Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-440/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağ evinin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağ evinin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1464 nömrəli bağ evinin və onun altındakı torpaq sahəsinin ½ hissədəki paylara uyğun naturada bölgü aparılması və bununla da paylı mülkiyyət hüqüqüna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və cavabdeh mübahisəli Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1464 nömrəli bağ evinin ½ hissəsinin mülkiyyətçiləridir. Həmin bağ sahəsi onlara valideynləri tərəfindən bağışlama nəticəsində keçmişdir. Buna dair Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********51-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir. Mübahisəli bağ evindən bölgü aparılmadan istifadə etmək mümükün olmadığından və bu səbəbdən oradan istifadə edə bilmədiyindən onun mülkiyyətçi hüquqları pozulur. Hesab edir ki, payları ümumi mülkiyyətdəki əmlakdan naturada ayrılmaqla onun hüququları bərpa edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, üzürlü səbəbdən xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Bu səbəbdən məhkəmə iclasının onun və iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1464 nömrəli bağ evinin və onun altındakı torpaq sahəsinin ½ hissədəki paylara uyğun naturada bölgü aparılmasının mümkün olmadığını bildirdilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1464 (Yeni qaydalarla: AZ 1059, ünvan 1 ünvanında yerləşən, sahəsi 160.21 kv.m olan bağ evinin 1/2 hissəsi xx.xx.2021-ci il tarixdə İddiaçı, 1/2 hissəsi isə xx.xx.2024-cü il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bağ evinin yerləşdiyi 0.010086 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadədədir. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli daşınmaz əmlakın (bağ evinin) 1/2 hissəsi iddiaçıya, 1/2 hissəsi isə cavabdehə məxsusdur. İddiaçı bölgü aparılmadan ümumi birgə mülkiyyətdə olan əmlakdan istifadə edə bilmədiyindən, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/9709 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1464 nömrəli bağ evinin tikililərinin planlı yerləşməsini, yaşayış və yardımçı otaqlarının sayını, yəni tədqiq olunan ev üzrə bir mətbəxin və bir sanitariya qovşağının olduğunu, eləcə də tərəflərin payına düşən sahələrə uyğun tikililər olmadığını nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin tikililərinin tərəflərin 1/2 paylarına uyğun 2 ayrı-ayrı təcrid mənzil şəklində naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin, eləcə də, metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq, məhkəmə, ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirmiş və mövcd qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1464 (Yeni qaydalarla: AZ 1059, ünvan 1 ünvanında yerləşən, sahəsi 160.21 kv.m olan bağ evinin tərəflərin 1/2 paylarına uyğun 2 ayrı-ayrı təcrid mənzil şəklində naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, bağ evinin yerləşdiyi 0.010086 ha torpaq sahəsi dövlət mülkiyyətində olduğundan İddiaçı Cavabdeh qarşı “bağ evinin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, həmçinin, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “bağ evinin və torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-440/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-440/2025
02.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver