Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4235/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1305 (bir min üç yüz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 33,05 (otuz üç manat beş qəpik) manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı “Qala Sığorta" ASC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh1 məxsus “Mercedes Benz GL450” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində, Bakı şəhəri, Azadlıq prospekti ərazisində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E320” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz E320” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1305 (bir min üç yüz beş) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarda müəyyən edilmişdir ki, “Mercedes Benz GL450” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş matriallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, CM1430/22 nömrəli sığorta aktının surətindən görünür ki, PQA********** saylı siğorta müqaviləsinə əsasən siğortalı “Mercedes Benz GL450” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək 5000 manat məbləğində Qala Sığorta” ASC-də icbari siğorta ilə siğortalanmışıdr. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Azadlıq prospektində baş vermiş yol-nəqliyyat hadisəsəi zamanı “Mercedes Benz E320” markalı, ** ZB *** dövlə qeydiyyat nişanlı avtomobilə 1305 manat məbləğində ziyan dəymiş olduğundan, 1305 manat məbləğind pul vəsaiti “Mercedes Benz E320” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 ödənilməsi qərarlaşdırılmışdır. İXP seriyalı4694675 nömrəli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, “Mercedes Benz GL450” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikaıs İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E320” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə 1305 manat ziyan dəymişdir. DYPİ-nin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18.10 radələrində Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü “Mercedes Benz GL450” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz E320” markalı, ** ZB *** dövlə qeydiyyat nişanlı avtomobilin toqquşması kimi qeydə alınmışdır. “Mercedes Benz GL450” markalı, ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vəsatəsinin idarə edən Cavabdeh2 olmuşdur, mülkiyyətçi isə Cavabdeh1 olmuşdur, sürücünün sürücülük vəsiqəsi və avtomobili idarə etmək hüququ olmuş, sürücü avtonəqliyyat vasitəsini idarə edərkən ayıq olmuşdur. Sürücü hadisə yerindən qaçmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1305 manat məbləğində pul vəsaiti X1 hesabına ödənilmişdir. - "xxxx" ASC-nin X3 ünvanaladığı 1175/22 nömrəli, xx.xx.2022-ci il tarixli Geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, 10 iş günü müddətində göstərilən məbləği qaytarmağı xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16(008)-156/2023 nömrəli xx.xx.2023cü il taixli qərardadaından görünür ki, Ərizəçi "xxxx" ASC-nin tərəfindən verilmiş “əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi” barədə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 məxsus olan, etibarnamə əsasında Cavabdeh2 idarə etdiyi və “Qala Sığorta" ASC-də icbari sığorta müqaviləsi ilə sığortalanmış ** DU *** minik markalı, “Mercedes Benz GL450” dövlət qeydiyyat nişanlı avtomobilin və X1 idarə etdiyi “Mercedes Benz E320" markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə “Bercedes Benz E320" markalı, ** ZB ***dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. "xxxx" ASC tərəfindən zərər dəyən avtomobillərin mülkiyyətçisinə siğorta məbləğinə münasibətdə dəymiş zərər yəni 1305 manat məbləğində sığorta ödənişi ödənilmişdir. "xxxx" ASC zərərçəkmiş şəxsə ödənilmiş 1305 manat məbləğində pul vəsaitini cavabdehlər Cavabdeh1, Cavabdeh2 tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh2 yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, hadisəni törədən zaman iddiaçı "xxxx" ASC-də icbari siğorta ilə siğortalı olan avtomobili idarə edən şəxs Cavabdeh2 iddiaçının zərərçəkmiş şəxsə ödəmiş olduğu 1305 manat məbləğində pul vəsaitini Cavabdeh2 geri tələb etmək hüququ yarandığından iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər Cavabdeh1dan pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, vurulan zərərə görə digər cavabdeh məsuliyyət daşımır. Belə ki, hadisədən əvvəl avtomobilin mülkiyətçisi olan Cavabdeh1 ** DU *** minik markalı, “Mercedes Benz GL450” dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 adına avtomobili idarə etmək hüququna dair etibarnamə vermişdir. Belə vəziyyətdə Mülki Məcəllənin 1108.2-ci maddəsinin göstərişi tətbiq edilməlidir. Həmin maddənin məzmumunda göstərilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, hadisə baş verən zaman Cavabdeh2 etibarnamə üzrə avtomobil idarə etmək hüququna malik olduğundan iddia tələbi avtomobilin mülkiyyətçisinə münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə məhkəmə iddia tələbinin 33.05 manat dövlət rüsumunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi yalnız Cavabdeh2 aid edilən hissəsə əsaslı olduğundan, mülki iş üzrə ödənilməli dövlət rüsumuda ona aid edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, müvəqqəti təminat tədbirinin təmini barədə ərizə məhkəmə tərəfindən təmin edilmədiyindən bu ərizənin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş rüsumda iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1305 (bir min üç yüz beş) manat məbləğində pul və 33.05 (otuz üç manat beş qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4235/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4235/2023
13.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver