Məhkəmə qərarları › İş №e-2(008)-3885/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3885/2024

28.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3885/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ev satmaq bəhanəsi ilə ondan aldığı 14000 manat pulun və hüquqi xidmətlə bağlı müqavilə bağlamaq üçün ödədiyi 2500 manat pulun, cəmi 16500 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Balaxanı qəsəbəsi Gülüstan küçəsi ev 29A-da yaşayır. Qonşularından biri, yəni ünvan 4-də yaşayan Cavabdeh evini satmaq barədə qonşulara demiş və müştəri tapmaqda köməklik etmələrini xahiş etmişdir. O da mənzil şəraiti yaxşı olmadığından həmin evi almaq qərarına gəlmişdir. Bu məqsədlə də o, qonşusu Tamilla ilə birlikdə onlara getmiş, evi almaq istədiyini bildirmiş, qiymətini soruşmuşdur. Gülxarə evi 30.000 manata satacağını bildirmişdir. Ev özbaşına tikili olmuşdur. O, razılaşmışdır. Gülxarə ona bildirmişdir ki, ilkin olaraq ona 14.000 manat pul verməlidir, çünki pula böyük ehtiyacı vardır. Onlar razılığa gəlmiş, cavabdehə 14.000 manat pul vermiş, cavabdeh isə notariat kontoruna gedərək orada ona etibarnamə vermişdir. O, Gülxarədən qalan hissəni verib evin sənədləşdirilməsini xahiş etsə də o, müxtəlif bəhanələrlə bu işi uzatmağa çalışmışdır. O, cavabdehin boş yerə sənədləşdirməni uzatdığını görüb pulunu geri istəmiş, Gülxarə pulunu verməkdən imtina etmişdir. Dəfələrlə Tamilla ilə birlikdə onun evində olmuş, lakin cavabdeh ondan aldığı 14.000 manat pulu geri qaytarmamışdır. Nəticədə o, hüquqlarını məhkəmədə müdafiə etmək məqsədilə vəkilə müraciət etmiş, vəkil sənədlərini tərtib etmiş və məhkəməyə müraciət etmişdir. Cavabdeh ondan ev satmaq bəhanəsi ilə 14.000 manat almasını qonşuları X5 və Dadaşova Ülviyyə də təsdiq edə bilərlər. Həmin şəxslər məhkəmədə şahid kimi ifadə verəcəklər. Sonradan məlum olmuşdur ki, Gülxarənin oğlu ilə bağlı problemi olmuş və ondan ev satmaq bəhanəsilə 14.000 manat pul alıb işini düzəltmişdir. Bu niyyətinə çatmaq üçün ona Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi C.Cahangirov küçəsi ev 3-də qeydiyyatda olan X2 etmişdir. Belə ki, X1 Gülxarəyə xx.xx.2032-ci il müddətinədək etibarnamə vermiş, Cavabdeh isə ona etibarnamə vermişdir ki, guya ev onundur. Cavabdeh pulunu geri qaytarmasını tələb etdikdə, o, X8 ilə əlbir olaraq ona verilən etibarnaməni ləğv etdirmiş, pulunu isə geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, heç bir müqavilə bağlamadan, yalnız etibarnamə ilə mübahisəli evi satarkən iddiaçıdan ümumilikdə 14.000 manat pul almış, 10.000 manatını qaytarmışdır. Hal-hazırda iddiaçıya 4000 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatındakı xüsusatları təsdiq edərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR-İİ seriyalı 852095 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X6 AR DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evindən ona düşən 1 (bir) otağın özgəninkiləşdirilməsi ilə əlaqədar yüklülük arayışını almağı, mülkiyyətə sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı..., bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnaməni X3 adından Cavabdeh imzalamışdır. - AR-İİ seriyalı 852133 nömrəli xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X6 AR DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evindən ona düşən 1 (bir) otağın özgəninkiləşdirilməsi ilə əlaqədar yüklülük arayışını almağı, mülkiyyətə sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı..., bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. - RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1 (bir) otağı X3 xüsusi mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 140 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, aparılmış araşdırma zamanı müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - X6 tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 39 saylı notariat ofisində İddiaçı verdiyi etibarnaməyə xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı və cavabdehə sonuncuya məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 30.000 manata alınmasına dair razılıq əldə etmişlər. İddiaçı ilkin olaraq cavabdehə 14.000 manat məbləğində pul vermiş, cavabdeh isə notariat kontorunda ünvan 1 ünvanında yerləşən yaşayış evinin X4 məxsus 1 (bir) otağının özgəninkiləşdirilməsi ilə əlaqədar yüklülük arayışını almağı, mülkiyyətə sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı və digər hərəkətləri etmək səlahiyyətlərinə dair sonuncunun adından İddiaçı etibarnamə vermişdir. İddiaçı pulun qalan hissəni verib evin sənədləşdirilməsini cavabdehdən xahiş etsə də, sonuncu iddiaçı ilə aralarındakı şifahi razılaşmanın şərtlərinə əməl etməmiş, həmçinin, aldığı 14.000 manat pulu iddiaçıya qaytarmamışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Cavabdeh mübahisəli evi satarkən iddiaçıdan ümumilikdə 14.000 manat pul aldığını, həmin puldan 10.000 manatı qaytardığını, hazırda iddiaçıya 4000 manat borcunun qaldığını bildirsə də, 10.000 manat pulu qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan şifahi razılaşma və etibarnamə əsasında iddiaçının cavabdehə qarşı hazırkı halda pulun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh öhdəliyini icra etmədiyindən, sonuncudan 14.000 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, hesab edir ki, iddiaçı hüquqi xidmətlə bağlı vəkilə ödədiyi 2500 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, həmin pul vəsaitinin ödənilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 140 manat dövlət rüsumunun 132 manatı İddiaçı aid edilməli, dövlət rüsumunun artıq ödənilmiş 8 manatı dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 14.000 (on dörd min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun 132 (bir yüz otuz iki) manatı İddiaçı aid edilsin. Dövlət rüsumunun artıq ödənilmiş 8 (səkkiz) manatı dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar