Məhkəmə qərarları › İş №e-2(008)-4317/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4317/2022

06.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4317/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 350 manat məbləğində maddi zərərin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, B.Nuriyev küçəsində “Nissan X-Trail” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı (bundan sonra İddiaçı MMC) mülkiyyətində olan “Toyota Corolla” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Beləliklə, "xxxx" ASCnin PXA81309 saylı sığorta aktında sığorta hadisəsi zamanı yaranmış maddi zərərin ümumi məbləğinin 700 manat olduğu qeyd edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş müvafiq sığorta aktına əsasən, İddiaçı MMC zərərçəkən kimi müəyyən olunmuş və sığorta hadisəsi nəticəsində İddiaçı MMC-yə 700 manat məbləğində ziyan vurulduğu təsdiq olunmuşdur. Bakı şəhər BDYPİ-nin müvafiq protokoluna əsasən, qeyd olunan hadisədə Cavabdeh sərnişin olaraq müvafiq yol hərəkəti qaydalarını pozması təsdiq olunub. Bununla da hadisədə Cavabdeh təqsiri olduğu üçün "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə 700 manat deyil, 350 manat məbləğində pul ödənilmişdir. Cavabdehə vurulmuş zərərlə bağlı 350 manat məbləğində pulun ödənilməsi ilə bağlı yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borc bu günədək ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20.40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh barəsində Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 338.3-cü maddəsində nəzərdə tutulan inzibati xəttanı törətməkdə təqsirli bilinərək 30 manat məbləğində inzibati tənbeh edilmişdir. PXA-81309 saylı siğorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə XalqSiğorta ASCdə icbari siğorta ilə siğortalanmış Nissan X-Trai markalı 90PV328 dövlət qeydiyyat nişanlı avtomobil Toyota Corolla marakalı 10PlL 966 dövlət qeutdiyyat nişanlı avtomobillə toqquşaraq, İddiaçı MMC-yə məxsus olan «Toyota Corolla» markalı, ** PL *** dövlət nömrə nişanlı avtomobilə ümumi 700 manat məbləğində ziyan dəymişdir. Siğorta hadissəsinin baş verməsində siğorta olunanla yanaşı, 3-cü şəxsin də təqsiri müəyyən edildiyində dəymiş ziyanın yarı məbləği ola 350 manat məbləğində pul vəsaiti zərər dəymiş avtomobilin mülkiyyətçisinə köçürülmüşdür. AC seriyalı, 105003 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Corolla» markalı, ** PL *** dövlət nömrə nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 102-2- 21/13150-21 nömrəli məktubundan görünür ki, dəymiş zərərlə bağlı 350 manat məbləğində pulun 7 gün müddətində ödənilməsini Sizdən xahiş etmişdir. Əks təqdirdə dəymiş zərəin əvəzinin ödənilməsinin təmin olunması ilə bağlı məhkəməyə müraciət edilmişdir. 855736937 nömrəli mədaxil qəbzin surətindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. Həmin məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, siğorta hadisəsinin baş verməsində siğorta olunanla yanaşı üçüncü şəxsin təqsiri müəyyənləşdirilərsə vurulmuş zərərə görə siğorta ödənişi üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə siğorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütanasib məbləğdə azalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Aztelecom MMC-yə məxsus Toyota Carolla markalı 10PL966 dövlət qeydiyyat nişanlı avtomobilə 700 manat ziyan dəymişdir. Qeyd edilən yolnəqliyyat hadisəsinin baş verməsində avtomobilə sərnişin kimi əylənən cavabdehin təqsiridə müəyyən edildiyindən İcbari siğorta şirkəti yalnız dəymiş ziyanın yarı məbləğinin ödəmişdir. Cavabdeh təqsiri xx.xx.2021-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın sürəti ilə təsdiq edildiyindən, məhkəmə hesab edir ki, Aztelekom MMC-ə dəymiş ziyanının yarı məbləği olan 350 manat cavabdehdən tutlaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar