Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3961/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "1500 manat borcun ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "1500 manat borcun ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci ildə ondan 1500 manat borc pul alaraq xx.xx.2023-cü ilədək qaytarmağı öhdəsinə götürmüş, lakin qaytarmamışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinə əsasən, iddia təmin edilərək Cavabdeh 1500 manat məbləğində borcun və 35 manat məbləğində dövlət rüsumunun, cəmi 1535 manat məbləğində pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, məhkəmənin xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş təzələnərək mahiyyəti üzrə baxılmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. O, iddiaya qarşı xx.xx.2023-cü il tarixli yazılı etirazında bildirmişdir ki, İddiaçı faizə pul verməklə məşğuldur. O, 2022-ci ilin iyun ayında müalicə üçün Türkiyə Respublikasına getməli olduğu, lakin pulu olmadığı üçün 10 il əvvəldən tanıdığı iddiaçıdan 1500 manat borc pul almalı olmuşdur. Həmin vaxt iddiaçı pulu ona faizə vermişdir. İddiaçı xx.xx.2022-ci ildə ona pulu verərkən əlyazma yazdırmış və həmin əlyazmanın sonunda pulu tam olaraq qaytarmalı olduğu vaxtı, yəni "xx.xx.2022" tarixini yazdırmışdır. O, Türkiyədə müalicəsini davam etdirsə də, oradakı tanışların köməyi ilə borclu olduğu məbləğdən 1000 manat və faiz olaraq 225 manat pulu iddiaçıya vermək üçün qızı Lamiyəyə göndərmiş, qızı isə xx.xx.2022-ci ildə həmin 1000 manat pulu və 225 manat faizi iddiaçıya qaytarmış, əlyazma ilə qeyd yazaraq iddiaçıya təsdiq imzası atdırmışdır. Bundan bir müddət sonra, yəni xx.xx.2022-ci ildə o, qalan 500 manat borc və 75 manat faizi qızı Lamiyə vasitəsilə iddiaçıya qaytarmışdır. Cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçı həmin pulu, öz ərizəsində qeyd etdiyi kimi, ona inamı olduğundan deyil, onun evinin kommunal müqavilələrini girov kimi verməsi səbəbindən ona borc vermişdir. Bundan başqa, o, xx.xx.2022-ci ildə Türkiyəyə getmiş və Azərbaycana xx.xx.2023-cü ildə qayıtmışdır. Əlyazmada qeyd olunan tarixdə, yəni xx.xx.2022-ci ildə o, Türkiyədə olmuşdur və bu səbəbdən həmin tarixdə onun Bakıda qəbz yazması mümkün deyil. Əslində, qəbzdə yazılmış xx.xx.2022-ci il tarixi onun pulu tam olaraq qaytarmalı olduğu tarixdir. İddiaçı həmin tarixi güya pulu borc götürdüyü tarix kimi ona qəsdən yazdırmışdır. O, bir neçə il əvvəl avtomobil qəzası zamanı kəllə-beyin travması aldıqdan sonra onun sağlamlığında problemlər yaranmış, bu səbəbdən o, bəzi hərəkətləri anlaqsız olaraq edir. İddiaçı onun savadsızlığından və qəza zamanı aldığı travmadan sui-istifadə edərək ona qəsdən yanlış tarix yazdırmışdır ki, onun iddiaçıya qaytardığı pulların güya daha əvvəlki başqa bir borca aid olması görüntüsü yaradaraq ondan yenidən həmin pulu təkrar alsın. O isə həmin 1500 manat borcu və 300 manat faizi iddiaçıya qaytarmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə da iddianı etiraf etməyərək oxşar məzmunlu izahat verdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, Cavabdeh İddiaçı 1500 manat məbləğində borc alaraq yaxın zamanda qaytarmağı öhdəsinə götürmüş və iddiaçıya bu barədə yazılı qəbz imzalayıb vermişdir. Həmin qəbzdə imzanın qarşısında "xx.xx.2022" tarixi yazılmışdır. Cavabdehin qızı Nümayəndə anasının borcunun 1225 manat hissəsini xx.xx.2022-ci ildə İddiaçı ödəmiş və iddiaçı bu barədə yazılı qəbzi imzalamışdır. İşdə olan, əlyazma üsulu ilə icra edilmiş sənəddən göründüyü kimi, aşağıdakı mətn yazılmış və imzalanmışdır: "Mən Cavabdeh q. İddiaçı 1500 manat pul borcluyam yaxın zamanda qaytaracam xx.xx.2022". İşdə olan, əlyazma üsulu ilə icra edilmiş sənəddən göründüyü kimi, aşağıdakı mətn yazılmış və imzalanmışdır: "xx.xx.2022. Südabəyə 1000 AZN və 225 manat faiz verdim. Qalan borcumuz 500 AZN. Qalan 500 AZN-də ödədikdə sənədləri götürəcəm". İşdə olan "Şəxsiyyət vəsiqəsi ilə səyahət edən Türkiyə Respublikasının və Azərbaycan Respublikasının vətəndaşlarının ölkəyə giriş-çıxışı ilə bağlı anket"dən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə Türkiyə Respublikasına daxil olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı öz iddia ərizəsində cavabdehə 1500 manat borcu xx.xx.2022-ci ildə verdiyini bildirmiş, eyni zamanda, onun məhkəməyə təqdim etdiyi qəbzdə də xx.xx.2022-ci il tarixi göstərilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, göstərilən borc məbləği cavabdehə həmin tarixdə deyil, xx.xx.2022-ci ildən bir neçə gün əvvəl verilmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci ildə Türkiyəyə getmiş və xx.xx.2022-ci ildə Azərbaycanda olmamışdır. Ona görə də məhkəmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş aşağıdakı maddi hüquq normalarına istinad olunması qənaətinə gəldi. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Maddə 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Məhkəmə baxışı zamanı iddiaçı cavabdehə 1500 manat borc verdiyini sübuta yetirmişdir. Bununla yanaşı, iddiaçı həmin borcu faizsiz verdiyini bildirmişdir. Cavabdeh isə iddiaçıya 1225 manat məbləğində pul qaytardığını təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. İddiaçı həmin sənəddə olan imzanın özünə məxsus olduğunu etiraf etmişdir. İddiaçı qeyd olunan 1225 manat pul barədə qəbzi 3-4 il əvvəl cavabdehə borc verdiyi pula görə imzaladığını bildirsə də, o, məhkəməyə əvvəllər də cavabdehə borc verməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.2-ci maddəsinə uyğun olaraq, bunu o, sübut etməlidir. Ona görə də məhkəmə 1225 manatla bağlı qəbzin məhz iddiaçının hazırda tələb etdiyi 1500 manat məbləğində borca aid olması qənaətinə gəldi. Sözügedən xx.xx.2022-ci il tarixli qəbzdə 1225 manat pulun 225 manat hissəsinin faiz kimi göstərilməsi məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı borcu faizsiz verdiyini bildirdiyinə və iddia ərizəsində hər hansı faiz tələb etmədiyinə görə 1225 manatın qaytarılması 1500 manat borc öhdəliyinin hissəvi icrası kimi nəzərə alınmalıdır. Borcun qalan (1500-1225=275) 275 manat hissəsinin iddiaçıya qaytarılması barədə isə cavabdeh məhkəməyə sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəldi ki, iddiaçı cavabdehdən 275 manat məbləğində pulu tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. İddianın qalan hissəsi isə əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 35 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 1500 manat məbləğində iddianın 275 manat hissəsi (18,33 faiz) təmin olunduğuna görə dövlət rüsumunun müvafiq olaraq 18,33 faizini təşkil edən 5,5 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 24,5 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 275 manat məbləğində borc və 5,5 manat məbləğində dövlət rüsumu, cəmi 280,5 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 24,5 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2(008)-3961/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3961/2023
10.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver