Məhkəmə qərarları › İş №e-2(008)-462/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-462/2024

02.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-462/2024 02.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MM-nin Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34.50 kv.m. mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binasının 3-cü mərtəbəsində Cavabdeh mülkiyyətinə 34.50 kv.m və onun 20% hissəsi olan 7 kv.m əlavə edilməklə 8 saylı mənzillə (48 kv.m) təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddia tələbini rədd edərək, qarşılıqlı iddia tələbini təmin etməklə maddi ziyana görə 19.711,45 manat, mənəvi ziyana görə 10.000 manat və dövlət rüsumu kimi ödənilmiş 180 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Memarlıq Şəhərciyi 2021” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Nizamnaməsinə əsasən, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyam) aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-744/2022 saylı 04 noyabr 2022-ci il tarixli Lisenziyaya əsasən, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” aparmaq icazəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müddətsiz verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 161 saylı Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan bu Sərəncam əsasında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsinin Yer quruluşu Planı tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşiq Alı va Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəyinə əsasən, vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, biolojı zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmış, pilləkən va balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu halı, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtüklərinin yararsız vəziyyətdə olması göstərilmişdir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin oda davamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarıda göstərilən sərəncama əsasən, ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi işləmləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə start verilmişdir. Lakin, hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən biri olan və iş üzrə Cavabdeh şirkətin irəli sürdüyü təkliflə razı olmadığı üçün məhkəmə müstəvisində qaldırılmışdır. Belə ki, iş üzrə cavabdeh ünvan 2 mənzil 5 ünvanının mülkiyyətçisidir. Onun mülkiyyətində olan əmlak xx.xx.2021-ci il tarixli Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 34.50 kv.m təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası 2002-ci il tarixli 7 dekabr tarixli 506 İİİ QD nömrəli qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007ci il tarixli, 689 №-li fərmanının 2.3.-cü bəndində göstərilir ki, dövlət ehtiyacları, üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. bu sərəncamı nəzərə alaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m. uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq 25 avqust 2023-cü il tarixdə 36/2023 saylı məktubla dəvət edilmiş və o məktubu rəsmi olaraq qəbul etsə də, danışıqlara gəlməmiş və gəlməkdən imtina etmişdir. Cavabdeh tərəfindən qeyri-qanuni yolla tikilmiş özbaşına tikiliyə də (mülkiyyətinə artırma) yeni tikiləcək binadan verilməsi planlaşdırılan mənzilin sahəsinə artırmaya daxil olan bütün kvadrat metr sahənin əlavə edilməsi təkid edilsə də, şirkətimiz tərəfindən bu təkid rədd edilmiş və buna görə də mülkiyyətçi ilə razılaşma əldə oluna bilməmişdir. Hazırda da, cavabdeh həmin mülkiyyətdən çıxmaq istəmir və onun istəyi nəzərə alındığı təqdirdə çıxacağına israrlıdır. Tərəflər arasında razılaşma olmadığından, bu məsələ məhkəmə müstəvisində həll olunmalı və qanunvericiliyin tələbləri hansı istiqamətdə tövsif edilirsə, o qaydada məhkəmə qərarı çıxarılmalıdır. İddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlayıb. İddiaçı tərəfindən sərəncamda müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılmalı və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etməlidir. Lakin, cavabdehin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqularına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayışla təmin olunmaq aqibətini sual altına qoyur. Onların üçün də qəbuledilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması Respublikası rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanunazidd əməlləri ümumi ictimai mənafeyinə xələl gətirir. Odur ki, onlar hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar və məhkəmədən istəyi odur ki, cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, onun və onunla birgə yaşayan şəxslərin həmin mənzildən çıxarılması və onun əvəzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan a1 Fsaylı binasının 3-cü mərtəbəsində Cavabdeh mülkiyyətinə 34.50 kv.m və onun 20% hissəsi olan 7 kv.m əlavə edilməklə mənzillə təmin olunması və həmçinin iddiaçı tərəfindən ona aylıq olaraq müəyyən miqdarda kirayə haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki "xxxx" MMC Bakı şəhəri, Sabunçu rayonu, X13, ev 14 a ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus mənzili onun razılığı olmadan sökmək istəyir. Bu səbəbdən də ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu azmış kimi öz qanunsuz hərəkətlərinə davam edərək mənzilinin sökülməsinə razılıq verməyəcəyi təqdirdə belə mənzilini sökməyə çalışır və qismən də olsa buna nail olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə “Memarlıq Şəhərciyi 2021" MMC-nin işçilərindən ibarət dəstə əvvəlcədən heç bir xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan ağır texnikalarla əraziyə gələrək tərəfindən inşa olunmuş hasar və ona bitişik tikililəri darmadağın etmişdirlər. Onlara mane olmaq istəsə də, heç bir əhəmiyyət verməyib, öz işlərinə davam etdilər. "xxxx" MMC tərəfindən qanunsuz olaraq söküntü işləri aparılması nəticəsində ona 19.711,45 manat məbləğində maddi ziyan vurulmuşdur. İddia tələbim əsaslıdır ona görə ki, tərəfindən inşa olunmuş hasar və ona bitişik tikililərin qanunsuz olubolmamasından asılı olmayaraq cavabdeh "xxxx" MMC həmin tikililəri sökməkdə subyektiv hüquqa malik olmamış, belə bir hüquqa malik olsaydı belə söküntünü elə həyata keçirməli idi ki, hasara bitişik sanitar qovşaq və digər yararsız vəziyyətə düşmüş daşınar əmlaklar məhv olmasın, istənilən halda söküntü nəticəsində yararsız hala düşən daşınmaz əmlaklar onun mülkiyyətidir və həmin əmlaklara qanunsuz tikili adı ilə ziyan vurmaq hər hansı bir maddi hüquq normasında nəzərdə tutulmamışdır. Həmçinin cavabdehin bu cür qanunsuz və özbaşına hərəkətləri onda mənəvi iztirab və psixi gərginliyə səbəb olmuşdur ki, həmin mənəvi istirabların dəyəri pul ilə ölçülməsə də həmin istirabların əvəzi olaraq cavabdehdən 10.000 (on min) manat pul vəsaiti tutulmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. o həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. bu baxımdan hesab edirəm ki, o, cavabdehə qarşı mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia irəli sürməkdə haqlıdır. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 34.50 kv.m. mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binasının 3-cü mərtəbəsində Cavabdeh mülkiyyətinə 45 kv.m və onun 20% hissəsi olan 9 kv.m əlavə edilməklə 8 saylı mənzillə (54 kv.m) təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə qanunvericiliyin tələblərinə uyğun olduğundan məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunması, qarşılıqlı iddia tələbinin münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı məxsus tikililər Memarlıq Şəhərciyi MMC tərəfindən sökülmədiyindən qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X4 ilkin iddia tələbinin əsasız olduğundan rədd edilməsini, qarışılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, glməməsinin üzrülü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. MƏhkəmə mülki işin baxış iclasının mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, X13, ev 14a ünvanında yerləşən 34.50 kv.m mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı iddia ərizəsinin əsası kimi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2021-ci il tarixli rəyini əsas götürmüşdür. Həmin rəy isə vizual texniki baxış əsasında verilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun işi layihələndirmədir və həmin instutun hansısa tikintinin texniki vəziyyəti ilə bağlı rəy vermək səlahiyyəti yoxdur. İstənilən tikilinin təhlükəsizlik baxımından texniki vəziyyəti ilə bağlı rəy vermək səlahiyyəti FHN Tikintidə Təhlükəsizliyi Agentiliyinə məxsusdur. Hansı ki, Agentlik tərəfindən verilən rəy də birbaşa mötəbər sübut kimi qəbul olunmur və maraqlarına toxunan şəxslərin müraciətləri əsasında ədliyyə nazirliyinin ekspertiza mərkəzi tərəfindən tikilinin texniki vəziyyəti barədə rəy verilir. Hansı ki, həmin rəyə məhkəmə işdə olan əlaqələndirici sübutlara müqayisəli, məcmu şəkildə qiymət verir. Əsassız olmuş olsa belə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun istinad olunan rəyi həqiqəti əks etdirmir. Rəyin yalan olmasını təsdiq edən hallardan biri odur ki, kimsə onun yaşadığı mənzilə daxildən baxış keçirtmədiyi halda atmosfer sularının təsirindən divarlarda və tavanlarda nəmlik olmasını, ağac materiallardan quraşdırılmış cöşəmələrdə örtük elementlərində müxtəlif deformasiyaların yaranmasını müəyyən etmişdir. Rəydə göstərilənlərin əksinə olaraq piləkan və balkonların beton sahələri aşınmamışdır, dəmir-beton elementlərin beton mühafizə qatı tökülməmişdir, ümumiyyətlə rəydə göstərilənlər həqiqəti əks etdirmir. Hansı ki, bəzi sahələrdə armaturlarda paslanmaların olması mövcud olsa belə bu o anlama gəlmir ki, bina tikinti normalarının tələblərinə cavab vermir. Çünki Bakı şəhərində son onilliklərdə inşa olunmuş bir çox binalarda bu cür halları müşahidə etmək mümkündür. Belə çıxır ki, həmin binalarda sökülməlidir. Rəydə istinad olunan hallar kimi tikintinin mövcud texniki vəziyyəti bu günki gün qüvvədə olan inşaat norma və qaydalarına cavab verməməsi, tikintidə yanğın təhlükəziliyi və təxliyyə tələb olunmaması göstərilmişdir. Maraqlı odur ki, otuz ilə yaxın yaşadığıları müddətdə FHN yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan əməkdaşları, həmçinin tikintidə təhlükəsizliyə cavabdehlik daşıyan əməkdaşları bir dəfə də olsun qapını döyüb deməyiblər ki, sizin yaşadığınız bina və yaxud da mənzildə yanğın tahlükəsizliyi qaydalarına əməl olunmamış, yaşadığınız bina tikinti texniki normalarına cavab vermir, siz təxliyyə olunmalısınız. Belə çıxır ki, "xxxx"MMC-nin rəhbəri ön görəndir və hansısa formada gözəgörünməz qüvvlərə tərəfindən ona bildirilmişdir ki, mübahisəli binanın sakinlərinin həyati təhlükəsi vardır, ona görə də bina sökülüb yerində başqası tikilməlidir. Əgər belədirsə kütləvi informasiya vasitələrində bizə məlum olduğu kimi Bakının mərkəz olmayan, Sumqayıt və digər böyük şəhərlərdə vətəndaşlarımız tikinti normalarına ümumiyyətlə cavab verməyən, həyat üçün olduqca təhlükə törədən binalarda yaşayırlar və həmin şəxslər uzun müddət aidiyyatı dövlət orqanlarına müraciət edərək təxliyyə olunmalarını xahiş etsələr də, cavab ala bilmədikləri üçün kütləvi informasiya vasitələrinə müraciət edirlər. Hətta kütləvi informasiya vasitələrində işıqlandırıldıqdan sonra belə bir çox qəzalı vəziyyətdə olan binalar sökülüb yenidən tikilmir. O bir vətəndaş olaraq iddiaçıya tövsiyyə edir ki, qeyd etdiyi binaların sakinlərinin təhlükəzliyinin təmin olunması məqsədilə həmin binaları söküb yenidən inşa etsin. Zərurət yaranacağı təqdirdə həmin binaların müəyyən olunmasına köməklik göstərə bilər. İddiaçının Bakı şəhər İcra hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sərəncamla o və onun kimi digər mülkiyyətçilərin yaşadığı binanı sökərək yenidən tikmək istəməsi heç də onların təhlükəsliyi deyil, milyonlara manat məbləğində gəlir əldə etməkdir. Bu məqsədinə nail olmaq üçün iddiaçı dövlətin də adından istifadə edərək, dövlət vətəndaş qarşıdurması yaratmağa cəhd edir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehin sərəncamın icra edilməsini gecikdirməsi qəbuledilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması Respublika rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanunazidd əməlləri ümumi ictimai mənafeə xələl gətirir. Onun 76 yaşı var, 3 övlad atasıdır, Azərbaycan Respublikası vətəndaşı olmağı, həmçinin dövlətinin başında X9 cənabları kimi bir vətənpərvər, xalqını, millətini sevən dünya şöhrətli ali baş komandan olması ilə fəxr edir və övladlarını da bu ruhda tərbiyyə eləmişədir. Ona görə də iddiaçı öz maraqlarına nail olmaq məqsədilə dövlətlə onlar vətəndaşları üz-üzə qoymaq istəyir ki, buna da nail ola bilməyəcəkdir. İddia tələbinin əsassız olması ilə bağlı dəlillərindən biri də odur ki, iddiaçının hazırki iddia tələbi ilə ona qarşı tələb irəli sürməkdə subyektiv hüququ yoxdur. Çünki yalnız və yalnız ictimai ehtiyaclar olduğu təqdirdə, yaxud da reallıqda hansısa binada sakinlərin həyatına təhlükə olduğu təqdirdə aidiyyatı dövlət orqanları hazırkı tələblə tıağlı vətəndaşlara qarşı iddia qaldıra bilərlər. Hətta bu cür hallar mövcud olsaydı belə mülkiyyət hüququ konstitusiya ilə qorunan mütləq hüququ olduğundan qarşılıqlı razılıq əsasında həll olunmalıdır. Həll olunmayacağı təqdirdə məhkəmə qaydasında əmlakın bazar dəyəri əsas götürülməklə mülkiyyət hüququna xitam verilə bilər. Hazırda 76 yaşı var, ildən-ilə yaşı artır. Yəni yaşlı olduğu üçün istənilən binanın yuxarı mərtəbələrində mənzilinin olması onun üçün əlverişli deyildir. Əgər iddiaçı ona məxsus mənzilin əvəzinə inşası nəzərdə tutulan binanın birinci mərtəbəsində faktiki 120.03 kv.m və onun 20 % faiz hissəsi olan 24.0 kv.m əlavə edilməklə mənzil verərsə, onun heç bir etirazı olmayacaqdır. Hansı ki, bunu etmək üçün MMC-yə hər hansı bir maneəçilik yoxdur. Yuxarıda göstərilənlərə əsasən iddaçı tərəfindən verilmiş iddia əsassız olduğu üçün iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi ədalətli olardı. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin dunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbinin rədd olunması xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraza əlavə ilə müraciət edərək bildirmişdir ki, o həyat yoldaşı ilə bərabər ümumilikdə həyatının 50 ildən çoxunu şərəfli müəllimlik fəaliyyətinə sərf edib, bu müddət ərzində minlərlə alim, hakim, prokuror, müstəntiq, həkim, elmlər doktoru, professor, polis, müəllim, riyaziyyatçı və sair ordusu yetişdirib, xalqına, dövlətinə ərməğan etmiş və bu müddət ərzində şərəfli müəllim maaşı ilə qəpik-qəpik yığıb toplamaqla artırma hissəsi ilə birlikdə 120 kv. m. sahəsi olan mənzili 2003cü ildə satın almışlar. Bu mənzili satın alarkən sənəd üzrə 45 kvadratmetr göstərilməyinə baxmayaraq, faktiki olaraq 120 kvadratmetr ( alandan sonra bir il erzində o vaxtkı yerli icra hakimiyyəti orqanını şifahi məlumatlandırmaqla və onların icazəsini almaqla daha 10 kv.m sahə tikib bu mənzilə əlavə etmiş və beləliklə də 130 kv.m.-lik mənzil yaranıb ) və + təqribən 0,7 sot, divarlarla və darvaza ilə əhatə olunmuş, meyvə ağacları və yaşıllıqlarla dolu həyətyanı torpaq sahəsi olub və onlar da bu faktiki kvadratmetrə və bu həyətyanı torpaq sahəsi ilə birgə-bu parametrlərə uyğun qiymət ilə almışlar. Onlar bu addımı ailə üzvləri çox olduğundan ( 2 oğul və bir qız övladı, o və həyat yoldaşı olmaqla 5 nəfər ailə üzvü var idi o vaxt) kiçik mənzilə ( 2-3 otaqlı ) sığmadığından, bir daha təkrar edir ki, halal müəllim zəhmətilə qəpik-qəpik toplamaqla mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə, 5 otaqlı olduğu səbəbilə (sonradan yuxarıda qeyd etdiyim 10kv.m. sahəni də əlavə etməklə daha bir otaq düzəltməklə otaqların sayını 6-a çatdırmış) yenə də qeyd edir, 2-3 otaqlı, 45 kv.m. qiymətinə yox , məhz 5 otaqlı , 120 kv.m. qiymətinə satın almış, çünki 20 il bundan qabaq, son 5-6 il bundan qabağa qədər (hətta indiki vaxtlarda da bu tez-tez baş verir) alqı-satqılar reallıqda sənəddə göstərilən parametrlərlə deyil, real, faktiki sahə üzrə həyata keçirilirdi və qiymətləndirmə də bu real sahə üzrə edilirdi. Onlar sadə müəllim olaraq görməmiş və görə bilməzdi ki, bir vaxt Elnur Mustafayevin rəhbərliyi ilə "xxxx" adlı möhtəkir bir şirkət onların məhəlləyə gələcək və onların illərlə müəllim maaşı ilə qəpik-qəpik yığmaqla faktiki 130 kvadratmetrlik sahə və həyət üçün xərclədiyi pulu heçə sayaraq, 130 kvadratmetrlik mənzilinin və 0,7 sot, divarlarla və darvaza ilə əhatə olunmuş, meyvə ağacları və yaşıllıqlarla dolu həyətyanı torpaq sahəsinin əvəzinə onlara rəhmsizcəsinə öz möhtəkir, onlar kimi zəhmətkeşlərin əməyini qəsb etməklə tez varlanmaq istəyinə təhriki ilə aşağı sahəli mənzili vermək istəyəcəkdir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etməyinizi xahiş etmiş, çünki bu şirkət yuxarıda da qeyd etdiyi kimi öz möhtəkir, onlar kimi zəhmətkeşlərin əməyini qəsb etməklə tez varlanmaq istəyini həyata keçirmək məqsədilə onların real, faktiki 20 ildən çox müddətdə sahiblik və istifadə hüquqları faktiki olaraq onlara mənsub olan 130 kv.m-lik mənzilinin faktiki sahəsi ona çox gözəl məlum olsa da (çünki, bir neçə dəfə öz işçilərini ölçməyə göndərməklə, real sahib olduğu mənzili ölçdürüb və de-fakto şəkildə onların faktiki sahib olduğu sahəni tanıyıb-buna sübut kimi həmin ölçü aparıldığı gün həmin ölçülərin Elnur Mustafayevin işçilərinin öz dəst-xətti ilə qeyd olunduğu vərəqin surətini əlavə edir və bu faktın mövcudluğunu əgər Elnur Mustafayev etiraf etməyə özündə cürət tapmasa, sizdən bu barədə xətti ekspertizanın keçirilməsini, bunun sübuta yetirilməsini təkidlə xahiş etmişdir) qərəzli şəkildə bu məlumatları gizlədərək, 130 kv.m deyil, cəmi 45 kv.m kimi göstərir. Bundan əlavə, nə qədər təccüblü olsa da, bildirməlidir ki, belə böyük bir çoxmərtəbəli bina tikmək xülyasına düşən, belə böyük bir proyektin (4 ədəd çoxmərtəbəli bina) altına girən Elnur Mustafayevin və onun yeni peyda olmuş (tikinti şirkəti üçün 2 il çox az bir müddətdir, üstəlik də bu proyekt onun ilk işi olacaq, necə deyərlər, onların binaların işində təcrübə qazanacaq ki, bu da onlar üçün düşünür ki, çox təhlükəli və risklidir) "xxxx" MMC tikinti şirkətinin nizamnamə kapitalı cəmi 100 manat təşkil edir. İndi nizamnamə kapitalının nə dərəcədə əhəmiyyətli göstərici olduğunu tam şəkildə qiymətləndirməyi üçün onun barədə məlumat verməyə lüzum görür. Hörmətli, hakim Nilufər xanım, "nizamnamə kapitalı həm iqtisadi subyektin gəlir əldə etməsi üçün ilkin kapital, həm də iqtisadi subyekt müflis olduqda onun kreditorlarının maliyyə tələblərinin ödənilməsini təmin edən kapitaldır". Bu şirkətə inamı tam ölüb və inanmır ki, nəsə yenidən bu inamı bərpa etsin. Çünki, şirkətin iflasa uğrayacağı təqdirdə şirkətin nizamnamə kapitalı onun kreditorları qarşısında borcların ödənəyəcəyi barədə polad kimi təminatdır və belə (iflas) olacağı təqdirdə "xxxx" MMC-nin 100 manat nizamnamə kapitalı ən azından onun bina tikmək planına düşən 5 ədəd 2 mərtəbəli binanın 72 mülkiyyətçisi arasında bölünəcək ki, bu da mülkiyyətçilərin hər biri itirəcəyi mənzilinin əvəzində 1,4 manat kompensasiya alacaq deməkdir. Möhtərəm hakim, o, ömür boyu qəpik-qəpik toplamaqla əldə etmiş olduğu mənzilini beləcə inamını itirmiş Elnur Mustafayev kimi birinə verib, sonra mənzilini itirmək riski yaşamaq, daha da ciddi ürək ağrıları və sarsıntılar yaşamaq istəmir. Çünki heç kim, heç bir dövlət orqanı, dövlət qurumu bina tikən özəl şirkətlərə zamin durmur (və ədalət naminə desək, durmağı da düzgün olmazdı). Belə olan təqdirdə isə kim zəmanət və təminat verə bilər ki, bu şirkət binaları tikib, təhvil verənə qədər iflasa uğramayacaq və onlar yuxarıda qeyd etdiyi kimi, 1,4 manat müqabilində mənzili ilə vidalaşmayacağıqdır. Və əgər yuxarıda qeyd etdiyi kimi şirkətin iflas riski reallaşarsa, mənzilini itirməyəcəyi barədə dövlət təminatı olarsa, şirkət ilə 6 otaqlı mənzilinin və ona bitişik 0.7 sot, divarlarla və darvaza ilə əhatə olunmuş, meyvə ağacları və yaşıllıqlarla dolu həyətyanı torpaq sahəsinin (xx.xx.2023 tarixində Elnur Mustafayevin qoçu işçiləri heç bir xəbərdarlıq etmədən, qanunun tələblərini vəhşicəsinə pozmaqla məhv edərək, ona mənəvi və 20 min manat civarında maddi zərər vurduqları) əvəzində 6 otaqlı mənzillə təmin etmək şərti daxilində danışıqlar aparmağa başlaya bilər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etməyini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, qarşılıqlı iddia ərizəsi tamamilə əsassız və qanunsuz, eləcə də məhkəmə prosesinin uzadılması məqsədi daşıdığına görə rədd edilməsini məhkəmədən xahiş edir. Belə ki, qarşılıqlı iddia ərizəsində iddiaçı Cavabdeh bildirmişdir ki, xx.xx.2023-cü il tarixində cavabdeh "xxxx" MMC-nin işçiləri tərəfindən ona məxsus olan həyətyani tikililər və hasar sökülmüş və dağıdılmışdır və baxmayaraq ki, iddiaçı buna müdaxilə etmək istəmiş, lakin cavabdehin işçiləri buna əhəmiyyət verməmişdir. Birincisi, əgər iddiaçı dərindən araşdırsaydı, bilərdi ki, iddiaçının qeyd etdiyi məsələ, guya ki ona məxsus olan hasar və tikililər, cavabdehin işçiləri tərəfindən deyil, məhz 3-cü şəxslər tərəfindən sökülmüşdür, çünki cavabdeh ərazidə hələki söküntü işlərinə başlamamış və yalnız əhalini tamamilə oradan köçürtdükdən sonra binaların sökülməsi işlərinə başlamasını planlaşdırlır. İkinci məsələ ondan ibarətdir ki, iddiaçı öz ərizəsində qeyd edir ki, onun tərəfindən tikilmiş bu hasar və tikili məhz subyektiv hüququ olaraq ona məxsusdur. Əgər belədirsə, hansı sənədlərə əsasən ona məxsusluğunu iddiaçı sübut edir və həmin hasar və tikililər məhz onun tərəfindən tikilməsinə dair hansı sənədlər təqdim edir? Qeyd edək ki, iddiaçı bunu edə bilmir, çünki onun əlində heç bir əsas yoxdur, sadəcə söz olaraq cavabdeh MTK-dan artıq məbləğdə pul qopartmaq və mənzildən gec çıxmaq, beləliklə də cavabdehə ziyan vurmaq niyyətindədir. Üçüncüsü, hasar və tikililər iddiaçı tərəfindən tamamilə qeyri-qanuni inşa edilmiş və bu əmlak onun şəxsi əmlakı sayıla bilməz, çünki onun üzərində olan torpaq sahəsi dövlətə məxsusdur və iddiaçı tərəfindən heç vaxt özəlləşdirilməmişdir, yəni indiki halda, nə torpaq sahəsi, nə də onun üzərində olan və iddiaçının iddia etdiyi hasar və tikililər onun xüsusi mülkiyyətinə keçməmişdir. Dördüncüsü, o ki qaldı iddiaçıya “məxsus” olan hasar və tikililərin dağıdılması zamanı ona dəymiş maddi ziyana, qeyd etmişdir ki, birincisi həmin maddi ziyanın hansı meyarlara əsasən ölçülməsi sual altındadır. Yəni, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən X10 Mərkəzi tərəfindən tərtib edilmiş Qiymətləndirmə rəyinin 9-cu nəticə bölməsində qeyd edilir ki, “Sifarişçinin təqdim etdiyi məlumatlar üzrə hesablanması mümkün olan materialların və görülmüş işlərin hesablamalar və təhlillər nəticəsində müəyyən edilmişdir”. Bu cümlədən də göründüyü kimi, sifarişçinin yəni hazırkı iş üzrə iddiaçının qiymətləndirmə şirkətinə sadəcə ümumi məlumat verərək sözlə materialların mövcudluğunu bildirmişdir və nəticədə rəydə 19.711,45 manat müəyyən edilmişdir, hansı ki, bu məbləğ daha çox və yaxud daha da az olması ehtimalı ola bilərdi. Beşincisi, qeyd edək ki, əgər iddiaçı ona məxsus olmayan ərazidə tikinti işləri aparıbsa, demək ki, gələcəkdə bu kimi halların baş verməsi ehtimalını da gözə almış və ona bu kimi ziyanının vurulacağı barədə bilmişdir, və bilərəkdən də bu tikintini apararaq indi də cavabdehdən maddi təzminat tələb edir, hansına ki, cavabdehin ümumiyyətlə bu işlə heç bir əlaqəsi yoxdur. O ki qaldı tikintinin kim tərəfindən aparılması, bu sübutetmə öhdəliyi məhz hazırkı qarşılıqlı iddia üzrə iddiaçı qismində çıxış edən Cavabdeh üzərinə düşür. Altıncısı, o ki qaldı iddiaçının mənəvi ziyan tələbinə, bildirir ki, mənəvi ziyanın ödənilməsi, yalnız buna dair kifayət qədər sübutların təqdim edilməsi, eləcə də maddi ziyanın vurulmasını sübut etdiyi təqdirdə mümkündür. Hazırkı halda isə, iddiaçı tərəfindən ona dəymiş maddi ziyanın vurulması yuxarıda göstərilənlərə əsasən sübut olunmur, yəni iddiaçı sübut edə bilmir ki, onun tikdiyi tikili məhz cavabdeh tərəfindən sökülmüş, ikinci iddiaçı tikdiyi tikililəri öz mülkiyyətində deyil, dövlətə məxsus olan ərazidə tikib, bu isə onun tərəfindən qeyri-qanuni olan hərəkətdir və bununla da o qüvvədə olan qanunvericiliyi pozub, üçüncüsü isə ona guya ki dəymiş zərərin ölçülməsi rəsmi sənədlərlə deyil, adi sözlərə əsaslanaraq yazılmış bir rəydir, hansı ki ümumiyyətlə cavabdehə heç bir adiyyatı yoxdur, çünki söküntünü aparan cavabdeh deyil 3-cü şəxslər olmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının verdiyi qarşılıqlı iddia əsassız və qanunsuz olduğu üçün rədd edilməsi xahiş etmişdir. Məhkəmə iddiaçı tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-cu il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X13ndə istifadədə olan 34.50 kv.m mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdən qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. - EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini "xxxx" MMC-yə həyata keçirməyə icazə vermişdir. - EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyanın əlavəsinin surətindən görünür ki, "xxxx" MMC-yə bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısına xüsusi torpaq işləri, ankerlərin torpağa bərkidilməsi, enmə quyularının və kessonların qurulması, Beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması, ağac konstruksiyaların quraşdırılması, fasad işləri, svay işləri, mühəndis-kommunikasiya və şəbəkələrinin qurulma işləri, hidrotexnik işləri, sualtı texniki işlər, dambaların tikintisi, limanların tikintisi, pirslərin tikintisi, sahilbərkitmə işləri, su anbarları, xüsusi qurğuların tikintisi və quraşdırılması, rezervuarlar və qazholderlər, elektrik ötürücü xəttlər, sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək, aşırımı 24 metr və daha çox, hündürlüyü 65 metrədək, hündürlüyü 65 metr və daha çox, tutumu 5000 nəfərədək, tutumu 5000 nəfər və daha çox işlər daxil edilmişdir. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X5 Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15187 nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayonu, Hüseyn Ərəblinski, X14 Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə rəydən görünür ki, Muxtar Fətəliyev küçəsində yerləşən 45 saylı yaşayış binası 1959-cu ildə inşa olunmuşdur. 2 mərtəbəli, 2 girişli, 12 mənzilli, zirzəmisizdir. Planda düzbucaqlı formadadır, uzunluğu 37,0 metr, eni 9,0 metrdir, mərtəbə hündürlüyü 3,2 metr, kürsü hündürlüyü 1,0 metrdir. binanın yükdaşıyan divarları mişarlanmış əhəngdaşından 40 sm qalınlığında yerinə yetirilmişdir. Örtüklər ağac tirlərdən quraşdırılmışdır. Pilləkən konstruksiyası metal kosourlar üzərində yığma dəmir-beton pillələrdən yerinə yetirilmişdir. Balkonlar dəmir-betondan quraşdırılmışdır. dam çardaq tiplidir, ağac elementlərdən quraşdırılmış və şiferlə örtülmüşdür. fasadlar suvaqsızdır. vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunduğu, ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yarandığı, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyayalar mövcudluğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qaldığı, dam örtükləri yararsız vəziyyətdəolduğu, şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yarandığı, atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunduğu, sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edildiyi, tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmələr olduğu, yaşayış binalarının balkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırıldığı, bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli olmadığı, mühəndis-kommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmadığı, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilmədiyi, xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadığı, binaların istismar keyfiyyəti aşağı səviyyədə olması, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərməsi, tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s. ) tikintisi primitiv şəkildə aparıldığını, tikililər əsaslandırılmamış şəkildə inşa edildiyi, divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirildiyi, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilmədiyi müəyyən edilmişdir. istər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törətməsi, yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu göstərilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərüffatı Birliyinin 147 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2023-cü il tarixli 735 nömrəli arayışından görünür ki, "xxxx" 2021 MMC-nin sorğusuna əsasən bildirilir ki, Muxtar Fətəliyev 45-X13 ev 14 a-dır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti X12 Layihə-X2 Dövlət İdarəetməsinin təşkili və geodeziya şöbəsinin xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, Bakı Şəhəri Sabunçu Rayonu, Hüseyn Ərəblinski, X14 Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, çoxmənzilli yaşayış komleksinin tikintisi məqəsədi ilə "xxxx" MMC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı təqdim edilmişdir. MŞ İNŞAAT MMC-nin 36/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ərazidə qəzalı vəziyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar "xxxx" MMC-nin Hüseyn Ərəblinski küçəsi 12 ünvanında yerləşən ofisinə dəvət edilmişdir. Mülki iş matriallarına ilkin iddia üzrə Cavabdeh tərəfindən təqdim edilən X10 mərkəzinin YDQM 099-1011/2023 nömrəli, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Bakı Şəhəri, Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, X13, ev 14 a mənzil 5 ünvanında yerlışın fərdi yaşayış evinin həyatyanı sahəsində aparılmış söküntü işləri nətticəsində dəymiş zərər məbləğinin ümumi məbləği 19.711.45 manat müəyyən edilmişdir. Mülki iş matriallarına ilkin iddia üzrə Cavabdeh tərəfindən təqdim edilən diskdən görünür ki, xəbər sayıtında Yalçın Xudaverdiyevin müsahibə verərək bildirmişdir ki, onlara məxsus mənzilin qarşısında yerləşən hasarlanmış ərazi sökülərək onlara maddi zərər dəymişdir. Ərazidə tikinti aparan şirkətin rəhbəri Elnur Mustafayev isə bu hala münasibət bildirərək verdiyi müsahibədə bildirmişdir ki, 1 həftə öncə məlumat verilmişdir ki, ya siz onları sökün, yada bizim tərəfdən söküləcək, 35 kv.m olan əraziyə 150 kv.m tələb etdiklərini, həmin sökülən sahələrə mülkiyyət hüququnun olmaması nı bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, azərbaycan respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin 1-ci bəndinə əsasən azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. əmlakın tam müsadirəsinə yol verilmir. dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir; Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); Həmin Məcəllənin 152.1-ci ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası şəhərsalma və tikinti məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri azərbaycan respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və-ya 85-ci maddəsinin müddəaları tətbiq edilir; 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı Şəhəri Sabunçu Rayonunun Sosial-İqtisadi İnkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı Şəhəri Binəqədi Və Qaradağ Rayonlarının Sosial-İqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı Şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər Rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı qərarının 4cü bəndinə əsasən bakı şəhərinin sabunçu rayon icra hakimiyyəti, binəqədi rayon icra hakimiyyəti, qaradağ rayon icra hakimiyyəti, suraxanı rayon icra hakimiyyəti, nəsimi rayon icra hakimiyyəti, xətai rayon icra hakimiyyəti, nərimanov rayon icra hakimiyyəti, nizami rayon icra hakimiyyəti, yasamal rayon icra hakimiyyəti, səbail rayon icra hakimiyyəti, pirallahı rayon icra hakimiyyəti və xəzər rayon icra hakimiyyəti, bu qərarın 1 -ci, 2-ci və 3-cü hissələrində göstərilən azərbaycan respublikası nazirlər kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə ilk öncə ilkin iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının nümayəndəsinin və vəkilinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, iddiaçı cavabdehə onun sənəd üzrə 34.5 kv metr təşkil edən 5 saylı mənzilinin sökülərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binasının 3-cü mərtəbəsində 54 kv.m olan mənzil verməklə, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 400 manat kirayə haqqı ödənilməklə, cavabdehin 5 saylı mənzilindən çıxarılmasını tələb etməklə cavabdehi mülkiyyətdən məhrum etmir, bu reallıqda cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. İddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, X13, 14A saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan mənzil vermək niyyətindədir. Cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, X13, 14A saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, X13, 14A saylı evin, 5 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, X13, 14A yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Məhkəmə onu da qeyd etməyi zərurui hesab edir ki, cavabdeh onun mülkiyyətində olan evin faktiki sahəsinin 130 kv.m olmasını münasibət bildirərək qeyd edir ki, cavabdehin mülkiyyətində olan evin sahəsinin sənədlər ilə 34.5 kv.m olduğu müəyyən edilmişdir, işin hallarından görünür ki, cavabdeh mülkiyyətində olan mənzilə 100 kv.m-ə yaxın əlavələr etmişdir, lakin bu sözügedən artıram barədə qanunla nəzərdə tutulan qaydada icazə almamış, gələcəkdə bu əlavələrin sənədləşdirilə bilməsinə əsas ola biləcək halları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 34.5 kv.m mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş 54 kv.m mənzil ədalət hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ilk iddia tələbində cavabdehin mülkiyyətində olan mənzilə dair mülkiyyət hüququna xitam verilməsini tələb etsədə, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34.50 kv.m. mənzilə dair mülkiyyət hüquqular iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A1 saylı binanın 3-cü mərtəbəsində 54 kv.m mənzillə əvəz edilməli, ünvan 2 ünvanında yerləşən 34.50 kv.m. mənzil Cavabdeh və onunla birgə yaşayan ailə üzvüləri tərəfindən boşaldılmalı, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34.50 kv.m. mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 (dört yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. Bundan sonra məhkəmə qarşılıqlı iddia ərizəsinin 19711.45 manat maddi ziyanın tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı ona məxsus mənzilin qarşısında olan əlavələrin cavabdeh tərəfindən sökülərək ona 19711.45 manat ziyan dəymiş olduğunu bildirsədə, məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh sözügedən özbaşına tikilinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən sökülmədiyini bildirmişdir. Məhkəmə qarşlıqı iddia üzrə iddiaçının təqdim etdiyi video matrialla münasibət bildirərək qeyd edir ki, sözügedən video matrialda tikintinin aparılması nəzərdə tutulan şirkətin rəhbəri tərəfindən verilmiş müsahibə tam olaraq təqdim edilməmiş, video matrial kəsilmiş formada verilmişdir. Və eyni zamanda həmin matriallda müsahibə verən E.Mustafayev “sakinlərə bir həftə əvvəl xəbərdarlıq edildiyini, ya onların sökməsini yada onlar tərəfindən söküləcəyi bildirilmiş, 35 kv.m mənzilə 150 kv.m isdənilməsinin ədalətsiz olduğunu” bildirmişdir. Lakin konkret olaraq hansı tikililərin söküldüyü,bu tikilinin kimə məxsus olması və kim tərəfindən söküldüyü müsahibətdə qeyd edilmədiyindən qarşılıqlı iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilmə bilməz. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədərki qarşılıqlı iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsi təmin edilməmişdir, məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissədində də əsaslar mövcüd deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m. olan 5 saylı mənzilə dair mülkiyyət hüquqular iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A1 saylı binasının 3-cü mərtəbəsində yeləşən ümumi sahəsi 54 kv.m olan 8 saylı mənzillə əvəz edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m olan 5 saylı mənzil Cavabdeh və onunla birgə yaşayan ailə üzvüləri tərəfindən boşaldılsın. Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 34.50 kv.m olan 5 saylı mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 (dört yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar