Məhkəmə qərarları › İş №e-2(008)-4428/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4428/2023

16.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4428/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı MMC-nin nümayənədəsi vəkil Həsənov Əfqan Vahid oğlunun, Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin nümayəndəsi X3, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Sabunçu Rayon İcra Şöbəsinə və Cavabdeh3nə qarşı “icra məmurunun qeyri-qanuni hərəkətləri nəticəsində qəbul edilmiş hərrac nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Sabunçu rayon İcra Şöbəsinə və Cavabdeh3nə qarşı “icra məmurunun qeyri-qanuni hərəkətləri nəticəsində qəbul edilmiş hərrac nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 icra məmurlarının qeyri-qanuni hərəkətəri nəticəsində "xxxx" MMC tərəfindən 24 may 2023-cü il tarixdə 2008-ci il buraxılışlı, İSUZU BOĞDAN markalı,**-JG-*** dövlət qeydiyyat nişanlı avtobusun, 2008-ci il buraxılışlı, MAN 33360 yük markalı,**-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2008-ci il buraxılışlı, MAN yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2008-ci il buraxılışlı, MAN TGA 33360 BB6x4 yük markalı, 90- JT-573 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2008-ci il buraxılışlı, MAN TGA 33360 yük markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışına dair hərrac nəticələrinin ləğv edilməsi; Cavabdeh3 icra məmuru Tural və diğər bu saxtakarlıqlarda iştirakı olan vəzifəli şəxslər barədə faktla bağlı xüsusi qərardad çıxarılaraq cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsini; İcra məmurunun hərəkətlərində dönüş təmin edilərək təmir ərazisindən aparılmış nəqliyyat vasitələri geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayənədəsi Vəkil işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin nümayəndəsi X4 bildirmişdir ki, hərrac təşkilatı qiymət qoymur, hərrac təşkilatı qiymətləndirilmiş əmlakın satışıyla bağlı fəaliyyət göstərir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 şifahi vəsatət verərək, xx.xx.2023cü il tarixli işin məhkəmə aiyiyyətinin müəyyən edilməsi barədə "xxxx" MMC tərəfindən verilmiş ərizəyə münasibət bildirilməsini, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC birbaşa kommersiya fəaliyyəti həyata keçirən sahibkarlıq subyekti olduğundan, mübahisənin məhz sonuncunun keçirdiyi hərracın nəticələrinə dair kommersiya mübahisəsi olduğunu deyərək, işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Sabunçu Rayon İcra Şöbəsi və Cavabdeh3 icra məmurları məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyatı üzrə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələblərinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsaəsn Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardadın şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə işdə olan sənədlərdən və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs "xxxx" MMC-nin izahatından göründüyü kimi Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC birbaşa kommersiya fəaliyyəti həyata keçirən sahibkarlıq subyekti olduğundan, habelə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin əsası sahibkarlıq fəaliyyətindən yaranan mübahisə olduğundan, mübahisə məhz sonuncunun keçirdiyi hərracın nəticələrinə dair olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Bu əsaslarla və Azərbaycan Respublikası MPM-nin 31, 35, 44-45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə, Sabunçu rayon İcra Şöbəsinə və Cavabdeh3nə qarşı “icra məmurunun qeyri-qanuni hərəkətləri nəticəsində qəbul edilmiş hərrac nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-4428/2023 nömrəli mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: imza Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar