Məhkəmə qərarları › İş №e-2(008)-4029/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4029/2025

08.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4029/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdehndən təqdim edilmiş 40 ədəd qaimələrdə qeyd olunan malların natura şəklində ona geri qaytarılması və ya həmin malların məbləğini təşkil edən 9.634 (doqquz min altı yüz otuz dörd) manatın Cavabdeh MMC-dən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2015-ci il tarixdən Cavabdehndə əmək müqaviləsinə əsasən çalışmış, 2019-cu il tarixdə tutduğu vəzifəsindən azad edilmiş, daha sonra Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən 2016-2019-cu illər ərzində götürülmüş 9634,89 manat məbləğində malların geri qaytarılmamamasını, eləcə də həmin malların dəyərinin ödənilməsini göstərməklə həmin zərərin İddiaçı tutulmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5444/2020 nömrəli, 20 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, həmin malların qeri qayrarılmamasına görə 9634.89 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq, Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmışdır. (Hakim: Əşir Səmədov) Pandemiya dövrü olduğundan həmin iş üzrə heç bir məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası barədə xəbəri olmamışdır. Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(008)-5444/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almış, hazırda qətnamənin İcra olunması Sabunçu rayon icra şöbəsinə həvalə edilmişdir. İddiaçı göstərir ki, 9634 manat dəyərində əmlakın Cavabdeh MMC-yə qaytarılmasını təstiq edən 40 ədəd qaimə onda olduğundan, qaimələrdə göstərilmiş malların natura şəklində ona geri qaytarılması və ya həmin malların məbləğini təşkil edən 9634 manatın Cavabdeh MMC-dən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(008)-5444/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə” dair iddia tələbi qismən təmin edilərək, İddiaçı 9634,89 manat məbləğində pul tutulması qət edilmişdir. Hazırda İddiaçı 9634 manat pulun Cavabdeh MMC-dən tutularaq, ona ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, malların və onlara görə ödənilmiş pul məbləğlərinin şirkətə qaytarılmasını təstiq edən 40 ədəd qaiməni əlavə edərək, 2020ci il tarixdə keçirilən məhkəmə iclasları vaxtı pandemiya olduğundan iştirak edə bilməməsi əsası ilə, hazırda müraciət edərək yeni sübutlar əlavə etməklə 9634 manat pulun Cavabdeh MMC-dən tutularaq, ona ödənilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesаb edir ki iş üzrə icrааtа хitаm verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci mаddəsinə əsаsən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hаkim iş üzrə icrааtа хitаm verir. İş materiallarından göründüyü kimi Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-dən götürdüyü 9634,89 manat məbləğində malaları MMC-yə qaytarmamış, eləcə də həmin malların dəyərini MMC-yə ödəməmişdir. Ona görə də ondan 9634,89 manat tutularaq, Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı hazırda iddia qaldırmaqla 9634 manat məbləğində malları 40 ədəd qaimə əsasında Cavabdeh MMC-yə qaytarmasını göstərməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş işin hallarını yenidən mübahisələndirir və qüvvədə olan qətnamənin əksinə yeni qərar qəbul edilməsini xahiş edir. Hansı ki, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə həmin ərizənin icraata qəbul edilməsindən imtina edilməli idi. Ərizə icraata qəbul edildiyindən Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə, eyni tərəflər arasında Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(008)-5444/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuхаrıdа göstərilənləri və Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı 9634 manat “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar