ci ildə təsdiq edilmiş və 2V-19 nömrəli reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X6 vərəsəsi o,-İddiaçı ünvan 2 miras əmlakdan 10/12 hissədə pay almalıdır. Göstərilən Miras əmlakın 2/12 hissəsi isə açıq qalır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3 ünvamndakı mənzilin 10/12 hissəsindəki pay onun mülkiyyətindədir. X6 2/12 payı açıq qalmışdır. Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən X3 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilinin açıq qalmış 2\12 hissəsinə vərəsələr Cavabdeh2 Məjməddin oğlu və Cavabdeh1 hər birinə ayrılıqda 1\12 hissədə vərəsəlik hüququ əsasında məcburi payları müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 20 may 2020-ci il tarixli qətnaməsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdehlər onun mülkiyyətində olan ünvan 3 ünvamndakı mənzilin 10/12 hissəsindəki payından sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışdır. O, cavabdehlərə bildiriş göndərməklə paylı mülkiyyətdə olan mənzilin naturada ayrılmasını, əgər payın naturada ayrılmasına yol vermirsə onun payının dəyərinin ödənilməsini təklif etmişdir. Lakin cavabdehlər onunla razılaşmadıqlarına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-411/2022 saylı xx.xx.2022-ci il tarixli qüvvəyə minmiş qətnaməsini təqdim edərək, qeyd edilən qətnamə ilə ünvan 3 ünvanındakı mənzilin ayrı ayrılıqda 1/12 hissələrdə payları tanınan tanınan digər vərəsələr Cavabdeh3 və Cavabdeh4 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Vəsatət Azərgbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümkün hesab edilmiş ünvan 3 ünvanındakı mənzilin ayrı ayrılıqda 1/12 hissələrdə payları tanınan digər vərəsələr Cavabdeh3 və Cavabdeh4 2(008)-372/2022 saylı mülki iş cavabdeh qismində cəlb edilmişdir. İddiaçı Məcməddin qızının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məjməddin oğlu, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadır. İddiaçı Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı Cavabdeh3 və Cavabdeh4 tərəflərin paylı mülkiyyətində olan mənzilin paylarının ayralması, ayrılması mümkün olmadığda isə iddiaçının payının dəyərinin onlar tərəfindən iddiaçıya ödənilməsi təklif edilmiş, qeyd edilmiş məktubu Cavabdeh2 xx.xx.2021-ci il tarixdə qəbzə şəxsən imza edərək qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 18 saylı evin, 24 saylı mənzilinin 2/12 hissəsi açıq qalır, 10/12 hissəsi İddiaçı Məcməddin qızının adına paylı mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-528/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X4 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilin açıq qalmış 2/12 hissəsində vərəsələr Cavabdeh2 Məcməddin oğlu və X2 hər birinə ayrılıqda 1/12 hissədə vərəsəlik hüququ əsasında məjburi payların müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4484/2020 saylı xx.xx.2020-ji il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-528/2020 saylı xx.xx.2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-411/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4211/2021 saylı xx.xx.2021 saylı qətnaməsi ləğv edilmiş, X5 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 18 saylı evin, 24 saylı mənzilinə dair İddiaçı Məcməddin qızının adına Bakı şəhəri 16 sayl notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2v-6 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 18 saylı evin, 24 saylı mənzilinin 1/12 hissəsinə Cavabdeh3 və 1/12 hissəsinə isə Cavabdeh4 vərəsəlik payları müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5330/2021 saylı qərardadına əsasən mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4436 saylı rəyi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və mülki işin icraatı təzələnmişdir. Həmin rəyin nəticə hissəsindən aydın olur ki, mübahisəli mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 50(əlli) manat olduğu müəyyən edilmişdir. Yaranmış zərurətlə əlaqədar hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-372/2021 nömrəli qərardadı ilə tərəflərin paylı mülkiyyətindəki mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 18 saylı evin, 24 saylı mənzilin hazırki dövrə real bazar dəyəri və likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qiymətləndirmənin aparılması müstəqil qiymətləndirici "xxxx" MMC-yə həvalə edilmiş, qiymətləndiricinin rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 10 nömrəli rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-432/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 10 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 18 saylı evin, 24 saylı mənzilin hazırki dövrə likvid qiyməti (real bazar dəyəri) 97.000 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 18 saylı evin, 24 saylı mənzilin hazırki dövrə likvid qiyməti (real bazar dəyəri) olan 97.000 manatın iddiaçının payına düşən hissəsinin iddiaçıya ödənilməsinə razı olub-olmamları barədə təklif göndərilmiş və cavabdehlərə xx.xx.2022-ci il tarixədək məhkəməyə məlumat vermələri xahiş edilmiş, lakin cavabdehlər tərəfindən hər hansı bir məlumat məhkəməyə bildirilməmişdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 18 saylı evin, 24 saylı mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmamışdır. Bundan sonra mübahisəli mənzillərin açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb edilmişdir. Göründüyü kimi mübahisəli mənzillərin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 18 saylı evin, 24 saylı mənzilin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi, ev 18, 24 saylı mənzil açıq hərracda satılmalı, mənzillərin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 8/12 hissəsi İddiaçı, 1/12 hissəsi Cavabdeh1, 1/12 hissəsi Cavabdeh2 Məjməddin oğluna, 1/12 hissəsi Cavabdeh3 və 1/12 hissəsi isə Cavabdeh4 verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi, ev 18, 24 saylı mənzilin ilkin satış qiyməti 97 000 (doxsan yeddi min) manat müəyyən edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məjməddin oğlundan, Cavabdeh3 və Cavabdeh4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi, ev 18, 24 saylı mənzil açıq hərracda satılsın. Mənzillərin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 8/12 hissəsi İddiaçı, 1/12 hissəsi Cavabdeh1, 1/12 hissəsi Cavabdeh2 Məjməddin oğluna, 1/12 hissəsi Cavabdeh3 və 1/12 hissəsi isə Cavabdeh4 verilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi, ev 18, 24 saylı mənzilin ilkin satış qiyməti 97 000 (doxsan yeddi min) manat müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məjməddin oğlundan, Cavabdeh3 və Cavabdeh4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar