Məhkəmə qərarları › İş №e-2(008)-464/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-464/2025

17.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-464/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X5, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi vəkil Abdalov Şahmar Xanlar oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 47000 (qırx yeddi min) manat borc və 231 (iki yüz otuz bir) manat dövlət rüsumu, ümumilikdə 47231 (qırx yeddi min iki yüz otuz bir) manat pulun tutulmаsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 özlərini nüfuzlu və işgüzar şəxs kimi təqdim edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən pomidor istixanasına gələrək, pomidor almaqla bağlı danışıqlar aparmış, 2019-cu ilin dekabr ayında 77000 (yetmiş yeddi min) manat məbləğində pomidoru nisyə alaraq satıldıqdan sonra heç bir məbləğ qaytarmayaraq dələduzluq etmişlər. Dəfələrlə pulun qaytarılmasını tələb etsə də, cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək yayınmışlar. Bu barədə hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmiş ona mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Nəhayət 77.000 (yetmiş yeddi min) manat borc məbləğindən 30.000 (otuz min) manat hissəsi ödənilsə də, qalan 47.000 (qırx yeddi min) manat qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbini müdafiə etdiyini, cavabdehlərin 145.000 manat borcdan 98.000 manatı qaytarıldığını 47.000 manat borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, satmaq üçün məhsulu Cavabdeh3 aldıqlarını, götürdükləri malların (pomidor) pulunu ödədiklərini, 145.900 manat borcun onlara aidiyyəti olmadığını, məhsunun 8600 manatlıq hissəsi çürük çıxdığı üçün qalıq borcdan bu hissənin çıxılmasını bildirsələr də, sonradan həmin məbləğ də iddiaçı tərəfindən tələb olunduğundan ödədiklərini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında Cavabdeh1 və Cavabdeh2 ilə başqa ticarət əlaqələri olduğundan aralarında başqa borc münasibətləri olduğunu, İddiaçı götürdükləri malların (pomidor) çürük olduğundan hamısına ziyan dəydiyini, 145.000 manatdan 90.000 manatı qaytardığını, 55.000 manatdan 8.600 manatı çürük məhsulun pulu sonradan Cavabdeh1 tərəfindən ödənildiyini, qalan 47.000 manat borcla bağlı Pomidor istixanasının əsl sahibi olan Namiq adlı şəxsə qardaşı tərəfindən xx.xx.2023-cü il tarixdə 30.000 manat pul notariat kontorunda razılığa gəlinərək ödənildiyini, hazırda heç bir borcun olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli tam baxaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə, barəsində seçilmiş qətimkan tədbirinə və cinayət işinin icraatına xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli Qərarın surətindən görünür ki, zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X2 ifadəsində, 145.900 manat dəyərində pomidor verildiyini, dəfələrlə pulunu istədikdə müxtəlif bahənələr gətirildiyini və Sarxan, Arzu və Əvəz tərəfindən ona qarşı dələduzluq edilərək aldadıldığını, çox çətinliklə 145.900 manatın bir hissəsini geri aldığını, hazırda isə 77.000 manat Sarxan, Arzu və Əvəzin ona verəcəklərinin qaldığını bildirmişdir. Cavabdeh1 ifadəsində, İddiaçı onun barəsində yazdığı ərizə ilə tanış olduğunu, həmin şəxsi tanımadığını Arzu ilə birlikdə Cavabdeh3 58.600 manat dəyirində pomidor aldıqlarını, həmin pomidordan 20.000 manat dəyərində malın xarab olduğunu, Sarxana mal yiyəsi ilə danışaraq onlara nə qədər güzəşt edə biləcəyini demişdir. Daha sonra onlar birlikdə İddiaçı işlətdiyi istixanaya getmiş, onlara ümumi puldan 8.600 manat keçmişdir. Onların 50 000 manat verəcəyi qalmış, və həmin 50.000 manatı Sarxana vermişlər. Sonradan onlara məlum olmuşdur ki, Sarxan pulu İntizama verməyib. Bundan sonra onlaır DİN BMCMİ-ə dəvət etmişlər, orada araşdırma olan zaman o, pulu Sarxana verdiyi demişdir. Cavabdeh3 ifadəsində İddiaçı pomidor alıb satırmış və pulunu ödəyirmiş. O, İntizamdan aldığı pomidoru Rusiya Federasiyyasına göndərir, həmin pomidorun çox hissəsi çürik çıxmışdır. Lakin İntizam onunla razılaşmamışdır. Həmin vaxt aralarında 145.900 manat borc yaranmışdır. Bundan sonra o, həmin pulun 90.000 manatını hissə-hissə qaytarmışdır. Hazırda onun 55.000 manat borcu qalıb, bundan başqa X3 və Cavabdeh1 əvvəldən tanıyırmış. O, İntizamın istixanadan olan zaman 2019-cu ilin dekabr ayında Arzu, Əvəz İltizam və Namiqlə söhbət etmişlər, onlar parniki gəzmiş, pomidoru bəyənmişlər, onlardan pomidor almağına qərar vermişlər. Həmin vaxt Arzu və Əvəz 38.000 manatlıq ümumilikdə pomidor almış, öz anbarlarına aparmışlar. Həmin vaxt Arzu və Əvəz malın pulunu səhəri gün verəcəklərini bildirmişlər. Lakin onlar pulu verməmişlər, bundan sonra Arzu və Əvəz pomidoru Rusiya Federasiyasına göndərmişlər, onların dediklərinə görə pomidor Rusiya çatanacan xarab çıxmışdır. Bu səbədbən də pulu vermək istəməmişlər. Əlavə olaraq Arzu və Əvəzlə iş görürmüş və Sarxanın onlara 30.000 manat borc verəcəyi olmuşdur. Arzu və Əvəz bu borcun hissə-hissə qaytarılmasına onunla razılaşmışlar. Həmin vaxt Arzu və Əvəz ona demişlər ki, «sən bizə olan borcunundan malın pulunu çıxırıq, özün İnzitam pulunu verərəsən». O, həmin vaxt demişdir ki, «sən mənə qalan qacancdan öz borcunu çıx, İnztizamın qalan pulunu ödə». Lakin onlar onun sözünə əhəmiyyət verməmiş və pulu ödməmişlər. Hazırda onun 55.000 manatdan 38.000 manatını Arzu və Əvəz ödəməlidir, qalan 17.000 manatım isə o, ödəməlidir, o, mütəmadi olaraq İnzimanan nisyə mal alıb satıb onların pulunu ödəyirmiş. Pondemiya olmuş deyə və malın bir hissəsi çürüdüyü üçün onun İnzitama borcu yaranmışdır. Qalan pulun da bir daha bildirirmiş ki, 38.000 manatı Arzu və Əvəzə aid olan puldur. Cavabdeh2 ifadəsində, pomidor alış verişi ilə məşqul olduğunu, İddiaçı onun barəsində yazıdğı ərizə ilə tanış olmuşdur. O, həmin şəxsi heç vaxt tanımamış, Cavabdeh1 uzun müddətdir ki, tanıyır. Belə ki, uzun illərdir Rusiya Federasiyasında yaşayır və dünyanın hər bir yerindən o, Rusiyaya ərzaq, meyvə-tərəvəz malları gətirib satışı ilə məşluq olmuşdur. Qardaşının Rusiya Federasiyasında şirkəti var, həmin şirkətə də bütün ölkələrdən mallar gəlirmiş. Məhz Əvəzdə bir neçə dəfə mal göndərmişdir. Əvəz ilə birlikdə Cavabdeh3 58.600 manat dəyərində pomidor almışlar. Belə ki, həmin pomidoru şirkətlər arası olaraq Rusiya Federasiyasına gəlmiş, onlar mallarda xarablar yarandığını görmüşdür. Həmin pomidordan 20.000 manat dəyərində mal xarab olduğu üçün, Sarxana demişlər ki, «mal yiyəsi ilə danış gör xarab mallara görə bizə nə qədər pul keçə bilər». Bundan sonra o, Bakı şəhərində olanda Əvəz ilə birlikdə bir neçə sahibkarın istixanalara baxmışlar ki, malların keyfiyyətini seçsinlər ki, gələcəkdə problem olmasın. Eyni zamanda sonradan adını bildiyi İddiaçı işlətdiyi istixanaya getmiş və o, mallara baxanda xəstə olduğunu görmüşdür və həmin malı Əvəzə tanıtmışdır. Əvəz bildirmişdir ki, məhz 20000 manat ziyan etdiyimiz mal həmin istixananın malıdır. Məsləhətləşmişlər ki, istixananın sahibi ilə danışıb xarab mallara görə onlara güzəşt etsin. Ümumi məbləğdən 8.600 manat keçmişlər. Bundan sonra onlar 50 000 manat verəcəyi qalmışdır. Daha sonra 50.000 manatı Sarxana verilmişdir. Sonradan məlum olmuşdur ki, Sarxan pulu İntizama verməyibdir. Bundan sonra o, yenidən Rusiya Federasiyasına getmiş. xx.xx.2020-ci il tarixdə Bakı şəhərinə gələn zaman DİN BMCMİ-nin əməkdaşları onu Heydər Əliyev adına X6 saxlayıb BMCMİ dəvət etmişlər, orada araşdırma olan zaman o, Əvəz pulu Sarxana verdiyini demiş, bundan sonra Sarxan da, dəvət edilmiş, Sarxan 50.000 manatı verildiyini etiraf etmişdir. Bundan sonra həmin BMCMİ-dən deyilmişdir ki, istixana sahibi onlara keçdiyi 8.600 manatı da istəyir və pulu keçmir. Daha sonra Əvəz həmin puluda ödəmiş, onların İntizama və Sarxana heç bir borcu qalmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası CPM-nin 85.4.2-ci və 235-ci maddələrinin tələblərinə uyğun olaraq ********** nömrəli cinayət işi üzrə şübhəli şəxs Cavabdeh3 və Cavabdeh1 üzləşdirmişdir. Cavabdeh3 izahatında 2019-cu ilin dekabr ayında Arzu, Əvəz İltizam və Namiqlə söhbət etmişlər, onlar parniki gəzmiş, pomidoru bəyənmişlər, onlardan pomidor almağına qərar vermişlər. Həmin vaxt Arzu və Əvəz 38.000 manatlıq ümumilikdə pomidor almış, öz anbarlarına aparmışlar. Həmin vaxt Arzu və Əvəz malın pulunu səhəri gün verəcəklərini bildirmişlər. Lakin onlar pulu verməmişlər, bundan sonra Arzu və Əvəz pomidoru göndərmiş, Rusiya Federasiyasına göndərmişlər, onların dediklərinə görə pomidor Rusiya çatanacan xarab çıxmışdır. Bu səbədbən də pulu vermək istəməmişlər. Hazırda onun 55.000 manatdan 38.000 manatını Arzu və Əvəz ödəməlidir, qalan 17.000 manatı isə o, ödəməlidir, o, mütəmadi olaraq İnzimanan nisyə mal alıb satıb onların pulunu ödəyirmiş. Pandemiya olmuş deyə və malın bir hissəsi çürüdüyü üçün onun İnzitama borcu yaranmışdır. Qalan pulun da bir daha bildirirmiş ki, 38.000 manatı Arzu və Əvəzə aid olan puldur. Həmçinin qeyd etmişdir ki, İddiaçı pomidoru ondan başqa Əvəzə və Arzuya satmışdır. Cavabdeh1 izahatında, İddiaçı onun barəsində yazdığı ərizə ilə tanış olmuş və bildirmişdir ki, o, həmin şəxsi tanımır. Arzu ilə birlikdə Cavabdeh3 58.600 manat dəyirində pomidor almışlar. Həmin pomidordan 20.000 manat dəyərində mal xarab olmuşdur. Onlar Sarxana demişdir ki, mal yiyəsi ilə danışsın görsün nə qədər pul keçə bilər. Bundan sonra onlar birlikdə İddiaçı işlətdiyi istixanaya getmişlər, orada onlara ümumi puldan 8.600 manat keçmişdir. Bundan sonra onların 50 000 manat verəcəyi qalmışdır. Onlar həmin 50.000 manatı Sarxana vermişdir. Sonradan onlara məlum olmuşdur ki, Sarxan pulu İntizama verməyib. Bundan sonra onları DİN BMCMİ-ə dəvət etmişlər, orada araşdırma olan zaman o, pulu Sarxana verdiyini demişdir. Bundan sonra Sarxan da, dəvət etmişlər o, 50.000 manatı verdiyini etiraf etmiş, sonra ona demişlər ki, mal xarab olduğuna görə İntizamın onlara keçdiyi 8.600 manatı da ödəməlidir. Oda həmin pulu ödəmiş, bundan sonra onun və Arzunun İntizama, Sarxana heç bir borcu qalmamışdır. Arzunun Rusiya Federasiyasında yaşadığını bildirmişdir. Onlar Sarxana 50.000 manatı ödəməyi barədə Arzuda səs yazısı olmuş, əgər, həmin, səs yazısı qalıbdırsa o, həmin səsi istintaqa təqdim edəcəyini bildirmişdir. Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixdə iddiaya qarşı etiraz edərək, Cavabdeh1 iddiaçı ilə hər hansı bir müqavilə münasibətlərində olmadığını, Cavabdeh3 58.600 manat dəyirində pomidor alındığını, daha sonra malın 20000 manat dəyərində olan hissəsi xarab çıxdığından, Cavabdeh1 ilk nöbədədə Sarxandan endirim etməsini, Sarxan isə mal sahibinin başqa şəxs olduğunu və onunla birlikdə mal sahibinin yanına gedərək danışmağı Əvəzə təklif etmiş, Əvəz Sarxanla birlikdə adının sonradan İntizam olduğu öyrəndiyi şəxsə məxsus istixanaya getmiş, orada danışıqlar aparılmış və malın həqiqətəndə xarab olduğu göstərən video və şəkillər İntizama və eləcə də orada olan istixananın əsl sahibi Namiq İsmayılova təqdim olunmuşdur. Onlar Sarxandan nisyə aldığı pomidora görə 8600 manat endirim etmişlər və Əvəzin Sarxana 50000 manat borcu qalmışdır. Həmin 50000 manat 14 fevral 2020-ci il tarixdə tərəfindən Sarxana ödənilmiş, bununla bağlı Sarxan tərəfindən ona qəbz verilmiş, pulun verilməsi qəbzin yazılması videoya çəkilmişdir. Bundan sonra Sarxanı da dəvət etmişlər və o, 50000 manatı verdiyini etiraf etmiş, sonrada Sarxan demişdir ki, İntizamın onlara keçdiyi 8600 manatıda ödəməlidirlər. Bundan sonra Cavabdeh1 Sarxanın istəyi ilə 8600 manat pulu 27 sentyabr 2020-ci ildə İntizama ödəmişdir. Bundan sonra Cavabdeh1 və X7 və Sarxana heç bir borcu qalmamışdır. İddiaçının pul tələbi ilə bağlı iddiası ona və Hümbətov Arzuya qarşı tam əsassızdır. Belə ki, məhkəmənin birinci iclası zamanı Cavabdeh3 qeyd etmişdir ki, iddia ərizəsində göstərilən məbləğin Cavabdeh1 və X4 heç bir aidiyyatı yoxdur. Onlara satılan malın dəyəri ona tam ödənilmiş, Sarxan da öz növbəsində iddiaçıya ödəmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlərə qarşı olan iddia tələbini iddia müddətini tətbiq etməklə, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan Cavabdeh3 xx.xx.2020-ci il tarixli əlyazmasından görünür ki, 50000 manatlıq satdığı pomidorun pulunu almışdır. Cavabdeh1 ona borcu yoxdur. Öz imzası ilə bunu təsdiq etmişdir. İş materiallarına əlavə olunan X1 xx.xx.2023-cü il tarixli notarial qaydada təstiqlənmiş ərizəsinə əsasən, Cavabdeh3 tərəfindən ona vurulmuş 30 000 (otuz min) manat məbləğində zərər tam ödənilmiş, onun Cavabdeh3 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin araşdırılan hallarından göründüyü kimi tərəflər arasında pomidor alınması ilə bağlı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. 600.1-ci maddəyə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə araşdırması zamanı tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması və cavabdehlərin iddiaçıya məxsus Pomidor istixanasından satış üçün mal götürmələri işin mübahisəsiz halıdır. Hazırki mübahisə nisyə götürülmüş mala görə pulun qaytarılması ilə bağlı olduğundan məhkəmə ilk növbədə cavabdehlərdən Cavabdeh3 vermiş olduğu izahatına münasibət bildirərək qeyd edir ki, Cavabdeh3 məhkəmə araşdırması zamanı istintaqda vermiş olduğu izahatından fərqli ifadə verərək, Əvəz və Arzu tərəfindən 50.000 manatın ona ödənildiyini və həmin məbləğin onun tərəfindən iddiaçıya iqaytarıldığını bildirsə də, bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Eləcə də, cavabdehlərdən Cavabdeh1 nümayəndəsi məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli əlyazmadan görünür ki, 50.000 manatlıq pamidor satışından əldə edilmiş pulun Cavabdeh1 tərəfindən Cavabdeh3 ödənildiyi, Cavabdeh1 ona heç bir borcunun olmadığı qeyd edilməsi barədə əlyazma təqdim edilmişdir. Məhkəmə pulun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli qəbzi əsaslı hesab etmir. Belə ki, iş materiallarında cinayət işinin başlanmasının rədd olunması barədə qərar və Cavabdeh3la Cavabdeh1 üzləşmə protokolları mövcutdur. Əgər nəzərə alsaq ki, Cavabdeh3 2020-ci il tarixdə 50.000 manat pulun ona qaytarılması barədə qəbz imzalamışdırsa, xx.xx.2023-cü il tarixdə Xəzər rayon Polis İdarəsində üzləşmə protokolunda və xx.xx.2023-cü il tarixdə Cinayət işinin başlanmasının rədd olunması barədə qərarda Cavabdeh3 izahatında 55.000 manat borc qaldığını həmin məbləğin 17.000 manatının ona 38.000 manatının isə Əvəz və Arzuya məxsus olduğunu təkidlə qeyd etmişdir. Həmçinin Cavabdeh3 iş materiallarına xx.xx.2023-cü il tarixdə Namiq İsmayılov tərəfindən notarial qaydada 30.000 manat pulun ödənilməsi barədə ərizəni əsas gətirərək, onun iddiaçıya qalan borcunun tam ödənilməsini bildirsə də, məhkəmə bunu əsaslı hesab etmir Belə ki, əgər doğurdan da tərəflər arasında xx.xx.2023-cü il tarixdən pulla bağlı heç bir borc məsələsi qalmamışdırsa niyə xx.xx.2023-cü il tarixdə yəni notarial qaydada qəbzin verilməsndən 3 ay sonra Cavabdeh3 izahatında borc məbləğinin qalmasını bildirmişdir. Eyni zamanda Cavabdeh1 nümayəndəsi tərəfindən verilmiş iddiaya etirazdan da göründüyü kimi pulun xx.xx.2020-ci il tarixdən 50.000 manatın Cavabdeh3 ödənilməsi barədə qəbz olduğunu və o məbləğin Sarxana ödənildiyini hazırda onların iddiaçıya heç bir borcunun olmadığını bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi Cavabdeh3 izahatında Əvəz və Arzunu İntizama məxsus Pomidor istixanasına gətirdiyini alınacaq mala baxış keçirdiklərini alınmış mala görə 55000 manat borc olduğunu bundan 17.000 manatı Sarxana 38.000 manatı isə Əvəz və Arzuya məxsus olduğunu dəfələrlə demişdir. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibət bildirərək qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında mübahisə nisyə alqı satqı müqaviləsi əsasında qaytarılmamış pul məbləği ilə bağlı olduğundan, məhkəməyə qədər polis, notariat kontorunda və tərəflər arasında hissə-hissə pulun qaytarılması ilə bağlı münasibətlərin davam etirilməsini əks etdirən kifayət qədər sübutlar olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, bu halda iddia müddətinin axımı kəsilmiş olduğundan, iddia müddətinin tətbiqinə dair ərizə təmin edilə bilməz. Həmçinin əgər doğurdan da, alınmış malın sahibi kimi Əvəz və Arzu Cavabdeh3 tanımışlarsa və bütün pulu ona ödəmişlərsə niyə çürük mallara görə güzəşt edilməsi ilə bağlı İntizama məxsus istixanaya gələrək, malların 20.000 manatlıq hissəsinin çürük olduğundan onlara məbləğdə güzəşt edilməsini məhz İntizamdan istəmişlər. Eyni zamanda Cavabdeh3 istintaq zamanı vermiş olduğu ifadəsində onun Əvəz və Arzu ilə öncədən ticarət əlaqələrinin olduğunu və Sarxanın onlara borcu olduğundan İntizamdan alınmış mallara görə ödəniləcək pulun onun borcundan çıxıldığını bildirmələri bir daha cavabdehlərin vermiş olduğu izahatlarının bir biri ilə ziddiyət təşkil etdiyini təstiq edir. İş materiallarından, cavabdehlərin izahatından, çürümüş pomidor məhsuluna görə iddiaçıdan birlikdə xahiş etmələrindən və..s hallardan bir daha təstiq olunur ki, cavabdehlər aldıqları pomidor məhsuluna görə birgə cavabdehlik daşımışlar. Cavabdehlərin öz aralarında olan borc münasibətlərinin iddiaçı qarşısındakı öhdəliyə təsiri yoxdur. Cavabdehlərin birinin digərindən pul tələbinə dair ehtimal olunan mübahisə müstəqil tələb olmaqla hazırki mübahisəyə aidiyyəti olmamaqla onların iddiaçı qarşısında birgə cavabdehliyini istisna etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 47000 (qırx yeddi min) manat pul və 231 (iki yüz otuz bir) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 47000 (qırx yeddi min) manat pul və 231 (iki yüz otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar