Məhkəmə qərarları › İş №e-2(008)-4229/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4229/2023

23.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4229/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilərək iddiaçının sahibliyinə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş ünvan 1 ünvanında yerləşən 30 saylı torpaq sahəsi və qeyri-yaşayış sahəsinin boşaldılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçıya vurulmuş 8000 manat məbləğində maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 88) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin mənzilin iddiaçının mülkiyyətində olmağına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ona xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 543 kv.metr torpaq sahəsi üzərində tikilən qeyri-yaşayış sahəsi (mağaza) də iddiaçıya məxsusdur. Əvvəllər həmin mağaza babası tərəfindən cavabdehlərə icarəyə verilmişdir. Hal-hazırda isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindədir. İddiaçı qanunun qeyd olunan tələblərinə uyğun olaraq tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin torpaq və qeyri-yaşayış sahəsindən çıxmaması maneəçilik törədir. Həmçinin cavabdehlər tərəfindən bu illər ərzində qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə baxmayaraq heç bir icarə haqqı ödənilməmişdir. Bununla da cavabdehlər tərəfindən iddiaçıya hər ay 2000 manat icarə haqqı məbləğində maddi zərər vurulmuşdur. (4 ay x 2000 = 8000 manat). Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı mülkiyyətində olan ünvan 7 ( yeni qaydalarla AZ 1039 ünvan 5 ümumi sahəsi 0.0403 h iddiaçının mülkiyyətində olan torpaq sahəsində təsərrüfat otağı kimi inşa edilmiş texniki pasportda öz əksini tapmış ümumi sahəsi 83.8 kv.m qeyri-yaşayış sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz istifadəsindən alınması, zəbt olunmuş həmin sahə boşaldılaraq iddiaçının istifadə və sahibliynə qaytarılması, cavabadehlər Cavabdeh2 və X7 tərəfindən iddiaçıya vurulmuş 8000 manat məbləğində maddi ziyan tutulması qərara alınmışdır. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsalandırılmışdır ki, əvvəllər mübahisə predmeti olmuş iddiaçı X8 ilkin iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən torpaq və qeyri-yaşayış sahəsindən çıxarılmaları, həmin qeyri-yaşayış sahəsinə görə son 4 il müddətində ona ödəməli olan 11.520 manat icarə haqqı, mənəvi zərər qismində 10.000 manat, ümumilikdə 21.520 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(008)- 293/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 özlərinə məxsus əmlaklarla birlikdə 0,0543 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən sahəsi 48,3 kv.m olan ünvan 2 (yeni qaydalarla: ünvan 3 ünvanındakı qeyriyaşayış sahəsindən çıxarılmaları, qeyri-yaşayış sahəsinin X1 qaytarılması qət edilmiş, Cavabdeh1 X6 qarşı ünvan 2 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 2(103)- 5600/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(008)-293/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - ilk iddianın Cavabdeh1 qarşı təmin olunması, qarşılıqlı iddianın təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(102)-652/2021 saylı qərarı ilə ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5600/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunmuşdur ki, mütəxəssis tikilinin müvafiq olaraq özəl sahədə tikilməsini göstərmiş olsa da və faktiki olaraq torpaq sahəsi və üzərində olan tikilinin mülkiyyətdə olmasını müəyyən etsə də, məhz tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya aid olan (mütəxəssis rəyinə görə torpaq sahəsi faktiki olaraq iki hissəyə ayrılmışdır, kimin istifadəsində qalması isə müəyyən deyil) sahənin hüdudları daxilində yerləşməsini müəyyən etməmişdir. Nəzərə alınsa ki, torpaq sahəsi və tikili üzərində iddiaçı paylı mülkiyyətçidir, naturada payların müəyyən edilməsi təmin edilməmişdir, belə olan halda məhz tikilinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının sərəncam vermək səlahiyyətinin olub-olmamasının müəyyən edilməsi əhəmiyyətlidir. Digər tərəfdən nəzərə alınmaldır ki, əmlakın digər hissəsi ½ olmaqla açıq qalmış, hər hansı şəxs tərəfindən qəbul edilməmişdir. Belə olan halda iddiaçının ilk iddia tələbi irəli sürülməsi üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsi üçün tikilinin iddiaçının mülkiyyətində olan 0,543 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilmiş ½ hissə və ya tam sahə olması müəyyən edilməlidir. Ali Məhkəmənin tələblərinə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-257/2022 saylı qətnaməsi ilə həm ilkin həm də qarşılıqlı iddia tələblərini rədd etmişdir. Eyni zamanda yuxarıda göstərilən mülki iş araşdırılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya İşlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi X3 iştirakı ilə ünvan 2 ünvanında yerləşən torpaq və qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, baxış nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş 24 yanvar 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən təqdim olunmuş döngə nöqtələri daxilində yerləşən ümumi sahəyə **********2- 10301 reyestr nömrəli çıxarış verilmişdir. (X8 və X9 adına). Qeyd olunan mübahisəli S=84,0 kv.metr tikili sözügedən özəl sahədə yerləşir. Hazırda isə mübahisəli sahə İddiaçı mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla AZ 1039 ünvan 5 ümumi sahəsi 0.0403 h. iddiaçının mülkiyyətində olan torpaq sahəsində 83.8 kv.m ölçüsü olan təsərrüfat otağı kimi texniki pasportda öz əksini tapmış və iddiaçının mülkiyyətidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmənin vermiş olduğu suala cavab olaraq isə iddiaçının nümayəndəsi və vəkili tərəfindən bildirmişdir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyi verələn zaman və məhkəmə aktı qəbul edildiyi dövürdən sonra torpaq sahəsində və onun üzərində yerləşən tikililərdə hər hansı bir dəyişiklik edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, əvvəllərdə iddiaçının atasının cavabdehlərə qarşı eyni predment və eyni əsaslar ilə iddia tələbi olmuş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırkı işdə yalnız iddiaçı tərəf dəyişmiş olsada iddia predmenti eyni olduğunda və əsaslar dəyişmiş olmadığından iddia tələbinin rədd edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə iclası vaxtı barədə lızım qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə mülki işə digər Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir, Məhkəmə, tərəflərin nümayəndəsi və vəkillərinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportunun surətindən görünür ki, ünvan 4 ünvan: ünvan 5 torpağın hüquq subyekti İddiaçıdur. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvan: ünvan 5 fərdi yaşayış evi 0.0403 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi şəxsin xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvan: ünvan 5 fərdi yaşayış evi 0.0403 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-257/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, iddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyri-yaşayış sahəsindən çıxarılma və.s tələbinə diar iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4890 nömrəli eksppert rəyindən görünür ki, mülki iş materiallarında olan müətəxəssis rəylərinə və keçirilmiş baxışın nəticəsinə əsasən müəyyən olunmuşdur ki, X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 30 ünvanında yerləşən 0.0543 ha torpaq sahəsində tikilmiş 48.3 kv.m 1 mərtəbəli yaşayış evinə bitişik tikilmiş bir mərtəbəli yaşayış evi, 8.6 kv.m sanitar qovşağı 0.0543 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Sözügedən 88.2 kv.m qeyri-yaşayış sahəsi isə həmin torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-257/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə göstərilmişdir ki, X2 xx.xx.2020-ci il tarixli, 201 nömrəli ekspertiza rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən hazırda ½ payla X4 mülkiyyətindəki sahəsi 543 kv.m olan (faktiki istifadəsində olan 728 kv.m) torpaq sahəsinin artıq 185 kv.m-lik hissəsinin, o cümlədən yolun kənarında yerləşən 84 kv.m olan qeyri yaşayış sahəsinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında Azərbaycan Rspublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli 298 nömrəli qərarının rəhbər tutulmaqla Maştağa Nardaran avtomobil yolunun qorunma zonasına düşmüş olduğu müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-257/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Maştağa-Nardaran avtomobil yolunun kənarında yerləşən 88.2 kv.m-lik mübahisəli qeyri-yaşayış sahəsi X5mülkiyyətində olan torpaq sahəsindən kənrda yerləşdiyindən onun hazırki tələb ilə çıxış etməyk üçün subyektiv hüququ olmamış və bu səbəbdəndə irəli sürülmüş tələb təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə mülki iş üzrə ilk olaraq qeyd edir ki, işin mübahisə yaratmayan halı ondan ibarətdirki hazırki İddiaçı məxsus olan 0.0403 ha olan torpaq sahəsi Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-257/2022 nömrəli mülki iş üzrə ilkin iddia üzrə iddiaçı olan X4 mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0543 ha olan torpaq sahəsinin bir hissəsini təşkil edir. Eyni zamanda işin mübahisə olunmayın halı həmdə ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)- 257/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixdən sonra nə iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində, nədəki hazırda cavabdehlər tərəfindən istifadə olunan qeyriyaşayış sahəsində hər hansı bir yeni quraşdırılma halı olmamışdır. Məhkəmə iclası zamanı məhkəmənin vermiş olduğu suallara cavab verərkən həmçinin iddiaçı tərəf bildirmişdir ki, hazırki iddia tələbində qeyd edilmiş ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0.0403 ha olan iddiaçının mülkiyyətində olan torpaq sahəsində təsərrüfat otağı kimi inşa edilmiş texniki pasportda öz əksini tapmış ümumi sahəsi 83.8 kv.m qeyri-yaşayış sahəsi əvvəlki mülki iş üzrə mübahisə predmenti olan Maştağa-Nardaran avtomobil yolunun kənarında yerləşən 88.2 kv.m-lik mübahisəli qeyri-yaşayış sahəsidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə mübahisəli qeyri yaşayış obyektinin ünvan 8 ünvanında yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Belə olan halda məhkəm hesab edir ki, cavabdehlərin istifadəsində olan qeyriyaşayış sahəsi iddiaçıya məxsus olan torpaq sahəsində yerləşmədiyindən iddiaçının hazırki tələb ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi ilk hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Qeyd olunan Qərarda nümayiş olunan hüquqi mövqe Konstitusiya Məhkəməsinin digər Qərarlarında da öz əksini tapmışdır.) Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsinə 8000 manat dəymiş ziyanın tutulması hissəsinə müasibət bildirərk qeyd edir ki, nə qədər ki, iddia tələbi ilk hissədə təmin edilməmişdirsə ikinci hissədə də təmin üçün əsalar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar