Məhkəmə qərarları › İş №e-2(008)-393/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-393/2025

21.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-393/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi iddiaçı Orucov Vahı̇ d İ̇sa oğlunun və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Orucov Vahı̇ d İ̇sa oğlunun Cavabdeh İ̇sa oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Orucov Vahı̇ d İ̇sa oğlu Cavabdeh İ̇sa oğluna qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 (iyirmi beş min) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının etibarından istifadə edərək, ona yalan vəd verməklə pulunu ələ keçirmiş, bununla bağlı iddiaçı cavabdehdən Bakı Şəhəri Baş Polis İdarəsinə şikayət etmiş, şikayəti həmin idarə tərəfindən araşdırılmış cavabdeh ələ keçirdiyi pulun bir hissəsini həmin araşdırma zamanı ödəmiş və cavabdehin iddiaçıya 25000 (iyirmi beş) min manat borcu qalmışdır. Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, mübahisə mülki xarakterli olduğundan pulun ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək lazımdır. Cavabdeh 2023-cü ildə borcunu etiraf edərək bir hissəsini ödəsə də, cinayət işinin başlanması rədd edildikdən sonra pulu ödəməkdən yenə də yayınır və ödəmir. Ümumiyyətlə zənglərə cavab vermir. Ona görə də, iddiaçı məcbur qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçının etibarından istifadə edərək, ona yalan vəd verməklə pulunu ələ keçirmiş, bununla bağlı iddiaçı cavabdehdən BŞBPİ-nə şikayət etmiş, araşdırma zamanı cavabdeh ələ keçirdiyi pulun bir hissəsini ödəmiş və cavabdehin iddiaçıya 25 000 (iyirmi beş min) manat borcu qalmışdır hissəsində qeyd edir ki, Cavabdeh İ̇sa oğlu 1993-cü ildən 2017-ci ilə qədər Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə-baş məsləhətçi, şöbə müdirinin müavini və sektor müdiri vəzifələrində işləmişdir. Bununla yanaşı Milli Məclis Aparatında Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olmaqla Mənzil- Məişət Komissiyasının sədri olmuş və Aparatda mənzil məsələlərinin müzakirəsi daim onun iştirakı ilə olub. 2004-cü ildə Milli Məclis əməkdaşlarının mənzillə təmin edilməsi baxımından "xxxx" MTK ilə Milli Məclis rəhbərliyi arasında razılaşma olub və həmin ildən o, "xxxx" MTK-nın əməkdaşı kimi İddiaçıla tanış olmuşdur. İddiaçı, daim özünü "xxxx" MTK-nın təsisçilərindən biri kimi təqdim etdiyindən "xxxx" MTK-nın sədri ilə birlikdə istər Milli Məclisdə, istərsədə MTK-da Milli Məclis əməkdaşlarının mənzil məsələlərinin həllində yaxından iştirak edib. Milli Məclis rəhbərliyinin razılığı ilə Vahid tərəfindən Milli Məclis əməkdaşları üçün tikilməsi nəzərdə tutulan yaşayış binasının tikinti işləri ilə əlaqədar pul xərclənib ki, bu barədə onun özü tərəfindən tərtib edilmiş sənədlər var (əlavə olunur). Vahid tərəfindən tikinti ilə əlaqədar xərclənən pullar borc kimi 01 noyabr 2017-ci il tarixdə müqavilə ilə Cavabdeh adına rəsmiləşdirilmişdir ki, onun da əsas səbəbi tikinti işləri ilə əlaqədar layihə tamamlanmadığından və iş tam dayandığından, gələcəkdə onun tərəfindən xərclənən pullarla bağlı yarana biləcək mübahisələrin dəqiqləşdirilməsi baxımından irəli gəlmişdir. Bütün bunlar Milli Məclisin sabiq rəhbərliyinin razılığı ilə olub. Vahidlə Cavabdeh arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli müqavilədə cavabdehin ona 111000 (yüz on bir min) manat və 15 000 (on beş min) ABŞ dolları borcu olması qeyd edilib ki, sonradan Cavabdeh tərəfindən Vahidə hissə-hissə qaytarmaqla ümumilikdə 67 000 (altmış yeddi min) manat və 10 000 (on min) ABŞ dolları qaytarılmışdır. Bütün bunlar Vahidin özünün imzaladığı sənədlə rəsmiləşdirilmişdir (əlavə olunur). Bundan başqa Cavabdeh tərəfindən Vahidə 15 000 (on səkkiz min) manat və 1000 (min) ABŞ dolları qaytarılmışdır ki, bununla zağlı da BŞBPİ-nin məktubunda qeyd var. Bütün bunlardan əlavə Vahid tərəfindən Milli Məclis əməkdaşları üçün tikilməkdə olan bina ilə əlaqədar xərclədiyi pulun (45 900 manat) hara xərclənməsi və həmin məbləğin 01 noyabr 2017-ci il tarixli müqavilədə qeyd edilən məbləğin tərkib hissəsi olmasına dair tərtib edilmiş sənəd var. Eyni zamanda 45 900 manat pulun Vahid tərəfindən Milli Məclis əməkdaşları üçün tikilməkdə olan binanın tikinti işləri ilə əlaqədar xərclənməsinə dair Milli Məclis rəhbərliyinin də rəsmi məktubu var (əlavə olunur). Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı heç bir vəd verilməyib, pul alınmayıb və hal-hazırda da heç bir borcu yoxdur. Əksinə, müqavilədə nəzərdə tutulduğundan artıq məbləğ Vahidə qaytarılıb ki, bütün bunları da subut edən sənədlər var (əlavə olunur). Bu baxımdan qeyd edilənlər tamamilə yalan və əsassızdır və iddia rədd edilməlidir. Ərizədə qeyd edilir ki, cavabdeh 2023-cü ildə borcunu etiraf edərək bir hissəsini ödəsə də, cinayət işinin başlanması rədd edildikdən sonra pulu ödəməkdən yenə də yayınır və ödəmir. Ümumiyyətlə zənglərə cavab vermir. Bu halda da iddia tamamilə əsassız və qərəzli formada irəli sürülüb. Çünki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə üzrə mübahisəli öhdəliklərin araşdırılmasının məhkəmə qaydasında aparıldığını bilə-bilə Cavabdeh simasında guya cinayət işinin başlanılmasının rədd edilməsi qərarından sonra öhdəlikdən yayınan şəxs obrazı yaratmaq istəyir. Və ümumiyyətlə son iki ildə Vahid tərəfindən ona heç bir dəfə də olsun nəinki zəng, hətta heç bir söhbəti belə olmayıb və onun Vahidin hansı zənginə cavab vermədiyinə dair sübut var ki, iddiaçı bununla da Cavabdeh qarşı növbəti yalan danışır. Əlavə olaraq BŞBPİ tərəfindən İddiaçı adına ünvanlanmış məktubdakı göstərilən məbləğ də (63 000 manat və 9 000 ABŞ dolları) həqiqəti əks etdirmir, çünki müqavilədə qeyd edilən məbləğdən (111000 manat və 15 000 ABŞ dolları) hissə-hissə qaytarılan məbləğlərə (67 000 manat və 10 000 ABŞ dolları) dair Vahidin şəxsən özü tərəfindən tərtib edilmiş sənədlər var və onlar tərəfindən araşdırma zamanı BŞBPİ-nin təhqiqatçısına verilib. Hansı səbəbdən məktubda qeyd edilən məbləğin fərqli olması ona məlum deyil. Dediklərinin subutu olaraq həmin sənədlərin surətini hal-hazırda ərizəyə əlavə edir. Bütün yuxarıda qeyd edilənləri və mülki qanunvericiliyin tələblərini əsas tutaraq İddiaçı iddia ərizəsinin təmin edilməməsinə dair qərar çıxarmanızı xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Orucov Vahı̇ d İ̇sa oğlunun və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasına iştirak edən cavabdeh bildirmişdir ki, o, bütün borcunu artıq qaytarıb və borcu qalmayıb. İş materiallarında olan xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin təsisçisi və direktoru Şahid, İddiaçı olan 188000 manat və 25000 ABŞ dolları məbləğində borcu müqabilində, yeganə təsisçisi və Nizamnamə kapitalındakı 100% paya mənsub olduğu "xxxx" MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsindəki 29/31 saylı binanın zirzəmisində 137,8 kv.m ümumi, 64,9 kv.m əsas, 72,9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini 6 ay müddətinə İddiaçı əvəzsiz istifadəsinə verir və 6 ay ərzində 188000 manat və 25000 ABŞ dolları məbləğində borcu İddiaçı qaytarmağı öhdəsinə götürür. -xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC-nin təsisçisi və direktoru Şahid, İddiaçı olan 111000 manat və 15000 ABŞ dolları məbləğində borcu müqabilində, yeganə təsisçisi və Nizamnamə kapitalındakı 100% paya mənsub olduğu "xxxx" MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsindəki 29/31 saylı binanın zirzəmisində 137,8 kv.m ümumi, 64,9 kv.m əsas, 72,9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini 6 ay müddətinə İddiaçı əvəzsiz istifadəsinə verir və 6 ay ərzində 111000 manat və 15000 ABŞ dolları məbləğində borcu İddiaçı qaytarmağı öhdəsinə götürür. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı 63000 manat və 9000 ABŞ dolları məbləğində pulunun Cavabdeh tərəfindən qaytarılmaması ilə bağlı şikayəti əsasında İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırma ilə Cavabdeh təqdim etdiyi 18000 manat və 1000 ABŞ dolları pulun İddiaçı ödənildiyi məlum olmuşdur. Cavabdehla aralarında olan mübahisə mülki xarakterli olduğundan və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığından mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh 18000 manat və 1000 ABŞ dolları pulu təhqiqata təqdim etdi və həmin pullar Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin polis baş leytenantı X1 tərəfindən sayılaraq təhvil götürüldü. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsində İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, 2014-cü ildə Cavabdeh İddiaçı 200000 manat, bir müddət sonra isə 25000 ABŞ dolları məbləğində borc almış, işi alınmadığı üçün 12000 manatı geri qaytarmışdır. Qalan 188000 manat və 25000 ABŞ dolları məbləğində borc üçün İddiaçı təkidi ilə müqavilə bağlanmış, sonradan 125000 manat və 16000 ABŞ dolları Cavabdeh tərəfindən qaytarılmışdır. Hazırda 63000 manat və 9000 ABŞ dolları məbləğində borcu qalıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsində Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, onunla İddiaçı arasında 2017-ci ildə bağlanmış müqaviləyə əsasən Cavabdeh borcu 111000 manat təşkil edir.Təqribən 70000 manat İddiaçı geri qaytarılmışdır. Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, İddiaçı müraciəti əsasında aparılan araşdırma ilə bağlı sonuncu ilə olan yaxın münasibətlərini, həmçinin tikinti ilə bağlı çəkdiyi xərcləri nəzərə alaraq mübahisəli məsələnin həlli istiqamətində ona maddi köməklik göstərəcəyinə dair söz verir. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh müəyyən tarixlərdə İddiaçı aralarında olan borc məsələsi ilə əlaqədar 15000 manat, 10000 ABŞ dolları, 32000 manat və 20000 manat məbləğində pul vermişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixli müqavilə İddiaçı ilə Şahid arasında bağlansa da, 111000 manat və 15000 ABŞ dolları məbləğində pul Cavabdeh verilmişdir. Müəyyən vaxtlarda 15000 manat, 10000 ABŞ dolları, 32000 manat, 20000 manat, 18000 manat və 10000 ABŞ dolları məbləğində pul Cavabdeh tərəfindən İddiaçı qaytarılmışdır. Hal-hazırda iddiaçı cavabdehdən 25000 manat qalan borc məbləğini tələb edir ki, bu tələbin əsaslı olub-olmaması araşdırılır. İş üzrə təqdim edilmiş əsas sübut olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsində Cavabdeh tərəfindən verilmiş izahat ilə iddiaçının tələb etdiyi pulun Cavabdeh verilməsi faktı təsdiq olunur. Eyni zamanda cavabdeh məhkəməyə etiraz ünvanlayaraq aralarında xx.xx.2017-ci il tarixli müqavilə ilə 111000 manat və 15000 ABŞ dolları borcunun olmasını, daha sonra hissə-hissə qaytarmaqla ümumilikdə 85000 manat və 11000 ABŞ dollarının qaytarıldığını qeyd etsə də, 45900 manatın (111000 manatın tərkib hissəsi olan) Milli Məclis əməkdaşları üçün tikilməkdə olan binanın tikinti işləri ilə əlaqədar olduğunu bildirir və iddiaçıya heç bir borcu olmadığını əksinə artıq məbləğdə pul verdiyini qeyd edir. Beləliklə məhkəmə müəyyən edir ki, Cavabdeh 45900 manatın (111000 manatın tərkib hissəsi olan) Milli Məclis əməkdaşları üçün tikilməkdə olan binanın tikinti işləri ilə əlaqədar olduğunu bildirsə də, həmin hissədə ödənişlər edib (hansı ki artıq pul ödədiyini özü bildirir xx.xx.2024-cü il tarixli etirazda) həmin borcun ona məxsus olduğunu qəbul etdiyini təsdiq edən hərəkət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 25000 manat məbləğində pul tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, faktiki olaraq cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 169,60 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti və 169 (yüz altmış doqquz) manat 60 (altmış) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar