Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3861/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasıın katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6128 manat pul vəsaitinin, dövlət rüsumu qismində ödənilmiş 82 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ər-arvad olan cavabdehlər xx.xx.2020-ci ildə iddiaçıdan ümumi dəyəri 1512 manat olmaqla, 12.6 qr çəkidə, 585 p-də qolbaq və üzük almış, həmin məbləğin 912 manatını ödəmiş, lakin 600 manatını isə ödəməmişdirlər. Həmçinin həmin şəxslər xx.xx.2020-ci ildə iddiaçıdan ümumi dəyəri 10428 manat olmaqla, 86.9 qr çəkidə, 585 p-də qolbaq və üzük almış, həmin məbləğin 4900 manatını ödəmiş, lakin 5528 manatını isə ödəməmişdirlər. Ümumilikdə, həmin şəxslərin iddiaçıya 6128 manat ödənilməmiş borcu qalmışdır. Dəfələrlə iddiaçı həmin şəxslərə borcun qaytarmaqları üçün xəbərdarlıq etsə də, bugünə qədər iddiaçıya olan borclarını ödəməmişdirlər. Həmin şəxslərin iddiaçıya borclu olmalarına dair səs yazıları da məhkəməyə təqdim ediləcəkdir. Həmin borcun məhkəmə qaydasında qaytarılmasına zərurət meydana gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, anası rəhmətə getdiyi və xəstə bacısına baxdığı üçün qızılları satdığını, indi isə yoldaşı xəstə olduğu üçün borcu hissə-hissə ödəyə biləcəyini bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Cavabdeh2 xx.xx.2023-cü il ərizəsindən görünür ki, cavabdeh iddianı qəbul edərək, borcun hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, ər-arvad olan cavabdehlər xx.xx.2020-ci ildə iddiaçıdan ümumi dəyəri 1512 manat olmaqla, 12.6 qr çəkidə, 585 p-də qolbaq və üzük almış, həmin məbləğin 912 manatını ödəmiş, lakin 600 manatını isə ödəməmişdirlər. Sonradan həmin şəxslər xx.xx.2020-ci ildə iddiaçıdan ümumi dəyəri 10428 manat olmaqla, 86.9 qr çəkidə, 585 p-də qolbaq və üzük almış, həmin məbləğin 4900 manatını ödəmiş, lakin 5528 manatını isə ödəməmişdirlər. Ümumilikdə, həmin şəxslərin iddiaçıya 6128 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh borcunu etiraf edir, lakin hissə-hissə ödəmək imkanının olduğunu məhkəmə iclasında bildirir. Məhkəmə tərəflər arasında olan münasibətləri nəzərə alaraq hesab edir ki, onlar arasında nisyə alqı-satqı müqaviləsi bağlandığından mövcud mübahisənin həlli zamanı nisyə alqı-satqı müqaviləsi haqqında qaydalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6128 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 82 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 6128 (altı min yüz iyirmi səkkiz) manat məbləğində pul və 82 (səksən iki) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-3861/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3861/2023
16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver