Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4498/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1, Cavabdeh2 digər Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi 2/17 saylı sahə (yeni qaydalara əsasən AZ1039, bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,1168 ha torpaq sahəsi və üzərində yerləşən tikilidən tamamilə çıxarılmaqla boşaldılması və iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi 2/17 saylı sahə (yeni qaydalara əsasən AZ1039, bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,1168 ha torpaq sahəsini 05 aprel 2023cü il tarixdə notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 almış, həmin torpaq sahəsinin satılmasına dair digər Cavabdeh2 notariat qaydada razılıq vermişdir. Cavabdehlər həmin torpaq sahəsi və onun üzərində yerləşən tikilini boşaltmaqdan imtina edirlər. Torpaq sahəsinin üzərində tikililərin olması qiymətləndirmə sənədi ilə müəyyən edilir və onlar satılmış torpaq sahəsinin faktiki olaraq ayrılmaz hissəsidir. Bununla bağlı onlara müraciətlər edilsə də nəticəsiz qalmışdır. Bu səbəbdən mülkiyyət hüquqlarının bərpasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalır. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə ərizə göndərərək işə iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi 2/17 saylı sahə (yeni qaydalara əsasən AZ1039, bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,1168 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olmuşdur (daşınmaz əmlakın reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023). Cavabdeh1 arvadı digər Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərinin adında olan Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi 2/17 saylı sahə ilə qeyd edilən ünvanda yerləşən, ümumi sahəsi 1200 kv metr olan torpaq sahəsinin özəlləşdirilməsinə və satılmasına etiraz etmədiyi barədə ərizə imzalamış, onun imzasının həqiqiliyi 15 saylı notarit ofisinin notariusu tərəfindən təsdiq edilmiş, ərizə reyestrdə 8-365 № ilə qeyd edilib, informasiya sisteminə daxi edilmişdir (qeyd edildiyi kimi, torpaq sahəsi aprel ayında özəlləşdirilmişdir). Cavabdeh1 həmin torpaq sahəsini xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi əsasında İddiaçı satmış, alqı-satqı müqaviləsi 12 saylı notariat ofisində 4Ə-433 № ilə qeyd edilib, informasiya sisteminə daxi edilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə torpaq sahəsini iddiaçının sahibliyinə verilməsi barədə öhdəlik götürmüş, əmlakla bağlı məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. Hazırda mübahisəli torpaq sahəsi İddiaçı mülkiyytəindədir (daşınmaz əmlakın reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023). Həmin torpaq sahəsinin üzərində tikilinin olması iddiaçının sifarişi ilə "xxxx" MMC tərəfindən hazırlanmış ekspert rəyindən görünür. İddia ərizəsindən göründüyü kimi, cavabdehlər həmin evdən və torpq sahəsindən çıxmaqdan imtina edirlər. Məhkəmə tərəfindən göndərilmiş bildirişlər «ünvan düzgün deyil» qeydi ilə geri qayıtmış, halbuki məhkəmə tərəfindən məhz Çıxarışda qeyd olunan ünvan göstərilmişdir. Cavabdehlər iddia ərizəsinə etiraz verməmiş, münasibət bildirməmişlər. Hazırda iddiaçı cavabdehlərin həmin evdən çıxarılmalarını, evin boşaldılaraq təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı daşınmaz əmlakın qanuni mülkiyyətçisi olduğuna görə cavabdehlərdən çıxarılmasını və əmlakın ona təhvil verilməsini istəməkdə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov küçəsi 2/17 saylı sahə (yeni qaydalara əsasən AZ1039, bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,1168 ha torpaq sahəsi və üzərində yerləşən tikilidən çıxarılsınlar, əmlakı boşaltsınlar və İddiaçı təhvil versinlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-4498/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4498/2024
12.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver