Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-401/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, 12 nömrəli evdə paylı mülkiyyətdə olan öz mülkiyyətinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsin yerləşən 12 nömrəli evin 32.3 kv/m mənzil sahəsini ev sahibi Cavabdeh alqı-satqı yolu ilə almışdı. Həmin mənzil sahəsi üzrə aralarında Bakı şəhəri 17 saylı natoriat kontorunda daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmaqla rəsmləşdirilmişdir. Əmlak Məsələləri Dövlə Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29 aprel 2016-cı il tarixdə Cavabdeh Fəxrəddoğluna verilmiş dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə evin ümumi sahəsi 49.6 kv.metr olmuşdur. 13 sentyabr 2018-ci il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evi üzrə Texniki Pasport alınmış və həmin tarixdə yuxarıda qeyd edilən idarə tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən Cavabdeh 17.3 kv./m, İddiaçı 32.3 kv./m pay ayrılmışdır. Həmçinin qeyd edir ki, o, mənzil sahəsini əldə edərkən mənzilə ayrıca giriş qapısı, qaz, işıq və sudan istifadə üçün sayğaclar olmuş və qaydalara uyğun olaraq bütün komunal xidmətlər vaxtında tərəfindən ödənilmişdir. Müxtəlif vaxtlarda paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi üçün tərəfindən Cavabdeh təkliflər olunmuş lakin onun tərəfindən razılıq verilməmişdir. Bildirir ki, paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasına dair qanunla qorunan mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmiş, iddia tələbini qəbul etməyərək, ekspert rəyi ilə razı olduğunu və əmlakın naturada bölünməsi mümkün olmadığından iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.6 kv.metr olan fərdi yaşayış evinin 17.3 kv.metr sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh, 32.3 kv.metr sahəsi isə xx.xx.2018-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Evin yerləşdiyi 0.00679 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadədədir. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 100.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ümumi sahəsi 49.6 kv.metr olan mübahisəli fərdi yaşayış evinin 32.3 kv.m sahəsi iddiaçıya, 17.3 kv.m sahəsi isə cavabdehə məxsusdur. İddiaçı naturada bölgü aparılmadan ümumi birgə mülkiyyətdə olan əmlakdan istifadə edə bilmədiyindən, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/8978 saylı rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən 12№-li fərdi yaşayış evinin ideal paylar üzrə naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Lakin, qeyd olunan fərdi yaşayış evinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxışları olmaqla təcrid şəklində bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq həmin bölgü qaydasının paylardan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, məhkəmə, ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.6 kv.metr olan fərdi yaşayış evinin tərəflərin paylarına uyğun 2 ayrı-ayrı təcrid mənzil şəklində naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından (evin yerləşdiyi 0.00679 ha torpaq sahəsi dövlət mülkiyyətindədir) İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, həmçinin məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-401/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-401/2025
17.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver