Məhkəmə qərarları › İş №e-2(008)-4093/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4093/2024

05.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4093/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36000 ABŞ dolları məbləğində pulun və 274 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə uzun müddət dostluq münasibətləri olmuşdur. Samir telefon alqı-satqısında qazancın olduğunu bildirərək, ona buna görə ona pul verməyini bildirdi. İddiaçının ona verdiyi puldan ona qazanc verməsi barədə razılaşmışdılar.Ümumilikdə Cavabdeh 80000 ABŞ dolları pul verdi. Bir müddət sonra gördü ki, cavabdeh ona verdiyi pulu ona geri qaytarmır. Bunun səbəbini soruşduqda bildirdi ki, işlər zəifdi, buna görə də, pulu tez bir zamanda geri qaytarmayacaq. Bir müddət ona vaxt versə də, sonradan gördü ki, cavabdeh məqsədli şəkildə borcunu geri qaytarmır və ona olan güvən və etibarından sui istifadə edir. Buna görə də, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdi. Sonradan həmin iş araşdırılması üçün, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nasimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə göndərildi. Həmin vaxt Cavabdeh ora yaxınlaşdı. Belə ki, ondan alınan izahat zamanı, iddiaçıya ümumilikdə 76000 ABŞ dolları borcunun olduğunu və ziyana düşdüyü üçün iddiaçıdan borcundan güzəşt etməyini xahiş etdi. Samirlə olan münasibətlərini və onun ziyana düşməsini nəzərə alaraq, onunla belə razılaşdılar ki, iddiaçıya olan borcu qismində 36000 ABŞ dolları pulu tez bir zamanda ödəyəcək. Bu razılaşma cavabdeh, tərəfindən polis şöbəsində verilmiş izahatda qeyd olunur. Həmçinin cavabdeh qeyd olunanlar barədə iltizam da imzaladı. Lakin artıq bir il keçməsinə baxmayaraq, cavabdeh heç bir ödəniş etmir. Müxtəlif bəhanələr gətirərək, borcunu ödəməkdən yayınır. Hesab edir ki, Cavabdeh tərəfindən, 36000 ABŞ dolları pul, (qətnamə icra olunan günə olan manat məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumu olaraq 274 manat ondan alınaraq iddiaçya ödənilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh gəlməmiş, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 hər dəfə ərizə göndərərək işin təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə onun gəlməməyin səbəblərini üzürsüz hesab etmədiyindən işə mahiyyəti üzrə baxmağı zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Valeh Abdullayev tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarda görünür ki, İddiaçı müraciəti xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş, ərizə və alınmış izahatında İddiaçı göstərmişdir ki, dostu Cavabdeh təklifi ilə ortaq iş görmüşlər, ümumilikdə Samirə 80000 ABŞ dollar pul vermiş, Samir işə yatırılan 80000 ABŞ dollar pulun gəlirindən ona ümumilkdə 141500 manat və 4000 ABŞ dollar pul vermişdir. 2022-ci ilin dekabr ayından etibarən Samir görülən işdə ziyan etdiyini, işlərin dayandırıldığını bildirmişdir. Bu səbəbdən o, işə yatırılan pulunu geri istəmişdir. Samirin ona 76000 ABŞ dollar borcu qalmasına baxmayaraq , ortaq görülən işdən ziyan olduğu üçün o, ziyana şərik olmuş və Samirin ona 36000 ABŞ dollar borclu qalmasına və qalan borcunu hissə-hissə olaraq ödəməsinə razılaşdığını bildirmiş, araşdırma zamanı alınmış izahatında Cavabdeh analoji olaraq İddiaçı izahatına oxşar izahat vermişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh müstəntiqə verdiyi izahatında İddiaçı olan 36000 ABŞ dollar borcunu hissə-hissə ayda 1000 manat olmaqla qaytaracağına vəd verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh əlyazma ilə icra edilmiş iltizam vermiş, həmin iltizamda da iddiaçıya olan 36000 ABŞ dollar borcunu hissə-hissə ayda 1000 manat olmaqla qaytaracağına vəd vermişdir. Cavabdeh iddia ərizəsinə etiraz verməmiş, borca münasibət bildirməmiş, bununla da həmin məbləğ üzrə hər-hansı ödəniş etmədiyni təsdiqləmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Tərəflərin arasında yazılı borc müqaviləsi olmamışdır (məbləğ 3000 manat artıq olmuşdur), aralarındakı razılaşmanı da borc müqaviləsi kimi qiymətləndirmək olmaz. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Həmin Məcəllənin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 36000 ABŞ dollar tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda 274 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli,cavabdehdən iddiaçının xeyrinə 36000 ABŞ dolları pul və 274 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehnndan 36000 ABŞ dolları pul ((tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 274 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar