Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-442/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qızının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 000 (on yeddi min) manat məbləgində pulun, hüquqi yardıma görə ödənilmiş 900 manat və həmçinin ödənilmiş 145 (yüz qırx beş) manat dövlət rüsumumum əvəzinin alınıb mənə verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, tanışı olan Cavabdeh pula ehtiyacı olduğuna görə o cavabdehə xx.xx.2020-ci ildə 17 000 min manat borc pul vermişdir. Qeyd edilən pul məbləğini müqavilə ilə 4 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat Ofisində rəsmiləşdirmişlər. Həmin borc müqaviləsinə görə o cavabdehə 17 000 (on yeddi min) manat məbləgində borc pul vermişdir. Cavabdeh krediti xx.xx.2020-ci il tarixindək ona qaytarmağı öhdəsinə götürmüşdür. Borcun qaytarılması ilə bağlı heç bir faiz verilməsi nəzərdə tutulmamışdır. xx.xx.2020-ci ildə cavabdeh borcu qaytara bilmədiyini ona bildirmiş və nəticədə aralarında müəyyən razılığa gələrək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilərək xx.xx.2020-ci ildə kredit müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilə ilə xx.xx.2020-ci il tarixədək hər ay 2 800 manat manat olmaqla qaytarmağı və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixində cavabdeh borcu qaytara bilmədiyini ona bildirmiş və nəticədə aralarında müəyyən razılığa gələrək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilərək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndində müvafiq dəyişiklik edilərək borcun qaytarılması xx.xx.2021-ci il tarixinədək ona qaytarılmasını ilə bağlı müvafiq rəsmiləşdirmə qeydləri 4 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat Ofisində aparılmışdır. xx.xx.2021-ci il tarixində cavabdeh borcu qaytara bilmədiyini ona bildirmiş və nəticədə aralarında müəyyən razılığa gələrək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilərək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 2- ci bəndində müvafiq dəyişiklik edilərək borcun qaytarılması xx.xx.2022-ci il tarixinədək ona qaytarılmasını ilə bağlı müvafiq rəsmiləşdirmə qeydləri 4 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Notariat Ofisində aparılmışdır. Borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh borcu bu günə kimi ödəməmişdir. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür, cavabdeh öhdəliyini icra etməmiş, nəticədə müqavilənin tələblərini pozmuşdur. Nəticədə müqavilənin 4-cü bəndinə əsasən pozulmuş hüquqlarının bərpası üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, əvvəlki məhkəmə iclasının cavabdeh iştirak edərkən iddia tələbini etiraf etmişdir. Cavabdehin nümayəndəsinin və vəkilinin izahatına cavab olaraq bildirmişdir ki, pul məbləği icarə müqaviləsi bağlanmamışdan 8 ay əvvəl cavabdehə verilmişdir. Bildirir ki, tərəflər arasında hazırki müqavilədən başqada 13000 manat borc münasibətləri olunmuşdur. Həmin müqavilə üzrə borc 13000 manat ödənmişdir. Lakin hazırki mübahisə ilə bağlı olan 17000 manat borcdan isə hər hansı bir pul məbləği ödənməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün "xxxx" MMC açmaq məqsədi ilə bir-birilərini tanımışlar. 17000 manat pulda məhz həmin tekstil şirkəti üçün parça alınmağ məqsədi ilə cavabdehə verilmişdir. Lakin sonradan iddiaçı işini qarantiyaya almaq məqsədi ilə hüquqi savadsız olan tərəfə belə bir kredit müqaviləsi imzalatmışdır. Bu pul məbləğinə tərəflər hər ikisi parçalar almış, lakin həmin parçalar keyfiyyətsiz olduğundan görəcəkləri iş alınmamış, hal-hazırda parçalar top şəklində anbarda saxlanılır. Həmin 17000 manat borc tərəflərin birgə işi üçün məhz parçanın alınması üçün verilmişdir. Lakin iş batdığından yəni parça keyfiyyətsiz olduğundan onlar gəlir əldə etməmişdir. Tərəflərin bundan əvvəldə 13000 manat borc münasibəti olmuşdur. Cavabdeh həmin pul məbləğini iddiaçıya qaytarmışdır, qeyd edilən pulun aytarılması ilə bağlıda ödəniş qəbzlərini məhkəməyə təqdim edilmişdir. Hazır ki, 17000 manat iddiaçının itkisinin ödəmək vəzifəsi tək cavabdehin üzərinə qoyulması ədalətsizlikdir. Belə ki, pul ortaq iş görülməsi üçün verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək 17 000 manat pul məbləğini aldığını etiraf etmişdir. İş materiallarında İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 17 000 (on yeddi min) manat məbləğində borc pulu faizsiz olaraq xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh vermişdir. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə, borc alan borc verənə krediti xx.xx.2020-ci il tarixdən hər ay 2800 (iki min səkkiz yüz) manat olmaqla qaytarmağı öhdəsinə götürmüş, Borc alan qalan krediti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3000 (üç min) manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndində qeyd olunmuş “Borc alan” krediti xx.xx.2020- ci il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür. Hissəsi Borc alan krediti xx.xx.2021 tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür” kimi dəyişdirilsin. Kredit Müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.02021-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə “Borc alan” krediti xx.xx.2020- ci il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür. hissəsi Borc alan krediti xx.xx.2022 tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür” kimi dəyişdirilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 13 000 (on üç min) manat məbləğində borc pulu faizsiz olaraq xx.xx.2021ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh vermişdir. Hüquqi Yardımın göstərilməsi haqqında 147 nömrəli müqavilənin surətindən görünür ki, Quliyev X1 Səidə Akif qızı ilə hüquqi yardım göstərilməsi üçün müqavilə bağlamış, hüquqi yardıma görə haqq 900 manat müəyyən edilmişdir. 56590 nömrəli, 7677 nömrəli və 1084 nömrəli qəbzlərin surətindən görünür ki, 996 manat və 498.5 manat məbləğində pul vəsaiti İddiaçı hüsabına ödənilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlrilər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə təsis edilmiş və təsisçisi İddiaçıdur. İcarə müqaviləsinin surətindən görünür ki, X2 icarəçi "xxxx" MMC-nin direktoru İddiaçı ilə ünvan 1 ünvanında obyektinin 70 kv.m sahəsini icarəçiyə öz fəlaiyyətini sərbəst həyata keçirmək üçün icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 145 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borcun verilməsi ilə bağlı iki dəfə notarial qaydada müqavilə bağlanmışdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzləri İddiaçı ilə Cavabdeh arasında 13000 manat borcun verilməsi ilə bağlı olan xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ilə əlaqədar olmuşdur. Hazırki mülki iş üzra yaranmış mübahisə isə xx.xx.20520-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə olmuşdur. Belə ki, mülki işin matriallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 17000 manat məbləğində olan pul vəsaitini borca vermiş, cavabdeh isə tərəflərin arasında müəyyən edilmiş müddətdə pulu iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabcdehin vəkili qeyd edilən müqavilənin formal olduğunu, pul məbləğinin cavabdehə yoxda tərəflərin birgə iş fəaliyyətinə əsasən götürülmüş pul vəsaiti olduğunu israr etsədə, bu halı təsdiq edəcək möhtəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh qeyd edilən pulun Life Tekstil MMC-nin fəaliyyətinə xərclənmiş olduğunu bildirsədə, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Life Tekstil MMC xx.xx.2020-ci il tarixdə yəni sözügedən müqavilənin bağlandığı tarixdə 8 ay sonra dövlət qeydiyyatına alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 17 000 ( on yeddi min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardıma görə 900 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 150 manat hüquqi yardım üçün çəkilmiş xərc tutulmalıdır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 145 manat məbləğində dövlət rüsumunun 141.45 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17 000 ( on yeddi min) manat məbləğində pul, 150 (bir yüz əlli) manat vəkil xərci və 141.45 (bir yüz qırx bir manat, qırx beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-442/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-442/2023
20.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver