Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4466/2022 15.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçinin nümayədəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin maraqlı şəxs kimi göstərildiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Qazaxıstan Respublikası Karaqanda şəhərinin Lenin rayon VVAQ bürosu tərəfindən xx.xx.1958-ci il tarixdə verilmiş 746175 nömrəli doğum haqqında şəhadətnamənin İddiaçı (Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyət vəsiqəsi: AZE seriyalı, ******** nömrəli) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Qazaxıstan Respublikasının Karakanda şəhərində anadan olmuşdur. Valideynlərinin milliyyəti azərbaycanlı olmuşdur. xx.xx.1987-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində X6 rəsmi nikaha daxil olaraq ailə qurmuş və onun soyadını qəbul etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikahın pozulması xx.xx.1988-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nikahları pozulduqdan sonra da Məmmədova soyadında qalmışdır. xx.xx.1989-cu il tarixdə X9 ilə rəsmi nikaha daxil olaraq Abdulova soyadını qəbul etmişdir. X9 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Onun Qazaxıstan Respublikası Karaqanda şəhərinin Lenin rayon VVAQ bürosu tərəfindən xx.xx.1958-ci il tarixdə verilmiş 746175 nömrəli doğum haqqında şəhadətnaməsində adı qrammatik cəhətdən düzgün olmayaraq “Zanfira” yazılmışdır. Azərbaycanda “Zanfira” deyil, “Zenfira” adı qoyulduğundan, Azərbaycan Respublikasına qayıtdıqda şəxsiyyət vəsiqəsində adı düzgün olaraq “Zenfira” kimi yazılmışdır. Hazırda o, Türkiyə Respublikasında yaşayır və orada həmin ölkənin vətəndaşı ilə rəsmi nikahdadır. Doğum haqqında şəhadətnaməsi ilə şəxsiyyət vəsiqəsində adının fərqli formada yazılması Türkiyə Respublikasının vətəndaşlığının qəbulu prosesinin rəsmiləşdirilməsində çətinliklər yaratmışdır. Bu səbəbdən Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindəki İddiaçı Qazaxıstan Respublikası Karaqanda şəhərinin Lenin rayon VVAQ bürosu tərəfindən xx.xx.1958-ci il tarixdə verilmiş 746175 nömrəli doğum haqqında şəhadətnamədəki X4 ilə eyni şəxs olmasının müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizənin təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində X5 ifadə verərək bildirmişdir ki, ərizəçi İddiaçı onun ögey bacısıdır. Bacısı xx.xx.1958-ci il tarixdə Qazaxıstan Respublikasının Karakanda şəhərində anadan olmuşdur. Bacısının Qazaxıstan Respublikası Karaqanda şəhərinin Lenin rayon VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsində adı qrammatik cəhətdən düzgün olmayaraq, X4 kimi qeyd edilmişdir. Azərbaycanda “Zanfira” deyil, “Zenfira” adı qoyulduğundan, Azərbaycan Respublikasına qayıtdıqda şəxsiyyət vəsiqəsində adı “Zenfira” kimi yazılmışdır. Hazırda bacısı Türkiyə Respublikasında yaşayır və orada həmin ölkənin vətəndaşı ilə rəsmi nikahdadır. Doğum haqqında şəhadətnaməsi ilə şəxsiyyət vəsiqəsində adının fərqli formada yazılması bacısına Türkiyə Respublikasının vətəndaşlığının qəbulu prosesinin rəsmiləşdirilməsində çətinliklər yaradır. Təsdiq edir ki, Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindəki İddiaçı Qazaxıstan Respublikası Karaqanda şəhərinin Lenin rayon VVAQ bürosu tərəfindən verilmiş 746175 nömrəli doğum haqqında şəhadətnamədəki X4 ilə eyni şəxsdir. Məhkəmə, proses iştirakçısının izahatını və şahid ifadısini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Karaqanda şəhəri Lenin rayon VVAQ bürosu tərəfindən xx.xx.1958-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti və tərcüməsidən görünür ki, X4 xx.xx.1958-ci il tarixdə Karakanda şəhəri Lenin rayonunda doğulmuş, atası X7, milliyyəti azərbaycanlı, anası X8, milliyyəti azərbaycanlıdır. İş materiallarından görünür ki, xx.xx.1975-ci il tarixdə xx.xx.1958-ci il təvəllüdlü X3 adına ИТ-İ ******* nömrəli əmək kitabçası açılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X11 və X2 nikahı haqqında xx.xx.1987-ci il tarixdə 727 nömrəli akt qeydi tərtib olunmuş, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, X9 və X1 nikahı haqqında xx.xx.1989-cu il tarixdə 613 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X11 və X1 nikahına xx.xx.1988-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən (uluslar arası ailə cüzdanından) məlum olur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə İlyas Ateş ilə nikaha daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının seriya AZE ******** nömrəli şəxsiyyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin soyad, ad və ata adı kimi “İddiaçı” göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, ərizəçinin doğum haqqında şəhadətnaməsində adının “Zanfira” kimi göstərilməsi, xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsində isə “Zenfira” kimi göstərilməsi səbəbindən, onların eyni şəxs olması faktının təsdiqi üçün aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Pleniumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunan halları ilə sübuta yetirilir ki, Karaqanda şəhəri Lenin rayon VVAQ bürosu tərəfindən xx.xx.1958-ci il tarixdə verilmiş İİ- ФК 746175 nömrəli doğum haqqında şəhadətnamə İddiaçı məxsusdur. Belə olan halda, ərizəçinin digər dövlətin vətəndaşlığına qəbul prosesi hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, eyni zamanda, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Qazaxıstan Respublikası, Karaqanda şəhəri Lenin rayon VVAQ bürosu tərəfindən xx.xx.1958-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin İddiaçı məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-4466/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4466/2022
15.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver