Məhkəmə qərarları › İş №e-2(008)-4278/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4278/2024

15.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4278/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair tam mülkiyyət hüququ ilə Cavabdeh adına tərtib edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli **********33-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu ildə cavabdehin qardaşı X6 ilə faktiki evlənməklə, xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olublar. İddiaçı qayınatası X4 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. xx.xx.2020-ci ildə anadan olmuş Renat və xx.xx.2022-ci ildə anadan olmuş Rəsul adlı uşaqları da həmin mənzildə doğulmuşdur. xx.xx.2020-ci ildə qayınatası vəfat etdikdən sonra, iddiaçı uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmişdir. Sonradan məlum olmuşdur ki, yaşadığları mənzili baldızı Cavabdeh öz adına rəsmiləşdirərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişdir. İddiaçı hesab edir ki, onun və uşaqların da o mənzilə dair payı var ona görə ki, qayınatasının ölümündən sonra həmin mənzildə yaşamaqla faktiki olaraq onda qalmış miras qəbul etmişdilər. Bu səbəbdən də hesab edir ki, baldızı Cavabdeh qanunsuz olaraq həmin mənzili tam mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirilmişdir. Cavabdeh iddia tələbinə qarşı xx.xx.2024-cü ildə yazılı etirazla müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023cü il tarixli şəhadatnamədən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X3 vərəsəsi Cavabdehdır və miras qalan əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.4 kv.m, yaşayış sahəsi 48.9 kv.m., yardımçı sahəsi 9.5 kv.m., 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. İddiaçı ilə cavabdehin qardaşı X6 arasında bağlanmış nikah Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Eyni zamanda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-498/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı ünvan 1 saylı evdən (mənzildən) çıxarılması və ev (mənzil) boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu müddət ərzində hazırki iddia tələbi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, icraatın dayandırılmasına nail olmuşdur. İddiaçı cavabdehin qardaşının keçmiş həyat yoldaşıdır və o şikayətində bildirir ki, iddiaçının qardaşı ilə birgə nikaha daxil olduqdan sonra həmin mənzilə gəlin köçmüşdür. Hazırda yaşamağa başqa yeri yoxdur. Hazırda iddiaçının həmin evdə yaşaması cavabdehin həmin ev üzərindəki mülkiyyət hüququnun həyata keçirməsinə mane olur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə iclası onun iştirakı olmadan keçirildi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, qanuni yolla ona heçnə düşmədiyini bildiyini, lakin hansı yolla bacısına əmlak verildiyini bilmək istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzrə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. - 3 saylı Bakı ″ASAN Xidmət″ mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 750687 nömrəli doğum haqqında şəhadatnaməsindən görünür ki, X8 xx.xx.2022-ci ildə doğulmuşdur. - 1 saylı Bakı ″ASAN Xidmət″ mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 534302 nömrəli doğum haqqında şəhadatnaməsindən görünür ki, X9 xx.xx.2020-ci ildə doğulmuşdur. - V-СЛ seriyalı 489938 nömrəli doğum haqqında şəhadatnaməsindən görünür ki, X6 xx.xx.1987-ci ildə doğulmuşdur. - xx.xx.2023-cü il tarixli ″Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadatnamə″dən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X3 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak İcra Hakimiyyəti Tİ VƏ MHQİ tərəfindən xx.xx.2002-ci ildə X4 verilmiş 30/8276 qeydəalma nömrəsi ilə 55 nömrəli kitabın 8276-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı sıra 1-ci döngə 4 ünvanında yerləşən ümumi sahəsi 58,4 kv.m olan yaşayış evindən ibarətdir. - xx.xx.2023-cü il tarixli ″Miras payın bağışlanması müqaviləsi″dən görünür ki, X6, mərhum X2 irs qalmış mirasdan onlara çatası miras payı Cavabdeh bağışlayır. - AZ-İİ seriyalı 091296 nömrəli ″Ölüm haqqında şəhadatnamə″dən görünür ki, X7 xx.xx.2020-ci ildə vəfat etmişdir. - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 013684 nömrəli ″Qeydiyyat vəsiqəsi″ndən görünür ki, ünvan 1 fərdi yaşayış evi X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı cavabdehin qardaşı X6 ilə rəsmi nikaha daxil olmuşlar, həmin nikahdan iki övladları doğulmuş, nikaha daxil olduqdan sonra X4 məxsus ünvan 1 ünvanda yaşamağa başlamışlar. xx.xx.2020-ci ildə X7 vəfat etmiş, miras əmlak olan mübahisəli ev onun övladları qanun üzrə vərəsələr X5 və Cavabdeh keçmişdir. X1 öz miras payını cavabdehə bağışladığından, ünvan 1 cavabdehin adına rəsmləşdirilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona çıxarış verilmişdir. Hal-hazırda iddiaçı həmin çıxarışın ləğv edilməsini tələb edir və bunun hüquqi əsasların olub-olmaması işin mübahisəli halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün vərəsəlik hüququ haqqında şəhadətnamələr hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Sadalanan normaların təhlilindən görünür ki, daşınmaz əmlaka hüququn əmələ gəlməsi, dəyişilməsi, ləğv edilməsi əsasları qanunla nəzərdə tutulmuşdur. Bu əsasllardan biri də vərəsəlik hüququ haqqında şəhadətnamədir. Hazırki işdən də görünür ki, X7 vəfat etdikdən sonra miras əmlak olan mübahisəli evə dair çıxarış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında cavabdehin adına verilmişdir. Bundan başqa, qanunvericilikdə dövlət reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi, çıxarışın ləğv edilməsini tələb edən iddiaçı müvafiq qeydin qanunsuzluğunu sübuta yetirməlidir. Ümumiyyətlə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı çıxarışın ləğv edilməsi üçün səbəb ola biləcək halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir, ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin edilmədiyi üçün dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin edilmədiyi üçün dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (″Elektron məhkəmə″ informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar