Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4471/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 (beş min) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 70 (yetmiş) manat, ümumilikdə 5070 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində, Tovuz rayonu ərazisində İddiaçı ASC-də ( “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh2 tərəfindən sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edilən Cavabdeh1 məxsus olan “Vaz 2107” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək işıq dirəyinə çırpılmış, nəticədə avtomobildə olan sərnişin X10 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mərhum X6 hüquqi varisinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 5000 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1-1(095)-169/2023 nömrəli hökmünə əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsi zamanı AR CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək öz izahatında bildirmişdir ki, o, avtomobili 16 dekabr 2018-ci ildə X2 ümumi etibarnamə əsasında satmışdı. Sonradan həmin avtomobilə dair fərqli adamlara etibarnamə vermişdir. Son dəfə xx.xx.2022-ci ildə Bakı şəhərində yaşayan X5 01 illik etibarnamə vermişdir. Hüseynov Təbriz isə ardıcıl olaraq etibarnamə əsasında avtomobili X4, Ələsgərov Elvin isə Cavabdeh2 vermişdir. Hadisə baş verən zaman sükan arxasında Cavabdeh2 olub. Onunla Cavabdeh2 arasında rəsmi qaydada alqı-satqı müqaviləsi olmamışdır. Cavabdeh2 cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, xx.xx.2022 – xx.xx.2023-cü il tarixədək dövlət qeydiyyat nişanlı "VAZ 2107" minik markalı, 99RG818 dövlət qeydiyyat nömrəli istehsal ili 2017-ci il tarixli avto nəqliyyat vasitəsi "xxxx" ASC-də icbari siğorta ilə siğortalanmışdır. Sığorta məbləği avtonəqliyyat vaistəsinə dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. - 01.12.2023-cü il tarixli CML-1098/2023-AKT1840/23 sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Tovuz rayonu, Hunanlar kəndi ərazisində baş vermiş yol-nəqliyyət hadisəsi zamanı "VAZ 2107" minik markalı, 99RG818 dövlət qeydiyyat nişanlı nəqliyyat vaistəsi yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində zərərçəkmiş şəxs X10 vəfat etmişdir. Sağlamlığa dəymiş zərər ölümlə nəticələndiyinə görə siğorta məbləğinin 100 faizi yəni 5000 Azn ödəniş həyata keçirilməsi müəyyənn edilmişdir. - Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-169/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinə əsasən nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilımişdir. - Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-169/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh2 götürülmüş qan nümunəsindən qatılığı 0.3 promil olan etil spirti aşkar edilmişdir. - Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-169/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, hadisə zamanı zərərçəkmiş şəxs X6 hüquqi varisi atası X11 tanınmışdır. - PaşaBank ASC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, AzSiğorta ASC tərəfindən X8 5000 manat məbləğində siğorta ödənişi edilmişdir. - Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-169/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh2 sürücülük vəsiqəsi verilmıəmişdir. - AD 378449 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, "VAZ 2107" minik markalı, 99RG818 dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2018-ci il tarixindən Cavabdeh1 mülkiyyətindədir. - 28.08.2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan "VAZ 2107" minik markalı, 99RG818 dövlət qeydiyyat nömrəli avtomobili Cavabdeh2 xx.xx.2023-cü il tarixədək sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və digər səlahiyyətləri üzrə etibarnamə vermişdir. - 22.05.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.1.2-cü maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması nəticəsində yaranır: İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 məxsus olan, etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh2 verilmiş və hadisə zamanı Cavabdeh2 sərxoş vəziyyətdə idarəetmə hüququ olmadan idarə etdiyi və “AzSığorta" ASC-də icbari sığorta müqaviləsi ilə sığortalanmış “VAZ 2107 minik” markalı, 99RG818 dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Mülki iş matriallarına əlavə edilmiş. Hökümdən görünür ki, hadisə zamanı Cavabdeh2 təqsirli hesab edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X10 vəfat etmişdir. "xxxx" ASC tərəfindən ölən şəxsin huquqi varisinə siğorta məbləği olan 5000 manat sığorta ödənişi ödənilmişdir. "xxxx" ASC hazırda məhkəməyə müarcət edərək təqsirli sürücüdən və avtomobilin mülkiyyətçisindən siğorta məbləğini geri tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh2 yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, hadisəni törədən zaman iddiaçı "xxxx" ASC-də icbari siğorta ilə siğortalı olan avtomobili idarə edən şəxs Cavabdeh2 avtomobili sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyindən, iddiaçının zərərçəkmiş şəxsə ödəmiş olduğu 5000 manat məbləğində pul vəsaitini Cavabdeh2 geri tələb etmək hüququ yarandığından iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər cavabdeh avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 yönələn hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, vurulan zərərə görə digər cavabdeh avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 məsuliyyət daşımır. Belə ki, hadisədən əvvəl avtomobilin mülkiyətçisi olan Cavabdeh1 “VAZ 2107 minik” markalı, 99RG818 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 sürücülük hüququ olduğu halda avtomobili idarə etmək hüququna dair etibarnamə vermişdir. Lakin Cavabdeh2 sürücülük hüququ olmadan sözügedən avtomobili idarə etmişdir. Belə vəziyyətdə Mülki Məcəllənin 1108.2-ci maddəsinin göstərişi tətbiq edilməlidir. Həmin maddənin məzmumunda göstərilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Belə olan halda Cavabdeh2 sürücülük hüququ olamadan avtomobili qanunsuz olaraq idarə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi avtomobilin mülkiyyətçisinə münasibətdə təmin edilməməlidir. Bundan baqşa məhkəmə iddia tələbinin dövlət rüsumun ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi yalnız Cavabdeh2 münasibətdə təmin edildiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuda Cavabdeh2 aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 5000 (beş min) manat məbləğində pul və 70 (yetmiş) manat dövlət rüsumu, 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi digər Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-4471/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4471/2025
08.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver