Məhkəmə qərarları › İş №e-2(008)-4423/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4423/2025

06.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4423/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kia Sportage markalı avtomobilin və ev əşyalarının iddiaçı və cavabdehin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin payına uyğun olaraq bölüşdürülməsinə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsin onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini xx.xx.2024-cü il tarixli 2(008)-1059/2024 saylı qətnaməsinə əsasən, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın ("Kia Sportage" markalı 77BZ740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 1 dəst yumşaq mebelin - bir divan, iki puf, 1 ədəd qaz sobasının, 1ədəd elektrik sobanın, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd havalandırıcı aspiratorun, 1 ədəd soyuducunun, 1 ədəd duş kabin ) üzərində ½ hissə iddiaçının, ½ hissə isə cavabdehə aid edilmişdir. Bununla yanaşı cavabdeh tərəfindən verilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4319/2024 saylı qətnamədə apellyasiya şikayəti təmin edilməmişdir. Həmçinin cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2(102) 333/2025 saylı qətnaməyə əsasən Kassasiya şikayəti təmin edilməmişdir. Lakin qeyd olunan qərarda əmlakın naturada bölünməsi göstərilməmişdir və hazırda tərəflər arasında bölgü ilə bağlı razılıq əldə olunmamışdır. Bu səbəbdən, mübahisəli əmlakın tərəflərin payına uyğun olaraq naturada bölgüsünə və bu mümkün olmadıqda, əmlakın açıq hərracdan satılaraq tərəflərin payına uyğun olaraq pulunun bölünməsinə ehtiyac var İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1059/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikah dövründə əldə edilmiş "Kia Sportage" markalı 77BZ740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 1 dəst yumşaq mebelin - bir divan, iki puf, 1 ədəd qaz sobasının, 1 ədəd elektrik sobanın, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd havalandırıcı aspiratorun, 1 ədəd soyuducunun, 1 ədəd duş kabininin üzərində ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh payı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4319/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1059/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-333/2025 nömrəli qərardan görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4319/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 135 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə belə qənaətə gəlir ki, "Kia Sportage" markalı 77BZ740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 1 dəst yumşaq mebelin - bir divan, iki puf, 1 ədəd qaz sobasının, 1 ədəd elektrik sobanın, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd havalandırıcı aspiratorun, 1 ədəd soyuducunun, 1 ədəd duş kabininin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli avtomobil və əşyalar açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, "Kia Sportage" markalı 77BZ740 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, 1 dəst yumşaq mebelin - bir divan, iki puf, 1 ədəd qaz sobasının, 1 ədəd elektrik sobanın, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd havalandırıcı aspiratorun, 1 ədəd soyuducunun, 1 ədəd duş kabininin açıq hərracda satılmalı, avtomobilin və əşyaların satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdehya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Tərəflərin paylı mülkiyyətində olan "Kia Sportage" minik markalı **-BZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, 1 dəst yumşaq mebel - bir divan, iki puf, 1 ədəd qaz sobası, 1 ədəd elektrik sobası, 1 ədəd mikrodalğalı soba, 1 ədəd havalandırıcı aspirator, 1 ədəd soyuducu, 1 ədəd duş kabin açıq hərracda satılsın. Avtomobilin və əşyaların satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh qızına verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar