Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4665/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Rasul qızının iştirakı ilə İddiaçı Rasul qızının Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rasul qızının Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 12500 manat ondan aldığı nağd pulun və 128 manat dövlət rüsumunun, cəmi 12628 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı Rasul qızı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, usta Cavabdeh qarşı pul tələbi ilə bağlı qaldırdığı iddiada təmir olunan ünvanın ünvan 1llə ev 2 mənzil 105 hesab edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, şəxsi gəliri əsasında Bakı şəhəri Binəqədi rayonu Mədən 3 küçəsi korpus 120 mənzil 14-də təmir etdirmək üçün usta Cavabdeh ilə şifahi danışıb qiymətləşərək razılaşmışlar. Həmin şəxs mənzilin təmir işlərinə başlamaq üçün ondan 12000 manat pul almışdır və işlərə başlamışdır. O, qızı (ŞV AA2787231, FİN 6BYWXZ0, xx.xx.1997) X3 vasitəsi ilə cavabdehə nəqd 5500 manat kartına köçürmüş, 6500 manat isə şəxsən pul vermişdir. Cavabdeh bir müddət sonra onun etibarından suiistifadə edərək işləri yarımçıq qoymuş, pulunu ələ keçirib çıxıb getmişdir. Gedərkən hətta evində olan 500 manat pulu da oğurlayıb aparmışdır. İndi də telefonunu (055 675-69-31, 070 329-91-97) söndürərək qaçıb gizlənir və pulunu qaytarmaqdan imtina edir. Onun barəsində polisə şikayət etsə də, polis bu şikayətin mülki xarakterli olduğunu bildirib məhkəməyə müraciət edilməsini izah etmişdir. Evin təmirinə mütəxəssis dəvət etdirərək sərf olunmuş xərci hesablatmış, bəlli olmuşdur ki, 9980 manat pulu ələ keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Rasul qızı iddia tələbini müdafiə edərək bildirmişdir ki, usta Cavabdeh əvvəldən pulu almış, evində təmir işləri görmüşdür, 17 aprel tarixində işləri yarımçıq qoyaraq evdən getmişdir. Əvvəldən pulu qohumlarının kartına atılmışdır, o səbəbdən ki, usta özü başqa şəxslərə borclu olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulazadə qəsəbəsi Zahid Qəmbərov küçəsi 3184/3187 məhəllə ev 2 mənzil 105 ünvanında yerləşən ev İddiaçı Rasul qızına məxsusdur. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/111/25368 nömrəli məktubdan görünür ki, 643929698, ********* və ********* nömrəli qəbzlər üzrə ödənilmiş vəsaitlər X1 istifadəsində olan 416379******5871 nömrəli plastik kart hesabına köçürülmüşdür. - İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, 5193 manat ödəniş edilmişdir. Məhkəməyə nə iddia ərizəsində, nə də məhkəmə proseslərində iddia tələbinin əsaslılığına dair heç bir tutarlı sübut təqdim olunmamışdır. Təqdim olunan qəbzlərdə isə nə cavabdehin, nə də iddiaçının adı keçmir və həqiqətən də cavaa=bdehə həmin məbləğdə pul verməsini müəyyən etmək olmur. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normalarının birgə təhlilindən görünür ki, iddiaçı öz tələbini sübut edtməlidir. İşdən görünür ki, iddiaçı pulun cavabdehə ödənilməsini təsdiq edən sübut kimi qəbzləri təqdim etmişdir. Həmin qəbzlərdən kim tərəfindən kimə ödəniş edildiyini müəyyən etmək mümkün olmamışdır. Ona görə məhkəmə təqdim olunan qəbzləri iddiaçının tələbini təsdiq edən mötəbər sübut kimi qiymətləndirmir. Beləliklə, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Rasul qızının Cavabdeh qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-4665/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4665/2024
30.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver