Məhkəmə qərarları › İş №e-2(008)-4645/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4645/2025

02.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4645/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmova Aysel İsrafil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X8, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyalarının evdən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəh. Sabuncu rayonu Zabrat qəsəbəsi,4-cü X.Vəliyevküc,ev 33,mən 15 ünvanında yerləşən evdə, Cavabdeh məxsus 2 ədəd yorğan,4 ədəd balınc,1ədəd taxt döşəyi,3 ədəd döşək üzlüyü,3ədəd köhnə ədyal,1 dəst krafat ədyalı qutuda,2 dəst abedni servis,6 ədəd fincan,6 ədəd nəlbəki,12 ədəd bakal,2 ədəd qrafinka,6 ədəd boşqab,1 ədəd bulud boşqabı,6 ədəd bakal,1 ədəd qəndqabı,10 ədəd bulud boşqabı,2 ədəd cərəz qabı,14 ədəd bakal,1 ədəd güldan,5 ədəd yolka işığı,2 qutu yeni il ouncağı,1ədəd camadan,8 qutu bakal (sok ücün) 7 qutu nəlbəki, 4 qutu armudu stəkan,6 qutu bakal (sok ücün),1 ədəd samsunq paltaryuyan maşın,1 ədəd tuxopka,1 ədəd mikrovalnovka (samsunq) caydan,tefal,3 ədəd balaca qazan,6 ədəd kasa,11 ədəd bakal ,8 ədəd bakal, 2 ədəd meyvə qabı, 6 ədəd pesok qənd qabı,8 ədəd su bakalı,20 ədəd boşqab,1 ədəd caynik,3 ədəd padnos,10 ədəd stəkan,3 ədəd qrafinka,limon qabı,külqabı,2 ədəd jurnalnı stol,3 ədəd stul, 2 ədəd balaca xalca,1 ədəd balaca döşənəcək ,1 ədəd tül pərdə,3 ədəd foto şəkil,1 ədəd uşaq maşını,1 ədəd gülaksesuarı,2 ədəd balaca vaz, 7 ədəd qənd qabı,1ədəd tefal qazan,1 qutu caynik ,idman üçün turnik,hamam xalatları,1 ədəd divar saatı,pol taxtası,kitablar,32 ədəd cay qaşığı,22 ədəd desert cəngəli,56 ədəd xörək qaşığı,29 ədəd cəngəl,6 ədəd bulud qaşığı,6 ədəd pendir bucağı,1 ədəd standart bucaq,1 ədəd ütü stolu. əşyaların, onun mülkiyyətində olan evdən çıxarılması və iddia rüsumuna görə ödənilmiş pulun cavbdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə qonşu olmuşdur. Cavabdeh onun mülkiyyətində olan evi almaq istədiyini bildirdi. Evin dəyərini bildirəndən sonra ona bildirdi ki, evə özünə məxsus ev əşyaları və digər daşınar əşyalar gətirsin ,bank əməkdaşları gəlib evə baxsın, kredit götürüb alqı satqı edərlər. Qeyd edir ki, həmin vaxt onlar evdən heç bir əşya götürmədi. Həmin əşyalar da gəlini X3 aid idi. Hesab etdir ki, cavabdehin dediyi proses az bir müddət cəkər və pul alaraq bizə pul verər, onlar alqı satqı edərlər. Sonra əşyalarını çıxardarlar. Sonradan cavabdehi tapa bilmədilər. Bununla bağlı dəfələrlə evdə gəlinlə onun arasında narazılıqlar olurdu ki onun bütün cehiz əşyaları həmin evdə idi. Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının icrası ilə bağlı icra məmuru və oğlunun həyat yoldaşı X2 etibarnamə üzrə nümayəndəsi evə gələndə onlara məlum oldu ki, oğlunun həyat yoldaşı X4 onlara qarşı “evə köçürülmə” iddia tələbi ilə bağlı MTT-i barədə məhkəməyə ərizə vermişdir. MTT-i barədə qərardad X3 aid evdə olan bütün əmlaklar siyahıya alınmaqla üzərinə həbs qoyulması ilə bağlı idi. Qərardadın icrası olduqdan sonra hazırki iş üzrə cavabdehin əşyalarının bəzilərini qonşuluqda öz qaynının təşəbbüsü ilə onların evinə daşınma etdilər. Bəzi əşyaları da gəlib aparacaqlarını söz versələrdə gəlib aparmaq əvəzinə məndən polisə şikayət ediblər. Hazırda həmin əşyaların onun evində qalması onlar ücün çox gərgin vəziyyət yaradır. Odur ki, cavabdehə məxsus əşyaların onun xüsusi mülkiyyətində olan evdən çıxarılmasına dair qətnamə çıxarılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın əsassız olduğunu, hazırda apellyasiya instansiyasında aralarında başqa mübahisə də olduğunu bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışının elektron imza ilə təsdiq edilmiş surətinə əsasən ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 və X6 evdə iddiada göstərilən cavabdehin əşyalarının yerləşdirildiyini bildirmişlər. İşə əlavə edilmiş CD diskdəki videogörüntüdən otaqda çoxlu sayda əşyaların olması görünür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyətindədir. Eyni zamanda, tərəflərin izahatlarından və şahid ifadələrindən müəyyən edilir ki, cavabdeh tərəfindən həmin evə bir sıra ev əşyaları və digər daşınar əmlaklar gətirilmiş və bu əşyalar indiyədək orada saxlanılır. Cavabdehin əşyalarının iddiaçıya məxsus mənzildə qalması tərəflər arasında mübahisəsiz hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, cavabdehin əşyalarının iddiaçının xüsusi mülkiyyətində olan evdə qalması iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə maneə yaradır və onun hüquqlarını məhdudlaşdırır. Cavabdeh tərəfindən bu əşyaların uzun müddət ərzində götürülməməsi, iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq problemin həll edilməməsi, eləcə də həmin əşyaların orada saxlanmasının ailədaxili və qonşuluq münasibətlərində gərginlik yaratması məhkəmə tərəfindən təsdiqlənmiş hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi qanuni, əsaslı və sübutlarla təsdiq olunduğundan təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən Cavabdeh məxsus əşyalar: 2 ədəd yorğan, 4 ədəd balınc,1 ədəd taxt döşəyi, 3 ədəd döşək üzlüyü, 3 ədəd köhnə ədyal,1 dəst çarpayı ədyalı qutuda, 2 dəst nahar servisi, 6 ədəd fincan, 6 ədəd nəlbəki,12 ədəd bakal,2 ədəd qrafinka, 6 ədəd boşqab,1 ədəd bulud boşqabı, 6 ədəd bakal,1 ədəd qəndqabı,10 ədəd bulud boşqabı, 2 ədəd çərəz qabı, 14 ədəd bakal,1 ədəd güldan,5 ədəd yolka işığı, 2 qutu yeni il ouncağı, 1ədəd çamadan, 8 qutu bakal (sok üçün), 7 qutu nəlbəki, 4 qutu armudu stəkan,6 qutu bakal (sok üçün),1 ədəd samsunq paltaryuyan maşın,1 ədəd tuxopka,1 ədəd mikrovalnovka (samsunq), çaydan, tefal, 3 ədəd balaca qazan, 6 ədəd kasa, 11 ədəd bakal ,8 ədəd bakal, 2 ədəd meyvə qabı, 6 ədəd pesok qənd qabı, 8 ədəd su bakalı, 20 ədəd boşqab, 1 ədəd çaynik, 3 ədəd padnos, 10 ədəd stəkan,3 ədəd qrafinka, limon qabı, külqabı, 2 ədəd jurnalnı stol, 3 ədəd stul, 2 ədəd balaca xalca, 1 ədəd balaca döşənəcək,1 ədəd tül pərdə, 3 ədəd foto şəkil,1 ədəd uşaq maşını,1 ədəd gül aksessuarı, 2 ədəd balaca vaz, 7 ədəd qənd qabı, 1ədəd tefal qazan,1 qutu caynik ,idman üçün turnik, hamam xalatları,1 ədəd divar saatı, pol taxtası, kitablar,32 ədəd çay qaşığı, 22 ədəd desert çəngəli, 56 ədəd xörək qaşığı, 29 ədəd cəngəl, 6 ədəd bulud qaşığı, 6 ədəd pendir bucağı,1 ədəd standart bucaq,1 ədəd ütü stolu çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar