Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4461/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümyəndəsi vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsində yerləşən 17 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi, 17 nömrəli ev və yerləşdiyi 0,050340 ha torpaq sahəsi ataları X1 mülkiyyətində olmuşdur. Ataları xx.xx.2020-ci il tarixdə ölmüş, onun ölümündən sonra miras əmlak vərəsələr tərəfindən qəbul olunmuş və miras əmlakın 6/8 hissəsi Cavabdeh, 1/8 hissəsi İddiaçı və 1/8 hissəsi isə Elnarə Muxtarovaya verilmişdir. Qeyd olunan sahə ilə bağlı reyestrdən çıxarış almasına baxmayaraq, paylı mülkiyyət hüququ əsasında ona məxsus olan sahədən istifadə etməsinə cavabdeh tərəfindən maneə olunur. Hazırda iddiaçının yaşamağa başqa yaşayış yeri olmadığından həmin evə köçürülməsi barədə iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümyəndəsi vəkili Vəkil2 iddianı qəbul etməyərək, izahatında iddiaçı özünə məxsus 1/8 pay hissəsinə deyil ümumi olaraq 17 nömrəli evə köçürülmək istəyir, bu iddia təmin ediləcəyi təqdirdə onun icrası qeyri-mümkün olacaqdır. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, ümumi sahəsi 60,90 kv.m olan, ünvan 1 ünvanının 6/8 hissəsinin mülkiyyətçisi Cavabdeh, 1/8 hissəsinin mülkiyyətçisi İddiaçı və 1/8 hissəsinin mülkiyyətçisi isə X2r. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-287/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və X3 birgə mülkiyyətdəki payın naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi 17 nömrəli evin 1/8 hissəsinin mülkiyyətçisi İddiaçı, 6/8 hissənin mülkiyyətçisi isə Cavabdehdır. Hazırda iddiaçı mülkiyyətində olan əmlakdan istifadə edə bilmir, cavabdeh ona maneələr yaratadığından o məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən . Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Beləliklə iş materiallarından da göründüyü kimi iddiaçı ilk öncə birgə mülkiyyətdəki payın naturada ayrılması tələbinə dair məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-287/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası rədd edildiyindən hazırda məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi 17 nömrəli evə köçürülməsi tələbi təmin olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi 17 nömrəli evin 1/8 hiussədə payın mülkiyyətçisi olduğundan və əmlak naturada bölünmədiyindən iddia təmin olunaraq, İddiaçı 17 nömrəli evə köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi 17 nömrəli evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4461/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4461/2023
26.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver