Məhkəmə qərarları › İş №e-2(008)-4675/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4675/2025

10.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4675/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Maraqlı şəxs olmaqla daşınar əmlak üzərinə mülkiyyət hüququnun tanınması, üzərinə həbs qoyulması və əlaqəli tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Maraqlı şəxs olmaqla daşınar əmlak üzərinə mülkiyyət hüququnun tanınması, üzərinə həbs qoyulması və əlaqəli tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş “Porcshe Cayenne” minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı Cavabdeh2 və Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərinə Cavabdeh2 mülkiyyət hüququnun bərpa edilməsi və birgə nikah dövründə əldə edilmiş edilmiş “Porcshe Cayenne” minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə mülkiyyət hüququnun tanınması, daşınar əmlakın üzərinə həbs qoyulması, istifadə hüququnun məhdudlaşdırılması, qiymətləndirilməsi, açıq hərracdan satılmasını və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, ilkin dəyərinin 19.000 manat müəyyən edilməsi, ona çatası olan 9500 manat pulun Cavabdeh2 alınıb ona verilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun və 50 manat mediyasiya xidmət haqqının Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron-məhkəmə informasiya sistemi”ndə mövcud olan şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, Cavabdeh2 ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Belə olan halda, hazırkı iddia ərizəsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin müəyyən olunur ki, iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilsə də, Cavabdeh1 yönələn tələb iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Maraqlı şəxs olmaqla daşınar əmlak üzərinə mülkiyyət hüququnun tanınması, üzərinə həbs qoyulması və əlaqəli tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixdə ********** saylı ödəniş qəbzinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu həmin ödənişi həyata keçirmiş İddiaçı büdcədən geri qaytarılsın. İddiaçının nümayəndəsinə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar