Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4430/2024 05.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş ziyana görə 1174,63 (bir min yüz yetmiş dörd manat, altmış dörd qəpik) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “TOYOTA RAV-4” markalı, qara rəngli ** MC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2024-cü il tarixdə alğı-satqı yolu ilə yeni olaraq almış və avtomobil həmin tarixdə adına rəsmiləşdirmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu H.Əliyev prospekti ilə hərəkətdə olan zaman Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 12:12 radələrində idarə etdiyi “HYUNDAİ İ30” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydasını pozaraq iddiaçıya məxsus avtomobili vurmuş, nəticədə avtomobilə ciddi ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh avtomobili icbari sığorta olmadan idarə etmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində Bakı şəhəri DYPİ- nin polis kapitanı X3 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP ******* saylı protokol tərtib edilmiş və həmin tarixdə TP ******* saylı qərar qəbul edilmişdir. Hazırda iddiçıya məxsus “Toyota Rav-4” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətdə “X5”nin servisində saxlanılıb. Həmin servisin verdiyi rəsmi qiymətləndirmə aktına əsasən avtomobilin təmir xərci cəmi 1174,63 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. “TOYOTA RAV-4” markalı, qara rəngli ** MC *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı sahibliyindədir (BB554164 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu H.Əliyev prospekti ilə hərəkətdə olan zaman Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 12:12 radələrində idarə etdiyi “HYUNDAİ İ30” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydasını pozaraq iddiaçıya məxsus avtomobili vurmuşdur (Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış). Həmin avtoqəzaya görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində Bakı şəhəri DYPİ- nin polis kapitanı X3 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP ******* saylı protokol tərtib edilmiş və həmin tarixdə TP ******* saylı qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən avtomobilə dəyən zərər 1023,52 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləğ xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən PAŞA Bank vasitəsilə "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh məbləğlə razı olmadığından məhkəmənin təşəbbüsü ilə məhkəmə iqtisad ekspertizası təyin edilmişdir. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 9/6761 №-li ekspert rəyinə əsasən iddiaçının avtomobilinə dəymiş zərərin məbləği 1023,52 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tədbiq edilməklə isə 1006,82 manat müəyyən edilmişdir. Hazırda iddiaçı 1174,6 manat məbləğində ziyanın və məhkəmə xərclərinin cavabdehdən tutulmasını iəstəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, cavabdeh tərəfindən törədilmiş delikt məhkəmə qərarı ilə təsdiq edilmiş, ekspertiza tərfindən isə avtomobilə dəyən zərər dəyişilməli hissələrin qiymətinə aşınma tədbiq edilməklə 1006,82 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə 1006,82 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (iddiaçı 33 manat dövlət rüsumu ödəmiş, 30 manatın tutulmasını xahiş etmişdir). Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə iş üzrə ekspertiza təyin olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 25 manat iddiaçıdan, 25 manat Cavabdeh qızından tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1006,82 manat maddi zərərin əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-4430/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4430/2024
05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver