Məhkəmə qərarları › İş №e-2(008)-3842/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-3842/2025

14.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-3842/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon icra və Probasiya şöbəsinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC cəlb edilməklə “icra vərəqəsinin etibarsız hesab edilməsi və adiyyatı üzrə göndərilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon icra və Probasiya şöbəsinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC cəlb edilməklə “icra vərəqəsinin etibarsız hesab edilməsi və adiyyatı üzrə göndərilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş 2(103)-1108/2019 nömrəli iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli icra vərəqəsinin etibarsız hesab edilməsi və aidiyyəti üzrə Gəncə Şəhər İcra Şöbəsinə göndərilməsinin Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədn xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 04 aprel 2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən borc tələbi ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan fərdi yaşayış evinə yönəldilmiş və icra hərəkətlərinə başlanılmışdır. Bununla bağlı 2(103)- 108/2019 nömrəli iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli icra vərəqəsi qəbul edilmişdir. Qeyd olunmuş bu icra vərəqəsi işdə cavabdeh qismində çıxış edən İddiaçı tərəfindən təhvil alınması üçün Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin İddiaçı faktiki yaşayış ünvanı xx.xx.2018-ci il tarixindən bəri ünvan 1 olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 7 nömrəli xidmət sahəsinin 20 nömrəli xx.xx.2025-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmiş arayış mövcuddur. (Arayış qoşmaya əlavə edilmişdir.) Qeyd olunan bu arayışla İddiaçı həqiqətən də ünvan 1 ünvanında xx.xx.2018-ci il tarixindən yaşadığı sübut olunur. Belə ki, İddiaçı faktiki yaşayış ünvanı Gəncə şəhəri olduğuna görə qeyd olunmuş bu icra vərəqəsi aidiyyəti üzrə Gəncə Şəhər İcra Şöbəsinə göndərilməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qadada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan MR-da cinayət işi ilə bağlı iclasda iştirak etmək zəruriyyətini bildirmiş və iclasın sentyabr ayına təxirə salınmasını məhkəmədən xahiş etmiş, cavabdeh tərəfin nümayəndəsi isə məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X7 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-X5 birliyinin 7 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında xx.xx.2018-ci il tarixindən yaşayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, (103)- 1108/2019 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh X4 04 aprel 2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800 000 manat esas borc, 132134 manat məbləğində faiz borcu, 25700 manat dəbbə ümumilikdə 957834 manat və 30 manat dövlət rüsumu tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş X2 məxsus Bakı şəhəri. Xəzər rayonu, Dübendi bağ sahəsində yerləşən 227 saylı bağ evinə, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilinə, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə və X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 571 saylı bağ evinə, Vakı şəhəri, Nərimanov rayonu, X11 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı məlum olur ki, iddiaçının hazırki tələb ilə məhkəməyə müraciət etməsinin səbəbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, (103)-1108/2019 nömrəli icra vərəqəsinin borclunun faktiki yaşayış yerinə göndərilməməsi olmuşdur. Lakin məhkəmə iddiaçının diqqətinə çatdırarq qeyd edir ki, nə qədərki hazırki tələb qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədardır, hazırki tələbin icraatına xitam verilməli, iddiaçıya hazırki tələb ilə bağlı qanunla təzərdə tutulmuş qaydada qətnamənin icrası ilə bağlı icra məmuruna müraciət hüquqi izah edilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə əsasən orclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən cra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu məcəllənin 261.0.1-ci və ya 261.0.08ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olduğunu göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya şöbəsinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC cəlb edilməklə “icra vərəqəsinin etibarsız hesab edilməsi və adiyyatı üzrə göndərilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçıya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2(103)-1108/2019 nömrəli icra vərəqəsinin borclunun yaşayış yeri üzrə göndərilməsi ilə bağlı icra şöbəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar